Ucuz olması ilə xanımları cəlb edən saxta kosmetik vasitələr “bahalı” xəstəliklərə səbəb olur
Qadınlar gözəl və baxımlı görünmək üçün, demək olar ki, hər gün kosmetik vasitələrdən istifadə edirlər. Bu səbəbdən kosmetik vasitələr qadınların həyatında önəmli rol oynayır. Tələbat çox olduğu üçün kosmetika bu gün ən gəlirli sahələrdən hesab olunur. Bu konteksdə brend kosmetik vasitələri saxtalaşdıraraq ucuz qiymətə satanlar insanların sağlamlığı ilə oynamağa davam edirlər. Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz, saxta məhsullar satılır.
Kosmetika bazarına nəzər salsaq, görərik ki, bazarlarda, mağazalarda, küçələrdə, yeraltı keçidlərdə, metro stansiyalarının çıxışında qoyulan piştaxtalar “xarici ölkələrin məhsulları” ilə doludur. Əlbəttə, qiymətlər və keyfiyyət də satıldığı yerə görə dəyişir. Kosmetik vasitələrin satıldığı yerlərdən asılı olaraq qiymətlər də artıb-azalmağa başlayır. Metro keçidlərində bu vasitələr ucuz olduğu üçün insanlar ciblərinə uyğun olduğunu düşünürlər və saxta kosmetik vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bizim xanımlarımızın əksəriyyəti aldıqları kosmetikanın mənşəyi, istehsal tariС…i və saС…lanma şəraiti ilə maraqlanmır. Əsas məsələ qiymətdir. Yəni ucuz qiymətə satılsın, içində nə olur-olsun, bizim alıcı üçün fərq etməz.
“Alıcılar saxta məhsullara üstünlük verirlər”
Ölkəmizdə ucuz kosmetika bazarının mövcud durumu ilə tanış olmaq üçün "28 May" metro stansiyası yaxınlığında yerləşən “parfümeriya” mağazasına yollandıq. Burada hansı növ, hansı qiymətə istəsən, kosmetik vasitələr tapmaq mümkündür. Qiymətlər isə müxtəlifdir. Belə ki, 1 manata pomada, 1 manat 50 qəpiyə göz kölgəsi, 3 manata tuş, 50 qəpiyə göz qələmi, 40 qəpiyə lak, 80 qəpiyə kirşan almaq mümkündür. Üz üçün istifadə edilən kremlər isə növbənövdür. Hansı “firmanın” kremindən istəsən bu kosmetika mağazasından tapa bilərsən. Hətta buradan 5-10 manata "brend" ətirlər belə almaq mümkündür. Bu məhsulları satan satıcının sözlərinə görə, bu mağazada saxta və orijinal kosmetik vasitələr birlikdə satılır: "Alıcı məhsulu alarkən biz ona həmin məhsulun həm saxta, həm də orijinal variantını göstəririk. Lakin saxta vasitələr ucuz olduğu üçün alıcılar onları almağa üstünlük verirlər". Satıcı bildirdi ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox brend mağazalarda saxta kosmetik vasitələr orijinal adı ilə baha qiymətə alıcılara satılır.
Bəs ucuz olduğu üçün alınan və istifadə edilən saxta kosmetik vasitələr insan orqanizmində hansı fəsadlar yaradır? Bu kosmetik məhsullar sağlamlığımıza, həqiqi gözəlliyimizə necə təsir edir?
Ucuz kosmetikanın fəsadları
Ucuz kosmetik vasitələrdən istifadə etdiyinə görə əziyyət çəkən Aynur bizimlə söhbətində keçirdiyi narahatlıqlardan danışdı: “Metro keçidlərində tuşların 3 manata satıldığını görəndə çox sevinmişdim. Düşündüm ki, eyni firmanın məhsuluna 10 manat verib almaqdansa 3 manata alsam, daha sərfəli olar. Lakin istifadə etdikdən sonra fərqi anladım. Ucuz qiymətə aldığım tuş gözlərimdə qaşınma yaratmağa başladı və uzun müddət istifadə etdikdən sonra kirpiklərim töküldü”. Sona isə 1 manata aldığı pomadanın dodağını zədələdiyi dedi: “Ucuz qiymətə satılan pomadaların keyfiyyəti ilə yanaşı, dadında da fərq olur. Belə ki, bu pomadalar acı olmaqla yanaşı, dodaqlarımın qabıq verməsinə və zədələnməyinə səbəb oldu”. Təəssüf ki, saxta kosmetikaların fəsadları yalnız bunlarla bitmir.
Kosmetik məhsullardakı böyük təhlükə
İngiltərədə kosmetik vasitələr üzərində aparılan araşdırmada qadınların istifadə etdikləri parfümeriya məhsullarının tərkibində yüksək dozada zəhərli maddə aşkarlanıb. Alimlərin fikrincə, bu maddələr insan orqanizmində ağciyər və mədə xərçənginə səbəb olur. Belə ki, kosmetik vasitələrin içində olan xrom maddəsi ağciyər xərçənginin yaranmasına zəmin yaradır. Araşdırmalara görə, pomadaların və dodaq parladıcılarının tərkibində maqnezium və alüminium kimyəvi maddələri var ki, bu maddələrdən alüminiumun Alsheymer xəstəliyinə səbəb olduğu, maqneziumun isə insan yaddaşına mənfi təsir göstərdiyi sübut edilib. Türkiyə alimlərinin araşdırmalarına görə isə, kosmetik məhsullarda, qalıcılığı artırmaq məqsədi ilə istifadə edilən ağır metallar bədəndə yığılır və bu maddələr hüceyrələrə zərər verərək erkən yaşlanma, xərçəng, və inkişaf pozuntularına səbəb olur. Alimlərin sözlərinə görə, ağır metallar digər bir çox toksinlərdən fərqli olaraq insan bədənində toplanır və təsirləri bir müddət keçdikdən sonra başlayır.
Orqanizmin “pasportu”
Kosmetik vasitələrin ziyanlarından danışan həkim-kosmetoloq Aybəniz Cəfərova bizimlə söhbətində insan dərisinin, cildinin orqanizmin “pasportu” rolu oynadığını bildirdi. Onun sözlərinə görə, kosmetikalar dəri ilə təmasda olduğu üçün, xüsusilə bu vasitələrdə ucuza qaçmaq düzgün deyil: "Ucuzdur deyə alınan kosmetik vasitələr sonradan dəridə ağır fəsadlar yaradır və bəzən onu əvvəlki vəziyyətinə gətirmək mümkün olmur. Bundan əlavə, metro keçidlərində, digər şübhəli yerlərdə, xüsusilə əllərdə satılan kosmetik vasitələrdən istifadə etmək düzgün deyil. Çünki onların tərkibinə nələr qatıldığı, harada hazırlandığı məlum deyil. Bu vasitələr dəridə ləkələr əmələ gətirir, immun sistemi zəif olan insanlarda allergik mənşəli səpkilər yaradır. Ən təhlükəlisi isə odur ki, bu vasitələrin tərkibində olan kimyəvi maddələr dəridə xərçəng xəstəliyinə tutulma riskini artırır. Deməli, xanımlar sağlamlıqlarını qorumaq naminə ya kosmetikadan istifadə etməməlidir, ya da istifadə edirsə, ona çox pul xərcləməyə də qıymalıdırlar”.
“Üzdə qırışlar əmələ gətirir”
Dermatoloq Fəridə Muradova da bizimlə söhbətində ucuz və saxtalaşdırılmış kosmetik vasitələrin dəriyə mənfi təsir etdiyini bildirdi: “Keyfiyyətsiz, saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Belə məhsullardan istifadə dəridə qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb olur. Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Standartlara cavab verməyən belə məhsulların səbəb ola biləcəyi ən böyük fəlakət xərçəng xəstəliyidir”. Dermatoloqun sözlərinə görə, keyfiyyətsiz məhsullar dəridə qırışlar əmələ gətirir və quruluq yaradır: “Ümumiyyətlə bütün kosmetik vasitələr üzdə olan tük follikullarına böyük təsir edir. Belə ki, bu maddələr dəri ilə təmasda olduqda tük follikullarını və dərini yağlandıra bilmir. Bu da dəridə sızanaqların yaranmasına yol açır”.
“Kosmetik vasitələri nədən gəldi düzəldirlər”
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında ölkəmizdə kosmetik vasitələr və parfümeriya bazarında çox böyük problemlərin yaşandığını bildirdi. Onun sözlərinə görə, ölkəyə normal kosmetik vasitələr daxil olandan təxminən 1 həftə sonra onun saxta növləri meydana çıxır: “Bazara saxta məhsulların belə tez daxil olmasından çıxış edərək belə demək olar ki, ya istehsalçının özü bu işdə maraqlıdır, ya da bu məhsulların alıcı rəğbəti qazandığını görən digər şəxslər onun saxta variantlarını ucuz qiymətə satırlar. Onlar kosmetik vasitələrin qablarını Çində hazırlayırlar, daxilinə isə nə gəldi doldurub əhaliyə satırlar”.
Saxta məhsulun orijinaldan fərqi
E.Hüseynov saxta vasitələrlə orijinalı fərqləndirməyin yollarından danışdı və bildirdi ki, prestijli dükanlarda da kosmetik vasitələrin saxtalarına rast gəlmək mümkündür: “Əvvəla, saxta məhsullar çox ucuz qiymətə təklif olunur. İkincisi, bu məhsulların qablaşdırılması və təqdimatı primitiv olur, üzərindəki məlumatlar natamam olur və qrammatik səhvlərə yol verilir. Üçüncüsü, bunların keyfiyyətsiz olması ilk istifadə zamanı ortaya çıxır. Dördüncüsü də, saxta malların müvafiq sənədləri və firma zəmanəti olmur. Əhali bilməlidir ki, kosmetik vasitələrin də, ərzaq mallarında olduğu kimi, qanunlara görə üzərində buraxılma tarixi və son yararlılıq müddəti yazılmalıdır. Prestijli dükanlarda satılan saxta kosmetik vasitələr orijinal ilə yan-yana qoyulmur ki, istehlakçı onun poliqrafiyasına fikir verərək ayırd edə bilməsin. İstehlakçılar bu amillərə xüsusilə fikir verməlidirlər”.
İstehlakçının hüququ
E.Hüseynov vurğuladı ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanuna görə istehlakçının hüququ var ki, aldığı məhsulun gigiyenik sertifikatını, mənşə sertifikatını və uyğunluq sertifikatını tələb etsin. Satıcı bunu istehlakçıya göstərməyə borcludur.
Qeyd edək ki, ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun 2009-cu ildə apardığı bir tədqiqat nəticəsində kosmetika məhsullarında 900-dək zərərli kimyəvi maddə olduğu məlum olub. Kosmetika məhsullarının tərkibində olan 2 983 kimyəvi maddə üzərində aparılan araşdırma nəticəsində, bunların 884-nün toksik (zəhərli) olduğu müəyyən edilib. Bundan başqa, bu maddələrdən 774-ü yüksək dərəcədə zəhərlənmələrə, 146-sı şiş xəstəliklərinə, 218-i çoxalma pozulmasına, 314-ü mutasiyaya və 376-sı dəri və göz xəstəliklərinə səbəb olur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaqlarla düzgün və təsirli ünsiyyət
Yenə dünyanın sonu gəlir?
Koronavirus daha bir cütlüyün ayrılıq səbəbi oldu
Dünyanın ən ağır karp balığını tutdular
Hündürdaban ayaqqabının yaratdığı xəstəliklər
Bayram namazının vaxtı açıqlandı
5G-yə 600 milyon dollar xərcləyəcək
Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı”
"Körpə gəzintidə" filmi gerçək oldu
Nümayəndələr Palatasının sədri: "İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Dünyaya yeni diktator gəldi
MSK: 1894050 nəfər səsvermədə iştirak edib
Baş Prokurorluqdan terrorizm əleyhinə bir neçə dildə maarifləndirici VİDEO
Azərbaycana 1,6 milyard ayrılıb
Müğənni toyuq əti sanıb yedi, nə olduğunu biləndə şok yaşadı
Dəniz canlılarının qəbiristanlığından sualtı görüntülər
"Kann" festivalının qırmızı xalçası
COVID-19 mövsümi xəstəliyə çevrilə bilər
Bakıda Novruz şənliyi keçiriləcək
Yeməkdən sonra 7 təhlükəli vərdiş
Qış aylarında immuniteti necə gücləndirməli?
Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"
Balaca şahzadələrimiz üçün donlar
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı
Erməni deputat Azərbaycanı müdafiə etdi
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ+VİDEO
"The Simpsons" sevənlərə bəd xəbər
Yeni il gecəsi üçün makiyaj
Ermənilər Qubadlıda tarixi məscidi donuz tövləsinə çevirdi
Günün qoroskopu: asan zaman deyil
Meksika çimərlikləri boşaldıldı
Arıqladan zəncəfil çayı
Vertigonun çarəsi manevr hərəkətləridir
95 yaşlı kişi yasında "dirildi" - FOTO
Uşaqlarda diş baxımı
Milli Assambleyanın deputatı təxribatçı qətnamənin qəbulu “prosesini” ifşa etdi
Hava haqqında - 29.11.2013
ABŞ-dan dünya iqtisadiyyatını sarsıdacaq qərar
Ütünü necə təmizləməli?
Kök insanlar bu xəstəliyə yoluxmur
Məşhur müğənni Acunla Şeymanın boşanmasından danışdı
Uşaqların sosial-psixoloji inkişafı-3
Rus maşını ucuzlaşır
Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”
Dekorativ qidalar - foto
İtlərin içərisində də ən vəfalısı var
Qeyri-adi aksesuarlar
Çörəksiz həyatın dadı yoxdur
Duzlu bisküvit (foto resept)
90 kiloqramlıq model jurnalın üz qabığında olacaq
- ŞƏRHLƏR