Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0949 AZN
21 fevral 17:22Surayye Qizlar men geldimmm
38076

Dodaq çatlarını aradan qaldıraq

Quru, çatlamış və ağrıyan dodaqlar ən çox qış aylarında qadınları narahat edir. Yaxşı, bəs evdə əlimizin altındakı məhsullarla bu çatlaqlardan qurtula bilərikmi?

Dodaqlar niyə çatlayır?

İsti hava, susuz qalmaq, dodaqları dişləmək və B2 vitamininin çatışmazlığı dodaqlarda çatların yaranmasına səbəb ola bilər. Bəzi hallarda allergiyalar, infeksiyalar, dərmanlar və qrip də buna səbəb olur. Çatlayan dodaqlarımıza evdə təbii üsullarla qulluq etmək mümkündür.  Evdə edə biləcəyiniz 4 reseptlə quruluğu aradan qaldıra bilərsiniz.

Dodaq çatlarını aradan qaldıraq

Dodaqlarınız ballansın!

1. Dodaqlarınıza bir az bal sürtün.

2. Daha sonra tərpətmədən üst qisimlərinə vazelin çəkin.

3. On beş dəqiqə dodaqlarınızı tərpətmədən gözləyin.

4. Barmaq uclarıyla ilıq suyun köməkliyi ilə dodaqlarınızı yüngülcə təmizləyin və bunu 2-3 gün boyunca gündə 1 dəfə təkrarlayın.

Dodaq çatlarını aradan qaldıraq

Zeytun yağı dodaqları yumşaldır!

Kimyəvi maddədən istifadə etməkdənsə evdə asanlıqla tapa biləcəyiniz zeytun yağı ilə dodaqlarınızı yumşaq bir hala gətirə bilərsiniz. Zeytun yağını dodaqlarınıza sürtməklə ondan nəmləndirici kimi də istifadə edə bilərsiniz. Xüsusilə gecə yatmadan əvvəl bir damcı zeytun yağı dodaqlarınızın bütün quruluğunu alacaq.

Fəsil dəyişdikdə dodaqlarınız çatlayırsa, bu məsləhətlərə əməl edin!

- Pis hava şəraitində kremdən istifadə edin.

- Dodaqlarınız quru olarsa, axşam yatmadan əvvəl kakao yağı sürtün.

- B və C vitamini olan qidalardan çox istifadə edin.

- Çatlaqları aradan qaldırmaq, sağlam və parlaq dodaqlara sahib olmaq üçün 2 damla qliserini 1 çay qaşığı süd kremi ilə qarışdırıb yatmadan öncə dodaqlarınıza  sürtün

- İsti su ilə yuduqdan sonra dodaqlarınıza həftədə 3 dəfə vazelin və bal qarışığı edərək  sürtün.

- Dodaq boyasından əvvəl dodaq kremi, ya da nəmləndirici sürtün.

- Təbii rəngdə dodaqlarınızın olmasını istəyirsinizsə, gecə yatarkən dodaqlarınıza çuğundur suyu sürtün.

Səslərin sayı: 12
78
8237
loading...
Şərhlər
Offline
MAYA EL
Çox faydalı məlumatlardı .İstifadə etməyə dəyər təbii və ziyansız
7 yanvar 2016 15:05
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Gulum
Selena təşəkkür əsl vaxtına düşən məsləhətlərdi Məndə olur belə çatlamalar
6 yanvar 2016 18:48
Offline
Aysel İ.
Mənim oğlumun hava soyuyan kimi dodaqları çatlayır. Zeytun yağı əla məsləhətldir. Təşəkkürlər Selena xanım
6 yanvar 2016 17:36
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Cavadova Xedice
Zeytun yağı çəkərəm məndə.
6 yanvar 2016 15:10
Offline
Pərvanə
Mən həmişə bal çəkirəm evdə olanda.
6 yanvar 2016 14:51
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
S.S.E.
vazelin yaxsidi o da soyuqda donur
5 fevral 2015 13:35
Offline
Rzayeva Guler
Mende qisda cox olur dodaqim catlayir yaxsi kremler ve dodaq catlaqlarina gore bitkillerden duzelme pomadalardan alib vururam Amma tesir etmir bilmirem niye ireful
1 mart 2014 14:26
Offline
Naile Ehmedli
menim oğlumda bele olur
5 aprel 2013 12:20
Offline
ESMIRALDA
bunlari bilirdim...men de bir meslehet verim:dodagi hecmli olmasini isteyenler:su ve darcini qariwdirin,dodaqlariniza cekerek masaj edin 15 deqiqe,bir nece saatliq meclis ucun dodaqlariniz hecmli gorsenecek i_am_so_ ,tesirini goreceksiniz.

tewekkurler meslehetlere gore give_ros
11 mart 2013 15:20
Offline
gunay nesirova
qeaeng meslehetlerdi.cox sagolun
11 mart 2013 15:05
Offline
Aysel Hacıyeva
a cox sag olun.zeytun yagini bu gun edecem
15 yanvar 2013 22:32
Offline
Viva Lee
cox sagolun)
13 yanvar 2013 22:37
Offline
zizishko
oooooooooouuuuuuuuuuuuuu tewekkkurr love
30 dekabr 2012 12:13
Offline
mira-kerim
mənim dodaglarim maaşallah şüşə kimidi wink
18 dekabr 2012 22:29
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Nuray
meslehete gore tewekkur smile
18 dekabr 2012 22:22
Offline
Aysu Abdullayeva
vallah ela meslehetdi
18 dekabr 2012 21:02
Offline
Angel
çox sağolun mənə lazım idi dodağım tez quruyur əsasəndə qışda təşəkkürlər həmdə çoooox
26 noyabr 2012 17:49
Offline
Vusi
tesekurler.cugundur suyu cox maraqlidir;istifade ederem
26 noyabr 2012 17:40
Offline
aynure
xanimlar coxlari dodaq dolgusu edirler dodaqlar hem hamqr hemde catlamir deyilene gore terkibinde olan mehlul dodagi catlatmir, ama en yazwisi istifade etdiyiniz balzamli kistli pamadahih icine 5 kaplya qiliserin qatib dodaginiza cekin
20 oktyabr 2012 21:22
Offline
MEN SAYTDAN GETDİM
Cox gozel melumatlardir daha onceden bilirdim
14 sentyabr 2012 19:33
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • Heyran olacağınız rəsmlər

    Hər biri gözəldir. Sadəcə nə ilə çəkdiyi bəlli olmur. Qəzetdir, ya kitab vərəqləri üstünə
  • 17:45 - Müəllif: Surayye
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Siz de Xeyale xanim da duz deyirsiz. Nene yeqin usagi bu qeder ezizleyib deye saglam usagi da xeste gorur
  • 17:42 - Müəllif: Surayye
    Yeni trend: Saç sırğaları (1)

    Yeni trend: Saç sırğaları

    Günde bir sey cixardirlar. Neye lazimdi axi
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Xanim sizin problemin helli burdadi http://qadin.net/index.php?newsid=84394
  • 17:37 - Müəllif: Surayye
    Bulimiya nədir? (3)

    Bulimiya nədir?

    Etirafdaki qizin problemidi baxxx
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Hər kəs tərəfindən eyni səviyyədə qəbul edilə bilmərik. Mütləq kimsə varlığımızdan xoşlanmayacaq. Ancaq əsəbləşməyinizlə mübarizə aparın. Qida yox, siz özünüz-özünüzü sakitləşdirirsiniz. Qida qəbul etsəniz də, etməsəniz də əsəbiniz yatacaq, beyniniz soyuyacaq. Əsəbləşəndə daxili səsinizi dinləyin. Əsəbləşməklə heç nəyi həll edə bilməyəcəyinizi bilin. Həlli olmayan problem yoxdur.
  • 17:30 - Müəllif: Xəyalə Murad
    Göz daşı nədir? (1)

    Göz daşı nədir?

    Göz həssas olur. Həkimsiz nəsə etmək düzgün olmaz. Məlumatlandırıcı xəbər üçün təşəkkür edirəm, Luna
  • "Kor Bayquş" Sadiq Hidayət

    Türkcə mütaliə etmədiyimdən gərək ya tərcüməsini gözləyim, ya da rusca nəşrini
  • 17:27 - Müəllif: Xəyalə Murad
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Hər şeyin çoxu zərər verir. Hətta sevginin də. Hər zaman sözünü gərək təklikdə deyəsən, izah edəsən. Yeniyetmə çağında uşaqlar həssas olurlar. Qəlbləri həddindən artıq tez qırılır.
  • Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

    Hansi agilla edir bunu
Maraqlıdır