Quru, çatlamış və ağrıyan dodaqlar ən çox qış aylarında qadınları narahat edir. Yaxşı, bəs evdə əlimizin altındakı məhsullarla bu çatlaqlardan qurtula bilərikmi?
Dodaqlar niyə çatlayır?
İsti hava, susuz qalmaq, dodaqları dişləmək və B2 vitamininin çatışmazlığı dodaqlarda çatların yaranmasına səbəb ola bilər. Bəzi hallarda allergiyalar, infeksiyalar, dərmanlar və qrip də buna səbəb olur. Çatlayan dodaqlarımıza evdə təbii üsullarla qulluq etmək mümkündür. Evdə edə biləcəyiniz 4 reseptlə quruluğu aradan qaldıra bilərsiniz.
Dodaqlarınız ballansın!
1. Dodaqlarınıza bir az bal sürtün.
2. Daha sonra tərpətmədən üst qisimlərinə vazelin çəkin.
3. On beş dəqiqə dodaqlarınızı tərpətmədən gözləyin.
4. Barmaq uclarıyla ilıq suyun köməkliyi ilə dodaqlarınızı yüngülcə təmizləyin və bunu 2-3 gün boyunca gündə 1 dəfə təkrarlayın.
Zeytun yağı dodaqları yumşaldır!
Kimyəvi maddədən istifadə etməkdənsə evdə asanlıqla tapa biləcəyiniz zeytun yağı ilə dodaqlarınızı yumşaq bir hala gətirə bilərsiniz. Zeytun yağını dodaqlarınıza sürtməklə ondan nəmləndirici kimi də istifadə edə bilərsiniz. Xüsusilə gecə yatmadan əvvəl bir damcı zeytun yağı dodaqlarınızın bütün quruluğunu alacaq.
Fəsil dəyişdikdə dodaqlarınız çatlayırsa, bu məsləhətlərə əməl edin!
- Pis hava şəraitində kremdən istifadə edin.
- Dodaqlarınız quru olarsa, axşam yatmadan əvvəl kakao yağı sürtün.
- B və C vitamini olan qidalardan çox istifadə edin.
- Çatlaqları aradan qaldırmaq, sağlam və parlaq dodaqlara sahib olmaq üçün 2 damla qliserini 1 çay qaşığı süd kremi ilə qarışdırıb yatmadan öncə dodaqlarınıza sürtün
- İsti su ilə yuduqdan sonra dodaqlarınıza həftədə 3 dəfə vazelin və bal qarışığı edərək sürtün.
- Dodaq boyasından əvvəl dodaq kremi, ya da nəmləndirici sürtün.
- Təbii rəngdə dodaqlarınızın olmasını istəyirsinizsə, gecə yatarkən dodaqlarınıza çuğundur suyu sürtün.