Bakıda hava 18°
USD AZN
EUR AZN
09:28Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41082

Körpəm niyə qusur?

 

“Körpəm niyə qusur?”

  Bir körpə övladınız varsa, hər an pis bir sürprizlə qarşılaşa bilərsiniz. Məsələn yediklərini hər an çıxara bilər. Qusmanın hansı vəziyyətlərdə normal, hansında narahatlıqverici olduğunu bilmək lazımdır.

 

Körpəm niyə qusur?

 

Qusmanın qarşısını almaq üçün  bəzi tədbirlər görə bilərsiniz. Bunun üçün edə biləcəkləriniz isə bunlardır:

 • Körpənizi yedirərkən, ya da yedirdikdən  sonra dərhal yatırtmayın, mümkün olduğu qədər dik oturdun.

 • Körpənizi həddən artıq çox yedirməyin.

 • Körpənizi yedirdikdən sonra atıb-tutmayın.

 • Körpəniz ağlayanda  onu yedirməyə çalışmayın. Bu daha çox hava udmasına səbəb olar.

 • Körpənizin qazını, yedirərkən, hətta bundan əvvəl də də çıxara bilərsiniz. Bunun üçün yeməkdən sonrasını gözləmənizə ehtiyac yoxdur.

 

Anaların ən sıx şahidi olduğu vəziyyətlərdən biri körpələrinin qusmasıdir.  Bu gözlənilməz vəziyyət, əsasən körpənin yedirilməsindən  sonra  olur. Körpələr, əmizdirildikdən, ya da körpə qidaları ilə yedirildikdən  sonra yediklərini çıxara bilər. Ana üçün çox da xoş olmayan bu vəziyyət, narahatlıq yarada bilər. "Körpələrdəki qusma, normaldırmı yoxsa bir narahatlığa işarədir?" Ana namizədi ilk dəfə bu duyğunu dadırsa və təcrübəsizdirsə bu mövzudakı narahatlığı daha çoxdur.

 

Körpəm niyə qusur?

 

  Əslində hər körpədə görülən qusma, normal bir vəziyyətdir.. Bu mövzudakı araşdırmalara baxılsa, körpələrin 80/100 ilk üç ayda ən az bir dəfə qusur. Ancaq qusma, bəzi vəziyyətlərdə xəstəliklərin göstəricisi  olaraq qiymətləndirilə bilər. Bunu təyin edən faktorsa qusmanın şiddəti,  zamanı və miqdarıdır.

 

Normal qusma

  Bəzi körpələr az miqdarda qusarkən, bəzən də bir neçə dəfə ağız dolusu qusarlar. Bu qusmalar ümumiyyətlə ilk aylarda, körpə yedizdirildikdən  qısa bir müddət sonra baş verir. Çünki yeni doğulan uşaqlarda  qida borusuyla mədə arasında sfinkter (sıxılma, büzülmə) formalaşır və atıla bilməyən ifrazat bu yolla çıxa bilər. Daha böyük körpələrdə isə, yemləmə zamanı havayla qarışan süd ya da körpə qidası yemək borusundan yuxarı doğru çıxa bilər.

 

  Körpənizdə buna bənzər bir vəziyyətlə qarşılaşırsınızsa, yedirmə formanızı nəzərdən keçirmənizdə fayda var. Çünki səhv yedirmə forması, körpənizin qusmasına səbəb ola bilər. Məsələn körpənizi əmizdirərkən hava udması, həddindən artıq yavaş, ya da sürətli əmməsi, qazının çıxardılmaması qusmasına səbəb ola bilər.

 

Körpəm niyə qusur?

 

  Körpələr bəzən də həddindən artıq yedirildikdə qusa bilər. Analar körpəsinin kökəlməsi üçün,ona bəzən lazım olandan çox yemək verə bilər. Bu da körpənin qidanın çoxunu qusma yoluyla çıxarmasıyla nəticələnəcək.

 

  Bu tip qusmalarda narahat olmağa ehtiyac yoxdur, körpəniz böyüdükcə qusma yüngülləşərək tamamilə ortadan qalxacaq.

 

Sızıntı və fərqli qusma

  Körpələr bəzən yedirildikdən sonra ağızlarından az miqdarda qidanı çıxara bilərlər. Bunlar ümumiyyətlə sızıntı şəklində olur və qusma olaraq qiymətləndirilmir. Bu tip çıxarmalar, körpə 6-12 aylıqkən özbaşına itir. Düzəlmədiyi və gedərək artdığı vəziyyətlərdə isə, həkimə müraciət etməniz məsləhətdir.

 

Digər səbəbləri

  Qusmanın digər bir səbəbi, mədədəki qidanın qida borusuna qayıtması ola bilər. Qida borusunun mədəyə bağlandığı yerdə meydana gələn sıxılmanın qeyri-kafiliyi, bu narahatlığa yol aça bilir. Beləcə mədədəkilər özbaşına yemək borusuna qaçır. Körpənin doğumundan sonrakı 3-10 gün arasında başlayan qidanın geri qayıtması, növbəti günlərdə azalır. Əgər analar, körpələrini yedirdikdən sonra, 30 dəqiqəyə  qədər dik  oturtsalar, bu problemin qabağına almaq mümkündür. Ancaq buna baxmayaraq körpənin kökəlməsi zəifdirsə, xəstəlik diaqnozu qoyulan körpələr üçün cərrahi müdaxilə lazımdır.

 

Körpəm niyə qusur?
 

  Yemək borusunun mədəyə bağlanan ucunun bağlı olması da şiddətli qusmalarla müşayət olunur. Bu problemi olan körpələrdə ən çox nəzərə çarpan xüsusiyyət isə; doğulduqdan sonrakı müddətdə  bir neçə dəfə yedirildikdən  sonra qusmağa başlamasıdır. Çünki qidalar yemək borusunda yığılır. Bu halda, qusmağa nəfəs darlığı və göyərmə də kömək edir.

 

Gücənərək qusursa...

  Bu halda körpənin bir sağlamlıq problemi ola biləcəyini düşünməyə dəyər. Çətinlik çəkərək qusan körpədə, ürək bulanmaları və böyürtü görülə bilər və çox gur qusar. Bəzən qusmağın burundan gəldiyi belə görülə bilər. Körpələrdə ürək bulanmasını anlamaq çətin olduğundan, çətinliyini, narahatlıq, dəri rənginin solması, narahatlıq kimi əlamətlərdən tuta bilərsiniz. Xüsusilə yeni doğulan körpələrdə, ilk 24- 36 saat arasında görülən şiddətli qusmalar, həzm sisteminin hər hansı bir yerində müşahidə olunan keçməməzlik əlamətlərindən biri olaraq qəbul edilir.

 

  Bu dövrdəki şiddətli qusmaların ən sıx görülən digər səbəbləri də bunlardır: Bağırsaq keçməməzliyi və ya darlığı, bağırsağın müəyyən hissələrinin olmaması, qarın orqanlarının sinə içində yırtıqlaşması, bir tip mədə darlığı. Bu mövzuda bilməniz lazım olan şey bu tip problemlərə  təcili müdaxilə etməkdir. 

 

  Doğumdan sonrakı ilk günlərdə görülən qusma hadisələrində isə səbəb olaraq infeksiyalar, anadangəlmə maddələr mübadiləsi xəstəlikləri, körpənin ananın qarınında onu əhatə edib, qoruyan mayeni çox udması və bəzi allergiyalar (məsələn süd allergiyası) sayıla bilər.

 

Körpəm niyə qusur?

 

  Qusmanın bir başqa səbəbi də psixoloji ola bilər. Xüsusilə 0-1 yaş arası körpələrdə görülən uyğunlaşma problemi, bu şəkildə özünü göstərə bilər. Ana- körpə arasındakı əlaqənin pozğunluğu, ananın gərginliyi və narahatlığı, körpəyə göstərdiyi qayğının azlığı, körpədə qusmağa səbəb ola bilər. Gərginliyi hiss edən körpə, qusaraq reaksiyasını büruzə  verir.

Bir xəstəliyin göstəricisi  də ola bilər.

  Körpənizin qusması bəzi xəstəliklərə də işarə edə bilər. Bu vəziyyətdə xəstəlik  müalicə edilməlidir. Əgər yalnız ürək bulanmasının kəsilməsi məqsədiylə bir müalicə tətbiq olunsa, yalnız qusmanın qarşısı alınar. Halbuki əhəmiyyətli olan qusmağa səbəb olan xəstəliyi müalicə etməkdir. Burada diqqət edilməli məsələ; bir həkimə məsləhətləşmədən körpənizə qusmaya qarşı dərmanlardan əsla verməyin.

 

 Qusarkən nə etməlisiniz?

• Körpəniz bəzi şeylərə diqqət yetirdiyiniz halda qusursa, qusma anında onu yanı üstə, ya da üzüstə mövqedə tutun.

 • Körpənizin qusması bitənə qədər ona bərk, qatı qidalardan verməyin.

 • Körpəniz qusduqdan sonra ağzının içini xarici cisimlərdən təmizləyin. Bu əməliyyatı işarə barmağınız köməyiylə edə bilərsiniz.

 • Əgər körpəniz şiddətli və gündə 3 dəfədən çox qusursa, qusmaqda  qan və ya yaşıl rəngli öd görülürsə, qusmaqla birlikdə temperatur, öskürək və digər infeksiya əlamətləri də varsa təcili olaraq həkiminizə müraciət edin.

 

Səslərin sayı: 18
63
125913
loading...
Şərhlər
Offline
Qəribə
Cox sag olun maraqli idi.....
30 iyun 2015 22:19
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Gultekin
Mende qusma hallari olmayib gormemisem
23 may 2015 00:20
Offline
Aysel İ.
Dedikləriniz doğrudur. həmişə əməl etmişəm. Körpə hiss etmir bir az çox qidalanır. Və artığı qusur.
6 dekabr 2014 19:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
AFƏR
Ay yaralı yerimdi səbəbləri müxtəlif olur qusmanın mən bilən..
20 noyabr 2014 22:41
Offline
♥NiLuFeR♥
Faydalı xəbərdir,təşəkkürlər give_ros
29 may 2014 13:02
Offline
Guler ismayilova
Menim Oglum 1 yashina kimi qusub esasende balaca olanda sudu ichen kimi hamisin qusurdu bu meni chox narahat edirdi AMA yashindan sonra bu hallar olmadi chox shukur
2 aprel 2014 13:38
Offline
Minira Aslanzade
Düzgün şərhlərçin təşəkkürlər
21 mart 2014 00:20
Offline
Nursel
Menim qizim 4 ayliqdi sudunu deyisen kimi qusur
27 sentyabr 2012 15:02
Offline
Endless Love-Gulare
 Seva,
Leman Qedirova,
tewekkurler werhleriniz ucun
10 sentyabr 2012 19:27
Offline
Leman Qedirova
menim qizimda 7ayina kimi qusub,ne mualiceler eledim,sora oz-ozune kecdi.maraqli melumat idi.tesekkurler
10 sentyabr 2012 17:57
Offline
Allah hamiya komek olsun.AMIN.
11 avqust 2012 19:28
Offline
Endless Love-Gulare
Aysen Eliyeva (Mehdiyeva),
BUNU HEKIM MESLEHETI BOLESINE YAZIN KOMEK ETSINLER SIZE
11 avqust 2012 18:45
Offline
Aysen Eliyeva (Mehdiyeva)
men korpemi emizdirdikden sonra qusur 24 gunlukdu bu normaldimi?
5 avqust 2012 16:51
Offline
strawberry
MENIM QIZIMDZ TEZ TEZ QUSUR,NECHE HEKIME APARMIWAM TPOYLARIN HERESI 1SOZ DEYTIR ADAM BILMIR HANSININ MUALICESIN ELETDIRE what
5 iyul 2012 16:44
Offline
Endless Love-Gulare
Zumrud xanim men toppuw uwaqlari sevirem ovladin yanimda olsa yuz faiz diwlemiwdim onu :-)
5 iyul 2012 15:39
Offline
duygu
oglumda qusma olmayib cunki men hamile vaxti 1defe bele olsun qaytarmamiwam

hamilə vaxtı qusma olmayanda uşaq olanda uşaqdada olmur?
5 iyul 2012 15:27
Offline
Zumrud Nurullayeva
Salam,korpe 6 ayliqina kimi ne qeder qaytarsa narahat olmaga deymez,yaani o,kes toppushlawacaq.menim wekerimde toppow-moppuwdur))
22 iyun 2012 14:23
Offline
dj alena
Cox sag olun maraqli idi
22 iyun 2012 14:16
Offline
menim de qizim tez tez qusur,twk
10 iyun 2012 21:06
Offline
Endless Love-Gulare
oglumda qusma olmayib cunki men hamile vaxti 1defe bele olsun qaytarmamiwam

ana qusanda korpeye de kecirki?
22 may 2012 15:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 06:01 - Müəllif: TaxistTarLY
    Hüquqşunas məsləhəti (328)

    Hüquqşunas məsləhəti

    <a href=http://offeramazon.ru/2019/10/14/wenger/>рюкзаки молодежные</a> Каково? посоветовали стильный шоп цены в идеале<a href=http://offeramazon.ru/2019/10/14/wenger/>рюкзак swissgear</a> Каково? посоветовали стильный шоп цены в идеалеКаково? посоветовали стильный шоп цены в идеале
  • Daha sağlam dodaqlar üçün şəkər pilinqi

    Daha sağlam dodaqlar üçün şəkər pilinqi
  • Modern gəlinlər üçün qara gəlinlik dəbi

    Modern toy xəyalları qurursunuzsa, qısa qara gəlinlik ideal seçimdir. Tül və dantel kimi klassik gəlin tərzini yoxlayın. Naxışlı dizaynlara da üstünlük verə bilərsiniz.
  • Cem Yılmazla Defne Samyelini Serenay ayırıb?

    Cem Yılmazla Defne Samyelini Serenay ayırıb?
  • 22:14 - Müəllif: Iceberg
    Məşhur cütlük evləndi-FOTO (1)

    Məşhur cütlük evləndi-FOTO

    Məşhur cütlük evləndi-FOTO
  • Kıvançla Beren Saat yenidən bir arada

    "Aşk-ı Memnu" serialı ilə məşhurlaşan aktyor Kıvanç Tatlıtuğ ilə aktrisa Beren Saat yenidən eyni ekran işində tərəf müqabili ola bilər.
  • Daha sağlam dodaqlar üçün şəkər pilinqi

    Dodağınızın ehtiyacına görə 1-5 dəqiqə arası bu işini görün və sonra suyla durulayaraq təmizləyin.
  • Həzm sistemini gücləndirən üsullar

    Türkiyəli cərrah Fatih Kar son illərdə ən çox müzakirə edilən prebiyotiklər və probiyotiklər haqqında məlumat verib. O, bildirib ki, bağırsaqlar həqiqətən də bədənin ikinci beyin funksiyasını daşıyır.
  • Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO

    Açıqlamada qeyd olunub ki, kralın 34 yaşlı baş kənizi Sininat Vongvajirapakdinin bütün titulları və rütbələri də əlindən alınıb.
  • Ahmet Kuralın son halı bəyənilmədi-FOTO

    Niyə yaraşıb ki. Daha səliqəli görsəndi
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış