Yazını,şeirləri kopya edənlərdən bir xahişim var. Yazıları öz adınıza çıxmayın.Müəlliflərə hörmət etmirsinizsə,barı özünüzə hörmət edin. Bu, ilk yazımdır.Şərhləriniz mənim üçün çox maraqlıdır. Öncədən təşəkkürlər.
Günorta saat 1-ə 20 dəqiqə qalmışdı.Nazlı üçün xüsusi qoyulmuş zəngin səsi eşidildi.Təngiz heç gözlərini açmadan əlini telefonuna atdı.
- Haycannn.
-Tənbəl, hələ də yatırsan sən?
- Saat neçədir ki?
-Ehh nəysə... Düzələsi deyilsən, pis insan.Bəlkə yuxulu-yuxulu mənə bir şeir qoşasan? Hə?...- Nazlının səsi elə çıxdı ki,sanki bu son istəyidir sevgilisindən.Təngiz bir qədər fikrə gedib dedi:
-Yenə də oyatdı məni bir mələk,
Xoşbəxtəm bir bilsən,bilsən nə qədər.
Bax, buna deyirlər gün aydın olsun.
Səsini eşitdim, getdi qəm,kədər.
Nazlı fikrə gedib dedi:
- Yəni məni bu qədər çox sevirsən?
Təngiz gülümsündü:
- Yox… Bundan çox.
-Yaxşı, dur üzünü-başını yu. Axşamüstü görüşək. Sənə sözüm var…
-Nə söz? - Təngiz sanki yuxudan ayıldı- .Nəsə olub?
-Yox.Gəl deyəcəm.İkimizə aiddir.
-Yaxşı, quzum,hələlik.Xəbər edərsən hazır olanda - deyib telefonu söndürdü.
Adəti üzrə yerdəki siqaretini götürüb,birini alışdırdı.Siqaret qurtarana qədər gözünü tavana dikib fikrə getdi.Ayağa durdu,axşamdan içdiyi pivə butlulkalarına,qızdırıb yemək istədyi xörəyə tamaşa etdi.Çox içdiyindən stolu yığmaq ağlından belə keçməmişdi.Əl-üzünü yuyandan sonra otağı qaydaya saldı.Özü üçün bir çay dəmləyib,kompyuterinin arxasına keçdi.Ancaq sanki fikri dağınıq idi…Axı nə demək istəyirdi? ”Sənə sözüm var”…
Təngizlə Nazlı 4 ay olardı tanış idilər.Əvvəl dost kimi.Sonra bir gün Nazlı sevgisini etiraf etdi.Təngiz bundan sözün əsl mənasında şoka düşmüşdü.Təngiz də öz ürəyində sevgi hissləri olduğunu bilirdi,ancaq dilə gətirməkdən çəkinirdi.Arzuladığı,hər gün üzünü görüb rahatlıq tapdığı bir insanı itirər deyə. O gün Təngiz üçün həyatda ən xoşbət günlərdən biri idi, həyatda az belə günlər yaşasa da.Çox qəribə idi taleyi.Bütün uğursuzluqlar sanki onun üçün yaranmışdı.Yeganə uğuru yaxşı universitetlərdən birinə daxil olmaq idi.Universiteti qiyabi oxuya-oxuya getdi hərbi xidmətə.Hərbi xidməti başa vurduqdan sonra gəlib Bakıda kirayə ev tutub, iş axtardı.Tək qalırdı.3 ay mağazada kassir işlədi.Təmiz qəlbli bir insana necə də şər atmaq olarmış.Düzdü, ondan heç nə istəmədilər,heç nə demədilər.Ancaq Təngiz yenicə aldığı sonuncu ayın məvacibini gətirib müdirə uzatdı.Müdir pulu almasa da stolun üstünə atıb, ”Çox sağ olun hər şey üçün” deyib mağazanı tərk etdi.Sabahı gün bir neçə dəfə müdirdən zəng gəlsə də zənglərə cavab vermədi.
İllər keçdi…İxtisasına uyğun olmayan bir neçə işdə işlədi.Bir ay olardı ki,imatahan verib banka işə düzəlmişdi.İşi yaxşı idi.Lakin burda da uğursuzluq…İşini yaxşı mənimsəməyi,müştərilərlə alicənab davranışı,şəxsi mədəniyyəti,xarici görünüşü yoldaşlarının paxıllığına səbəb olmuşdu. Elə bir gün atmaca sözün üstündə iş yoldaşını döyən Təngi mərkəzi bankın əmri ilə işdən qovuldu.Yenə də tək və işsiz qaldı.Elə Nazlı da bu ərəfədə qarşısına çıxmışdı.
Birdən yadına Nazlı düşdü.Kompyuteri bağlayıb, dəmlədiyi çaydan bir fincan süzdü.Stolun arxasında əyləşib zəng gözlədi sevgilisindən.Siqaret yandırıb yenə fikrə getdi…Sevgi etirafından sonra 3-cü görüşləri idi,parkın demək olar ki, görünməz hissəsində ağaca söykənib söhbət edirdilər.Əllərin isti təması, gözlərin dərin baxışı,dodaqların quruluğu nəm bir öpüşdən xəbər verirdi.İlk öpüş idi,həm də unudulmayacaq.Qəfildən yağış yağmışdı.Başdan ayağa islanmışdılar.Ancaq yağış sanki onların bir-birinə olan məhəbbətinə daha da rəng qatırdı.Heç bitməyni istəmirdilər həmin günün.Təngiz taksi tutub Nazlını evinə apardı.Nazlı həmin gün bərk xəstələnmişdi. Bir həftə yataqda yatdı. Ancaq elə xoşbəxt idi ki…Təngiz hər dəfə zəng edib, SMS yazanda “Dərman atırsanmı, quzum?” deyə soruşurdu. Nazlı isə hər cavabında “Dərmanım sənsən, səni udmaq olar?” deyə şirin cavab verirdi.
Telefonun zəngi ilə xoş xatirədən ayıldı.Əlindəki siqareti külqabına basıb ayağa durdu.
Ardı var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM
Rusiya Qarabağa qoşun yeridir
Azərbaycanda koronavirusa yoluxmanın artmasının əsas səbəbi açıqlandı - RƏSMİ
ABŞ Azərbaycan neftinin idxalını azaldıb
Dollar yenə ucuzlaşdı
Əfqanıstanda partlayış: 11 ölü
"Gəlin barmağı" tortu (foto resept)
İzmirdə binanın çökmə anı – VİDEO
HAVA necə olacaq?-16 yanvar
Reklamlar uşaqlarınızı obsessiv edir
Tulum modelləri
Fahriye Evcen 4 aylıq oğlu üçün məktəb axtarır
Dişlərə ziyan verən vərdişlər
Messi ikinci dəfə ata olacaq
Bəzi qadınlar niyə tənhadır?
Körpə ağlamağında gizlənən fayda
Ağacda 250 növ alma bitir
Koronavirusu amerikalı professor Çinə satıb? – Röyter açıqladı
İbrahimoviçin Bakıya gəliş səbəbi bilindi
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Diqqət! Şifrələrinizi dəyişdirin
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Təhsil Nazirliyi əhaliyə müraciət etdi
78 ildir yemir və içmir
Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq
Azərbaycanda satılan ən ucuz – 10 AVTOMOBİL
Məşhur cütlükdən AÇIQLAMA
Körpələrdə diş ağrısını azaltmaq üçün nə etməliyik?
Selma Hayekdən 100 milyonluq yardım
Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Ağsaqqallar Şurası yığıncaq keçirib
Tuba bu dəfə Kənanla tərəf müqabili olacaq
Sentyabr ayının qalibləri!
Məryəm Üzərli əvvəlki gözəlliyini bərpa etdi-FOTO
Hikmətli sözlər
Xəstənin yumurtalığından 37 kq-lıq şiş çıxarıldı
Sualtı Wi-Fi şəbəkəsi olacaq
İnsanlar və əsərlər arasındakı uyğunluq
Qadınların kişiləri qorxudan 9 xüsusiyyəti
Serdar Ortaçın anası oğluna mahnı həsr etdi – VİDEO
Meyvə qabıqlarının faydaları
Qeyri-adi faktlar
Merilin Monronun heykəlini oğurladılar
Krediti olanlar oxusun-video
10 gün qida boyası içdi-ŞOK NƏTİCƏ-FOTO
Onlar necə məşhur oldu?
Dərini cavanlaşdıran kələm maskası
Uçarkən ürəyiniz rahat olsun deyə…
Azərbaycanda dronlara icazə verildi
Dadlı kükü(foto resept)
- ŞƏRHLƏR