Biz – müsəlmanlar, yəhudilər, xristian və s. inanırıq və beləcənə bilirik ki, insan bu dünyada özünü necə aparırsa, öz hərəkətləri, yaxşı və pis işlərinə görə müəyyən olunur ki, rəhmətə gedəndə, öləndə o dünyada yeri cəhənnəm, ya da cənnət olacaq. Bunu hamımız bilirik. Hətta cənnətin və cəhənnəmin neçə qat olduğunu, cəhənnəmdə və cənnətdə nələr baş verdiklərini, bunların hamısından dinlərdə məlumat var. Bircə, buddizmdə bir az fərqli fikir səslənir – insanın öz daxili aləmi və hisslərindən asılıdır o cəhənnəmdə olacaq, ya cənnətdə, yəni cənnəti düşün ki, cənnətdə olasan. Bunu da qoyduq bir qırağa. Bu dəfə şəsxən məni çox maraqlandıran, bəlkə də sizin də çoxlarınızı heç də düşündürməmiş bir məsələyə toxunmaq istədim – bu dünyada ilişib qalmış ruhlar.
Ruhlar cürbəcür olur: poltergeyslər (canlıları narahat edən mənfi fikir və enerji daşıyan ruhlar) və yaxşı enerji daşıyan ruhlar. Hər ikisini insanlar görə bilərlər, onlara ruhlar hətta toxuna da bilərlər. Bu – bizi qorxudur. Çünki, qeyd etdiyim poltergeyslər insanın canını ala biləcək qədər güclü ola bilirlər. Onları mümkündür bu dünyadan öz dünyalarına aparmaq, bu müəyyən rituallarla, dualarla mümkündür. Amma mənim baxdığım sənədli filmlərə əsasən bu heç də həmişə asand olmur, və ya mümkün belə olmaya da bilər. Bilmirəm, bəlkə də bu ritualı keçirdən, duaları oxuyan insandan asılıdır?
Baxdığım proqramlarda bir sual məni düşündürdü: insan əgər yaşadığı həyatda elə də bunu qazandıracaq qədər günah işlətməyibsə, nəyə görə onun ruhu bu dünyada ilişib qalır, illərlə, hətta əsrlərlə belə? Kim mənə qarantiya belə verə bilər ki, mən öləndən sonra bu dünyada ilişib qalmayacam? Axı bu mənim yaxşı, və ya pis işlərimdən asılı deyil. Desək ki, ölmüş insanın bədəni, yəni cəsədi lazımi qaydalarla torpağa verilməyib (yuyulmayıb, kostyumda basdırılıb, duasız o dünyaya göndərilib, yasini oxunulmayıb, cəsədi itkin qalıb), belə halda ola bilər ki, səbəb elə budur ki, ruh narahat halda bu dünyada ilişib qalıb, bəs bəlkə o bu dünyada yaxşı insan olub? Bir bədəninin lazımı qaydada basdırılmamağı ilə əlaqədar onun nə günahı var ki, bu dünyada qalsın?
Dünən baxdığım başqa sənədli filmdə bir şeyi gördüm, bu da məndə çox suallar yaratdı. Qeyd edim ki, baxdığım filmlər olmuş hadisələr əsasında çəkilib də bunları danışan insanlar həqiqətən o hadisələrdə olmuş, istəmədən şahidi olmuş, iştirak etmiş insanlardır, yəni burada yalan yoxdur. Filmdən danışım. Deməli, bir məkan olur – pub. O yerdə bir qız uşağı, yəni ruhu qorxaq vəziyyətdə kömək diləyir hamıdan. Bütün filmi yazmayacam. Onu qeyd edim ki, qızın ruhu 100 il idi ki, onun qatili olan kişinin ruhundan qaçır. Yəni bir düşünün, qızı o kişi bu dünyada qətlə yetirməyi azmış kimi, hələ o dünyada da onu rahat buraxmır və ikisi də o məkanda, yəni qızın öldürülmüş, meyini divarda gizlədilmiş məkanda ilişib qalıblar. İndi gəlin dində bildiyimiz cümlələri yada salaq: “14 yaşına çatmamış uşaq rəhmətə gedəndə birbaşa cənnətlik olur”, “bu dünyada ən böyük günah insan canına qəsd etməkdir, qatillərin yeri cəhənnəmdir”, Hanı bu cümlələri doğruldan şeylər? Axı fakt başqa şey deyir. Bəlkə də, bu dünyada ilişib qalmaq tamam başqa məsələdir ki, bu barədə dində qeyd edilməyib? Niyə bu məsələ belə sirr olaraq qalıb? Bəlkə, insanları həvəsdən salmamaq üçün? Qatili anladıq, bu dünyada qalmağı özü onun günahlarının ödəməsi kimi ola bilərdi. Bəs qız uşağının ruhunun günahı nədə idi? Nə isə, bir görücü qadın 100 ildən sonra gəlib təsadüfən bu hadisədən xəbəri olmasaydı, o ruhunu o dünyaya göndərməklə o qızın ruhunu azad etməsəydi, hələ də hadisələr bir 200 il də o cür davam edərdi və o qızın ruhu bu dünyada hələ də o qatilin əsarəti altında qalardı.
Keçdim başqa məsələyə. Qəbirstanlıqda bir çoxlarımız bilirik ki, ruhlar olur, onlar orada gəzirlər, belə desək, yaşayırlar. Bəs onlar niyə bu dünyada qalıblar? Cəhənnəm, cənnət bəs nə üçündür? Bu da bir müəmmalı məsələ.
Bir çox evlərdə rəhmətə getmiş insanlar o evin içində qalmış olurlar. O evi əvvəlki kimi öz evləri hesab edirlər və orada qalan hər bir insanı narahat edirlər. Bu cür hadisələr hər bir ölkədə var, istər müsəlman, istər xristian, istər də yəhudi, və ya başqa din olan ölkə olsun var. Yəni hadisələr var ki, bu dünyada bir məkanı canlılar və ruhlar öz aralarında bölüşdürə bilmirlər. Amma dində bu məsələyə tonuna məqamları mən nəsə görməmişəm.
Sonra ruh barədə Qurani Kərimdən olan kəlamları qeyd edim:
17. İsra: Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”.
7. Əraf: Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!
Bəlkə də, “qəbir əzabı” deyilən şey elə bu dünyada ilişib qalmaq mənasını verir?
Suallar çoxdur, amma cavablarını tapmaq hər halda indi mümkün deyil. Mümkün olsaydı, Allah özü bu bilikləri bizə verərdi. Amma O, bəlkə də yaxşılığımıza görə, bizə ancaq xeyir gətirə bilən şeyiləri açıqlayıb, qalanlarını sirr olaraq bilirik...
Bu yazını oxuyub qorxanlara sözüm var: ruhlar bizim yerimizdə olublar, biz də nə vaxtsa onların yerində olacayıq, bəlkə də olmuşuq da, sadəcə yaddaşımızdan silinib, bu amma artıq reinkarnasiya (ölüb, yenidən başqa bədəndə doğulmaq) barədə olan başqa mövzudur, ona görə qorxmağın yeri yoxdur.
Bəs siz, ruz barədə nələr bilirsiniz? Ruhların bu dünyada ilişib qalamaları barədə, bizdən bu dünyada qalmamaq üçün nəyin asılı olduğunu bilirsinizsə, paylaşın, və ya fikrimdə hansısa səhvim varsa yazın, maraqlı olar, yeni biliklər əldə etmiş olar(ıq)am.
XƏBƏR LENTİ
Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
Ziyafət ayaqqabıları
Hava xəbərdarlığı
Hər gün...
Pendir və kələmli qızardılmış lavaş (foto resept)
“Moody's” iqtisadiyyatı çətin vəziyyətə düşən ölkələrin adlarını açıqlayıb
Latviyaya səyahət
Messinin yoldaşından milyon “like”lıq paylaşım - FOTO
Kiçik döşlərə əlvida
Eminin geyimi diqqət çəkdi-FOTO
1950-ci ildən günümüzə qədər makiyajın dəyişimi
FHN-in xilasediciləri Xaçmazda şoka düşdülər
Birləşmiş Millətlərə əsərlər
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
İldırım 47 nəfəri vurdu
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Kişilər əsəbləşəndə kimə çevrilir?
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
Puluna qənaət etmək istəyənlərin nəzərinə
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı
BÜRCLƏR bizə nə vəd edir?-16 noyabr
Flora Kərimovadan Aygünə sərt cavab: "Dünənki cücə..."
"iPhone 5" köhnəlmiş qurğular siyahısında
Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi
HAVA necə olacaq?- 11 fevral
Soba kətəsi (foto resept)
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Heydi Klum hər kəsi təəccübləndirdi-FOTO
Rusiyanı "Eurovision 2019"-da Sergey Lazarev təmsil edəcək!
Fitness testi
Azərbaycan Premyer Liqasının açılışında əsgər salamı
Jurnalistin ölümünə prezidentdən reaksiya
Hadisə sinəsini böyüdüb? - FOTO
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər məscidinin inşası və "Bakı Ağ Şəhər"in yeni ofis binası ilə tanış olublar
Burrito (foto resept)
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
Qalaktikaların xəritəsi çəkildi
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Gözünüzü gözlüklərdən qoruyun: son hədd əməliyyatdır
NATO Rusiyaya qarşı birləşir
Boksçularımız 17 medal qazandılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-82
Məşhurlar makiyajsız necə görünür?
Qaranlıq su pəriləri
Nəmli və canlı dərinin təbii sirri
- ŞƏRHLƏR