Dərinin quruluğu, onun qabıqlanması, qıcıqlanması kimi problemlər hər bir qadına tanışdır. Bütün bu problemlərə aşağıda izah edəcəyimiz parafinoterapiya kömək edir.
Kosmetik parafinin tərkibinə çirkdən tam təmizlənmiş, müxtəlif faydalı maddələrlə zənginləşdirilmiş mum kimi maddələr daxildir. Kosmetik parafin digər maddələrlə kimyəvi reaksiyaya girmir və tərkibində sintetik əlavələr yoxdur. Parafinin tərkibindəki maddələr dəqiq bəzi kosmetik problemləri yox edir.
Parafinoterapiya necə təsir edir?
Parafinoterapiya su balansını tənzimləyir və dərinin quruluğunu aradan qaldırır.
Parafin belə tətbiq edilir: isidilmiş parafin dərinin problemli hissəsinə sürtülür. Dərinin isinməsi sayəsində açılmış məsamələrdən tər axır və zərərli maddələr də tər vasitəsi ilə dəridən kənarlaşdırılır. Həmçinin istinin təsiri ilə dərinin üst qabarlı qatı soyulur və dəri yumşaq olur. Daha sonra parafin soyuyaraq bərkiyir və dərinin səthində su keçirməyən qat yaradır. Xüsusilə parafinoterapiyada olan nəmlənmə buxarlanmır, əksinə dərinin səthi soyuduqda və məsamələr kiçildikdə dəri tərəfindən sorulur. Parafinin qalığı dəriyə nüfuz etmir, çünki onun ölçüsü qısa vaxt ərzində daralmış məsafələr tərəfindən sorulmağa imkan vermir. Nəticədə dəri müqayisə olunacaq dərəcədə təmizlənir, ancaq nəmliyini itirmir. Bununla yanaşı, dəri parafinin tərkibindəki faydalı maddələrlə qidalanır.
Onu da qeyd etmək lazımdır ki, dərinin isinməsi ilə parafinoterapiya qanın mikrodövretməsini tənzimləyir. Bunun hesabına dərinin cavanlaşması sürətlənir. Eyni zamanda, dərini qidalandırıcı maddələrlə və oksigenlə təmin edir.
Dərinin təmizləyici xüsusiyyəti ilə parafinoterapiya hətta dəridəki spazmalar, əzələ ağrılarını yox edir. Təkcə qan dövranını yaxşılaşdırmır, həm də limfa (insan və heyvan bədəninin bütün toxuma yarıqlarında axan və toxumalara qida maddələri daşıyan sarımtıl şəffaf maye) dövriyyəsini tənzimləyir. Bu da öz növbəsində, hüceyrələrin dağılmasına səbəb olan məhsulları - süd turşusu və duzu nizamlayır.
Parafinin limfanın hərəkətinə təsiri sellulitə qarşı mübarizə aparmağa icazə verir. Beləliklə, toxumalardan hərəkətsiz limfanı uzaqlaşdırır. Parafinoterapiya həm də sıxıcı, daraldıcı təsirə də malikdir.
Ümumiyyətlə, parafini bədənin istənilən bölgəsinə tətbiq etmək olar, ancaq ən çox əl və ayaq, qarın və budlar üçün istifadə edilir. Gözəllik salonlarında üzünüzə parafin maskası tətbiq etdirə bilərsiniz. Düzdür parafinoterapiyanın da bəzi əks təsirləri var: ürək və damar xəstəliyi, damarların genişlənməsi, irinli dəri iltihabı, şəkərli diabet, açıq yaraların olması.
Əgər siz bu xəstəliklərdən əziyyət çəkmirsinizsə, rahat şəkildə gözəllik salonuna gedə bilərsiniz və ya ev şəraitində parafinoterapiyanı evdə təcrübədən keçirə bilərsiniz. Evdə istifadə üçün ən yaxşısı xüsusi parafin vannası almaqdır, bu əllərə effektli parafin tətbiqinə imkan verir.
Ev şəraitində parafinoterapiya
Əllərə istifadə üçün təxminən iki kiloqram kosmetik parafin lazımdır. İsidilmiş parafini əllərinizə vurmazdan əvvəl əllərinizi yaxşı-yaxşı yumalısınız. Soyulma (pilinq) həyata keçirilməli və əllərə qidalandırıcı krem vurulmalıdır. Sonra parafini müəyyən vəziyyətdə isitməli və əlləri biləyə kimi parafinə batırmaq lazımdır. 10-15 dəqiqədən sonra əllərinizi parafindən çıxarın və yenidən salın. Bunu 6-7 dəfə təkrar edin, sonra əllərinizi sellofana və cod dəsmala (tüklü əlcək də ola bilər) bükün.
Əllərinizi 20 dəqiqə bu vəziyyətdə saxlayın, daha sonra parafini biləklərinizdən başlamaq üzrə əllərinizdən çıxardın. Əllərinizin dərisini yaxşıca yuyun, qidalandırıcı krem çəkin, istəsəniz masaj da edə bilərsiniz.
Rusca
İngiliscə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ermənilər qoşun yeritdi
Hələ yaşamağa dəyər
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Saç boyasının zərərləri
Bitcoin-in qiyməti 2500 dolları keçdi
Bakı sürücülərinin nəzərinə: yol dəyişdi
Azərbaycandan ABŞ-a etiraz
Bəzi "İPhone" telefonları bloklanacaq
Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar
Serotonin nədir və təbii yollarla necə artırılır
Biskvitlı tort (foto resept)
"Birinci ledi" lərin geyim stilli
Feysbildinq- üz üçün məşqlər
Kişilər hansı qadınlara meyillidirlər?
Kristina Bazan
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Uşaq aləmi
Yazda cücərdərəm səni…
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
7 addımda gözaltı torbalardan xilas olun!
Yarpız haqqında bilmədiklərimiz
Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
"Qabusnamədən dəyərli sözlər" I hissə
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
Məşhur ulduz intihar etdi
Jerar Deparde təcavüzdə günahlandırır
İşə velosipedlə getməyin faydaları
"Çelsi" Kostaya 16 milyon təklif edir
"Terminator"un ulduzu vəfat etdi
Tanış olun: dünyanın ən yaşlı insanı odur
4D ultrasəs nə işə yarayır?
Binə hava limanı bağlanır
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Bugünkü evliliklərin ən böyük problemi
23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Uşağınızın sizi sevdiyini bildirən 7 işarə
Şokoladlı bezeli tort (foto resept)
Əkizlərin festival keçirildi-FOTO
Depressiyada olduğunuzu göstərən 4 xüsusiyyət
Erməni yalanları ifşa edilir
Polis gücləndirilmiş iş rejiminə keçdi
NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri
Dazlaşma problemi olanlar, çarə tapıldı
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz
- ŞƏRHLƏR