Əziz xanımlar! Madam Səbinənin həyatı ilə sizi bu qədər kədərləndirdim, onda icazə verin soyuqlayaraq xəstəxanaya düşməsi ilə mənim onunla (Səbinəylə) rastlaşmağıma səbəb olan başqa bir qızcığazın hekayəsi ilə bunu kompensasiya edim.
Əslində onun da hekayəsi bir xəstəxana palatasında başlayır.
Hələ bir gün əvvəl uzun sürən ağır cərrahiyyə əməliyyatından çıxmışdım. Bu gün isə çarpayımın ətrafında bir qrup həkim və tibb bacıları çaşqın-çaşqın hamilə olduğumu göstərən test çubuğuna baxaraq susurdu. Axı bu necə ola bilərdi? Heç kim inana bilmirdi. Keçirilən əməliyyatdan sonra hamilə olsam belə uşağın düşməməsi mümkün deyildi. Uzun çəkən sakitlikdən sonra nəhayət ki, cərrah xanım dilləndi:
-Doğrusu bu cür əməliyyatdan sonra hamiləliyin qalmasını mümkünsüz hesab edirdik. Demək, belə də olurmuş. Nə isə, olan olub. İndi hələki mümkün deyil, Allah qoysa 1.5 aydan sonra tikişlər oturuşacaq, sonra götüzdürərsən.
Çaşqınlıq içində idim. Necə yəni “götüzdürərsən”? Sakitcə:
-Doktor, mənim elə bir fikrim yoxdur. – dedim.
Bayaqdan davam edən susqunluğu pozmağa elə bu lazım imiş sanki. Hərə bir tərəfdən etiraza başladı. Araya qoyan kim, qınayan kim, başa salmağa çalışan kim...
-Sən nə danışırsan, ay qız?- cərrah qətiyyətli tonla dilləndi, - Necə yəni götüzdürməyəcəm? Elə bilirsən ondan sənə uşaq olacaq? Heç xəbərin var ki, 2 saatlıq əməliyyat boyunca sənə nə qədər narkoz verilib? O heç inkişaf da etməyəcək! Üstəlik sənin özünə də olmaz axı. Bu cür əməliyyatdan sonra... saxlasan, mən heç nəyinə təminat vermirəm.
Susurdum. Nəhayət abort qərarı verib, hərə öz işinə dağılışdı.
Artıq 2 övladım vardı. Ana idim. Övlad nədir, bilirdim. Doğulmamış övladımı öldürməmək üçün çarə axtarırdım. Mənə dəstək olacağına ümid etdiyim ginekoloqumu xatırladım. Tibb bacısını çağırıb, ondan mənim üçün istifadə olunmuş narkotik vasitələrin adını xahiş etdim. Nəhayət uzun bir siyahını axır ki, gətirib çıxardılar. Lakin böyük ümidlə zəng vurduğum ginekoloq siyahını eşidib, dəhşətə gəldi! Uşağın görünüşü normal olsa belə, əqli zəkasında mütləq çatışmazlıq olacağından əmin idi.
Yolum hər tərəfdən bağlanmışdı. Çarəsizdim. Ancaq ümidimi kəsmirdim. Birdən, sanki, Allah mənə zehin açıqlığı verdi. Düşündüm və anladım ki, test daha çox zəif göstərdiyi üçün bu uşaq ən çoxu 3 həftəlik ola bilər. Uşağın isə ana ilə bağı yalnız 3 həftədən sonra yaranır. Yəni uşaq narkozun təsirinə məruz qalmamalı idi. Bəlkə də səhv xatırlayırdım, ancaq bu fikir mənim ümidim oldu, ona sarıldım və saatlarla dua etdim...
Artıq 12 həftəmi tamamlamışdım. Pis xəbər eşitməkdən çəkinsəm də UZİ-yə getdim. Uşağın sağlamlığı haqda az-çox məlumat almaq istəyirdim. Və burada daha bir sürprizlə qarşılaşdım: uşaq qız idi! Qız... Evdə daha 2 qızım vardı. İndi mən çıxıb bu da qızdır desəm, onsuz da hamının götüzdür dediyi bir şəraitdə israrlar daha da artmayacaqmı? Və qərara gəldim: uşağın cinsiyyətini gizləyəcəm, və nə olursa olsun onu dünyaya gətirəcəm. Səhv etməmək üçün çox düşünürdüm. Başa düşürdüm ki, bu qərarımla bütün qalan həyatımı əqli çatışmazlığı və ya hər hansı başqa şikəstliyi olan bir uşağa həsr etmiş ola bilərəm. Nə etməli idim? Bu qız mənim sınağım idimi? Bəlkə cəzam idi? Bəlkə mükafatım idi? Ona baxmaq savabı mənə yetəcəkdi, bəlkə? Bütün bu suallara tək bir cavab tapdım: istər sınağım olsun, istər cəzam, istər mükafatım, hər nə olur olsun, onu mənə Rəbbim verir. Rəbbimin verdiyindən imtina etmək nə həddimə? Buna haqqım varmı? Əlbəttə ki, YOX! Və həmin gün bir ŞANS VERMƏK qərarına gəldim. Yox, uşağa yox! Özümə! Məhz özümə bir şans vermək istədim: ÖVLAD QATİLİ OLMADAN YAŞAMAQ ŞANSI!
Aylar keçdi. Həkimlərin və yaxınlarımın bütün nigarançılıqlarına baxmayaraq, ağlıma belə gəlməyəcək qədər rahat hamiləlik keçirdim. Rəbbim mənə nur topu kimi sağlam və gözəl bir qız lütf etdi. Şirinliyi ilə hər kəsin sevimlisi olan Əsmərimi mənə əmanət etdi!
Bu gün artıq bütün qəlbimlə inanıram: həyatımda özümə etdiyim ən böyük yaxşılıq idi bu! O gün mən fərqli qərar vermiş olsaydım,
bu körpə can dünyaya gözünü heç açmayacaqdı,
ətrafında baş verənləri bu cür təəccüblə seyr edə bilməyəcəkdi
bu şirin üzünü heç görməyəcəkdim.
Bir gün beləcə oynayarkən yuxulamayacaqdı.
Bu gözəl gözlərlə mənə baxmayacaqdı.
Pəncərədən boylanaraq dünyanın belə böyük olduğunu görməyəcəkdi.
O olmasa idi bacısının yazı masasını kim dağıdacaqdı?
Sevimli ayaqqabıları ilə həm bayırda, həm də evin içində kim gəzəcəkdi?
Hər “olmaz” eşitdiyində küsərək mənə arxasını kim çevirəcəkdi?
Və nəhayət bu yazıya yerləşdirməyə 1 tək gözəl kadr çəkə bilmək üçün bütün günü məni arxasından qaçdırıb, sonda yenə də köhnə şəkillərə kim möhtac qoyacaqdı?
Sizcə də bütün bunları yaşamağa dəyməzdimi?
Əziz xanımlar! Abort stoluna çıxarkən bir daha düşünün:
Mənim və övladımın yaşadığı bu gözəllikləri nə siz, nə də həyatına son verməyə hazırlaşdığınız körpəniz görməyəcəksiniz!
Sonda bütün qadınlara müraciət edərək demək istəyirəm:
GƏLİN ÖZÜMÜZƏ BİR ŞANS VERƏK!
BALA QATİLİ OLMADAN YAŞAMAQ VƏ YARADANIMIZIN QARŞISINA ÇIXMAQ ŞANSI!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Can Yaman və Özgenin serialından ilk görüntülər - FOTO
Yeni “iPhone” hamını sevindirəcək
Ölülərimizin sinə daşını parklarına daşıdılar
Şabalıdlı plov (foto resept)
Cəbhədə uşaq yaralandı
Azərbaycanı böyük fəlakət gözləyir
Hicablı xanımlar üçün yay geyimləri
Günün ulduz falı - 18.08.2013
Acundan dünya rekordu-VİDEO
"Nizami obrazları xalçalarda" miniatür kitabın təqdimat mərasimi keçirildi
Sərt karantin günlərində aptekdən dərman sifariş verməyin qaydası
Qadının həyatı haradan başlanır?
Çayın suyu sabun kimi köpükləndi, araşdırma başladı - VİDEO
Azərbaycanda bu şəxslərin maaşları beş dəfə artırıldı - QƏRAR
Fanatı JLonun anasını vurdu-FOTO
Tələbə adını qazananların siyahısı çap olundu
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Diş görünüşlü bəzək əşyaları
Türkiyədə 6,6 bal gücündə zəlzələ: Binalar yerlə-yeksan oldu - CANLI YAYIM
Madonna Rusiya hökumətinin onu cərimələdiyini açıqladı
Qocalığın dərmanı
Narahatedici dizaynlar
Dəriyə elastiklik qazandırmaq üçün nə etməli?
Azərbaycanda qeyri-adi ev - VİDEO
Övladlarınıza hər soyadı qoya bilməzsiz
Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 412 yeni yoluxma - FOTO/VİDEO
Pendirli "düşbərə" (foto resept)
“Napoli”nin stadionuna Maradonanın adı verildi
Londonda Xocalı aksiyası
Niyə rus dilində danışırıq?
Sevgiyə baxışımızı görək!
Vulkan püskürdü, sakinlər varlandı-FOTO
Zoğalın bilmədiyimiz faydaları
Beyrutu məhv olmaqdan bu qoruyubmuş - AÇIQLANDI
Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti
Alman dili 3-cü dərs
Paltaryuyan maşından iri ilan çıxdı - VİDEO
Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
Apple bu bazarda da haqlanır
Göz ətrafındakı qırışlardan xilas edən üsullar
Ərlə arvad biri digərinin paltarıdır
Beynəlxalq Bankın borcları dövlətə ötürüləcək
Sinem Kobaldan örnək davranış
Kapitalizmin cılızlaşdırdığı insan şəxsiyyəti
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
"5 yaşlıların 55 faizi təhsilə cəlb edilib" - Nazir
MN: “Hazırda döyüş əməliyyatları davam edir”
HAVA necə olacaq? 20 İyun
Silikon sinə qadını ölümdən xilas etdi
- ŞƏRHLƏR