Qısa zaman ərzində tam şəkildə yatmaq mümkündürmü? Yuxunu 4-5 saat qədər azaltmaq olarmı? METODİKA
Alimlərin araşdırmasına görə, insana yenidən güc verəcək, onu gümrah edəcək tamamlanmış yuxunu əldə etmək üçün adi insan orqanizminə gün ərzində 5 saat yuxu da kifayət edir. Amma bu 4-5 saatı yatmaq üçün yuxunun bir sıra prinsip və qanunlarına riayət etmək lazımdır.
İndiki əsrdə həyat ritminin daha da yüksəldilməsi, onun daha da sürətləndirilməsi yolunda mütəxəssislər çoxlu səy göstərməkdədirlər. Bu alimlər elə bir üslub yaratmaq istəyir ki, insan gün ərzində 4-5 saat probemsiz şəkildə yatsın və bunun əvəzində gün ərzində özünü gümrah hiss etsin. Bunun üçün bir sıra əməllərə riayət etmək lazımdır.
1. Yatmamışdan əvvəl özünü sakitləşdirmək, rahatlaşdırmaq gərəkdir. Belə ki, həyəcan və problemlərinizlə birlikdə yuxuya getməyə ehtiyac yoxdur. Buna görə də, yatmamışdan 10-15 dəqiqə əvvəl nəsə gözəl bir şey haqqında düşünməyə çalışın və ya sakitləşdirici musiqilərə qulaq asın.
2. Yatmamışdan əvvəl mədənizi lazımsız qidalarla doldurmayın və ya axşamçağı qida qəbul etməyi azaldın. Əks təqdirdə orqanizm öz enerjisini tamamlamaq əvəzinə, onu qidanın həzmi yolunda sərf edəcəkdir.
3. Yatmaq üçün xüsusi aksesuarlardan istifadə edə bilərsiz. Misal üçün, mayaotu qozası və s. ətirli rahatlaşdırıcı yastıqdan istifadə edə bilərsiz.
4. Yatmamışdan əvvəl isti duş qəbul etmək. Bu təkcə gigiyena üçün deyil, əksinə, gün ərzində yığılıb-qalmış informasiya, təəssürat və emosiyaların da yuyulub aradan getməsinə səbəb olur. Çünki, su bədəni sakitləşdirib-rahatlaşdırmaqla özü ilə onları da aradan "aparır".
5. İsti bəttaniyyə altında yatmaq. Soyuq zamanı insan istiyə nisbətən daha ağır oyanır.
6. Orqanizminizi 5 saatlıq yuxuya dəqiq şəkildə öyrəşdirməyə çalışın. Belə bir vərdiş hardasa orta hesabla bir ay müddətinə əmələ gəlir.
7. Həftədə özünüzə elə bir gün seçin ki, həmin günü adi vaxtdan bir az çox yata biləsiz. Misal üçün, 8 saat. Amma çalışmaq lazımdır ki, belə bir gün gərgin gün olmasın. Çünki, adətən belə günlərdə insan səksəkəli yatır, rahat istirahətini edə bilmir.
8. Saat 24:00-dan tez yatmağa çalışın. Çünki bu periodda insan orqanizmi daha tez və daha yaxşı yuxu tələbatını ödəyir. Gecə yarısından sonra yatılan iki saatlıq yuxu gecəyarısından əvvəl yatılan bir saatlıq yuxuya bərabərdir.
Tərtib etdi: Fərid Abdullah
XƏBƏR LENTİ
Balıq bürcü qadını
Rusiya prezidenti: “Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”
Kontrasepsiya metodları və istifadəsi
Ceyhun Bayramovdan İzmirdəki zəlzələ ilə bağlı paylaşım
Bu peyvənd koronavirusdan da qoruyurmuş?
Gənc və sağlam qalmaq üçün nə yeməliyik?
Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU
Öz mətbəximdən nümunələr (2)
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
Novruz Məmmədov: "Biz bununla bağlı öhdəlik götürməmişik"
Çanta modelləri
Düşmən Bərdədə restorana və məktəbə raket zərbələri endirdi: Yaralılar var - VİDEO
“Ceyms Bondun sevgilisi” koronavirusa yoluxdu-FOTO
“Survivor” adasında yanğın oldu - VİDEO
Bakı sakinlərinə XƏBƏRDARLIQ- Aprelin 18-dən etibarən...
Daimi makiyajın incəlikləri
Ancelina Coli bir daha ərə getməyəcək-SƏBƏB
Uşağınız məktəbdə bu xəstəliyə yoluxa bilər
10 dəqiqəyə dərini yeniləyən maska
Nikahdan öncə tibbi müayinə
Həyatımızın mərkəzində kim var?
Bakı metrosunun yeni stansiyası “8 Noyabr” adlanacaq - RƏSMİ
Nanotexnologiya və mikrodünyalardakı yaradılış-2
Yalançı elmə qarşı mübarizəyə başlanıldı - Xüsusi komissiya yaradıldı
Şərf bağlamağın 25 üsulu
Məqsəd bir olunca, yolun fərqi yoxdur
Dünya kinosunun 100 ən yaxşı filmi
Prezident onları təltif etdi-SİYAHI
Bakıda yeni binalarda mənzillərin qiyməti kəllə-çarxa qalxır
Rusiyalı rəssamın əl işləri
Həmişə gənc qalın
Avakado maskası ilə dərinizi nəmləndirin
Məşhur aktrisa YENİ İMİCDƏ-FOTO
Bu gecə "Eurovision 2016"nın qalibi məlum olacaq
Azərbaycanda Yeni il: Şaxta baba bizə lazım deyil?
Əkrəm İmamoğlu koronavirusa yoluxub
95 milyon "özbaşına" maşın
Yohan Kristian Dal
Dünyada koronavirusa yoluxma sayı 18 milyonu ötdü - STATİSTİKA
Şotlandiya qəsri satışa çıxarıldı-FOTO
HTC One mini 2 göstərildi
Uşaqlarımıza nə izlədək: "supermən", "hörümçək adam", yoxsa?..
Britni Spirsin evi yandı
Azərbaycanda ən çox ölüm gətirən xəstəliklər
Xocalıdan Gəncəyə gətirilən torpaq və su... - VİDEO
"Azərbaycan zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı kimi Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır"
55 yaşlı Treysi miqrenə belə qalib gəldi
BÜRCLƏR bizə nə vəd edir?-27 Sentyabr
Günün ulduz falı
Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT
- ŞƏRHLƏR