Yaddaşım 6 yaşımdan bu günə qədər yaşadığım hər şeyi özündə qeyd edib saxlamışdı. Gizli kamera qeydlərini izləyirmiş kimi, hər şey gözlərimdə video kimi canlanır tez-tez.
6 yaşımda idim. Məni evin işığı adlandırdılar.Ona görə ki, evin tək oğlan övladı idim. İki bacım vardı məndən böyük. Hər səhər, atam işə, bacılarım isə məktəbə gedirdilər. Evdə anam bir də mən qalırdıq.
Anam... Tək sığına biləcəyim insan. Niyə, tək? Atam hər axşam işdən yorğun qayıdır, bacılarım isə dərsləri ilə məşğul olurdu. Başqa çarəmmi vardı? Anamı çox istəyirdim. Amma, onun qəribə xasiyyəti var idi. Gün ərzində ən azı bir dəfə döşəməyə sürətlə uzanıb yatırdı. Hə, yatırdı. Gözləri yumulurdu çünki. Bu, axşamlar olurdu çox vaxt. Atam da anamı yerdən qaldırıb oyatmağa çalışırdı. Bilmirəm niyə. Bəzi günlər isə, anam döşəmədə bərk yatırdı, atam onu oyada bilmirdi. Telefonla zəng vurub “Həkim, o yenə huşunu itirib. Tez gəl.” deyirdi. Huş nədir, görəsən? Nə olsun ki, itib. Bazarda təzəsi satılmırmı? Buna görə anamı şirin yuxudan oyatmaq nəyə lazımdır?
Bir gün, anam çox uzağa getdi. Daha doğrusu, həkim paltarında olan əmilər onu apardılar. Ağlayıb, “Məni də apar.” deyirdim. Sonra, həmən yerdə balacalara iynə vurulduğunu eşidib, fikrimdən daşındım. Anam, söz vermişdi ki, mən məktəbə getməyə başlayanda, dərslərimdən 5 alsam, qayıdıb mənə velosiped alacaq. Anam gedəndən bir neçə gün sonra, atam məni bibim gilə apardı. Bir neçə gün orda qaldım. Atam məni evə gətirəndə, həyətdə yük maşını və yük maşınına uzun dəmirlər yığan bir neçə nəfər tanımadığım adam var idi. Bu dəmirlər mənə tanış gəlirdi. Belə dəmirlərlə toyxana çadırları düzəldirdilər. “Bizim həyətdə toy olub yəqin.” -deyə düşündüm və toyda olmadığım üçün təəssüfləndim.
Atam mənə çox az vaxt ayırardı. Anam gedəndən sonra, hətta, bacılarımla məni incitməyə də başladı. Bacılarımı məktəbə getməyə qoymadı. Sonra, bir gün bir qadınla ilə evə gəldi. Bu qadını tanıyırdım. Evləri bizim evdən elə də uzaqda deyildi. Heç xoşum gəlmirdi ondan. Həmişə uşaqların üstünə qışqırırdı. Kobud idi.
- Bundan sonra, buna “xala” yox, “ana” deyəcəksiniz. – deyə, atam bizə tapşırdı. O qadın bizi hər gün incitməyə başladı. Boş yerə döyür, söyürdü.
* * *
Artıq, 8 yaşında idim Məni tərbiyəsiz adlandırdılar. Gəl ki, tərbiyəsiz bir hərəkət eləmirdim. Mən cəhənnəm, bacılarımı incidən o alçaq analığıma nifrət edir, onun buyruqlarına məhəl qoymurdum sadəcə. Hətta, bəzən acımasız işgəncələrindən əsəbləşib onu söyürdüm də.
Artıq az da olsa dərk etməyi bacarırdım. Anamın ölümündən də xəbərim vardı. Amma, qəbul edə bilmirdim. O, yenə uzaqlardadı. Bir gün gəlib mənə velosiped alacaq.
Anam üçün çəkdiyim həsrət əzabı içində girib, təkliyimlə dost olmuşdum. Evin işığı deyildim daha. Sönmüşdüm. Hər zarafata əsəbləşib məhəllə uşaqları ilə dava salırdım. Nə edim? Mən nə hayda, onlar nə hayda. İnsan bir anlayış göstərər.
Məktəbə gedirdim. 2-ci sinifdə oxuyurdum. Təkcə, müəlliməm həmişə məndən razı idi. O da ki, ancaq dərslərimə görə. Lakin, davakarlığımla əlaqədar məndən tez-tez evə şikayətlər gəlirdi. Gündəliyimdə hər dərsdə eyni qiymət vardı. “5”... Amma, anam nə bir xəbər göndərmişdi, nə də bir velosiped.
Atam, məndən gələn şikayətlərdən bezmişdi. Daha doğrusu, məndən gələn şikayətləri bəhanə edən analığım bezdirmişdi.
- Belə tərbiyəsizlə bir evdə qala bilmərəm. İkimizdən birimiz getməliyik.
Analığımın təkidi ilə atam məni Bakıya aparmaq üçün dilə tutdu:
- Səni orada gəzməli yerlərə aparacam. Karusellərə, elektrikli maşınlara minəcəksən.
Lakin, yaşadıqlarımın təsirindən şüuruma görə yaşımdan çox böyük idim və məni aldatmaq olmazdı. Bilirdim ki, Bakıdakı o əyləncələrdən sonra, uşaq evinə atılacaq və bir də o ailənin üzvü olmayacaqdım. Gedərkən sadəcə paltarlarımı yığıb atama verdilər. Mən isə öz istəyimlə tək bir şey götürdüm. “5” qiyməti ilə dolu gündəliyimi. Anam uzaqlardan qayıtdıqda mənə velosiped almamaq üçün bəhanəsi olmayacaqdı.
(Ardı var)
XƏBƏR LENTİ
Azərbaycanı İrəvanda təriflədilər
İlham Əliyevdən kəskin Qarabağ bəyanatı
Qiyməli pide (foto resept)
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Yataq dəstləri
BMT xəbərdarlıq etdi: “Maska və əlcək istifadəsi...”
Tarkandan maraqlı 2018-ci il arzuları
Qozlu peçenye
Hülya Avşar ada aldı
Eyni yaşda fərqli görünən məşhurlar
Piroq
Son dəbin mobil telefonları və planşetləri
Dostlarınıza münasibətiniz haqqında nəyi deməməlisiniz?
Ürəkdən süzülən sözlər-1
Manana ailəsindən danışdı - FOTO
Stiven Hokinqin pandemiya ilə bağlı DƏHŞƏTLİ PROQNOZU: 1 il ərzində...
İnternetdə şok
Pritçalar (2)
Çiyələkli rulet (foto resept)
Hitlerə bənzəyən küçük yaşayır
1 həftəyə 5 kiloqram
Bu çox yaxşıdır...
Günün ulduz falı
Zəriflərimizin zəif cəhəti...
Alimlərdən yeni infeksiya barədə XƏBƏRDARLIQ
Mikura Pearls
"Qayıq" pizzası
İnsanın hərəkətlərini qeydə alan futbolka yaradılıb
Metin Hara nişanlısı Adriananı bu cür təbrik etdi-FOTO
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Aldığı evin çardağından çanta tapdı - İçinə baxanda GÖRDÜKLƏRİNƏ İNANMADI (FOTO/VİDEO)
Pınar Altuğun paylaşımı hər kəsi ayağa qaldırdı
Qarpız pizza (foto-resept)
Xalq şairi Söhrab Tahir dəfn edildi
Dünya bir pəncərədir
Qışda sevgilinizlə necə vaxt keçirə bilərsiniz?
Samovarlar
Qeyri-iş günlərinin sayı artırıldı
Kiyevdə "Azərbaycan gecəsi" keçirilib
Jurnalistin ölümünə prezidentdən reaksiya
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Təsir yoxsa mübarizə!?
"Şirinim" tortu (foto resept)
Dünyanın bir nömrəli şahmatçısı Azərbaycana gələcək
Günün qoroskopu: danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır
"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır
İngilislər televizor üstündə dalaşdı
Meqan Marklın qardaşı oğlu həbs olundu-SƏBƏB
Günün ulduz falı - 05.09.2013
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
- ŞƏRHLƏR