Yaddaşım 6 yaşımdan bu günə qədər yaşadığım hər şeyi özündə qeyd edib saxlamışdı. Gizli kamera qeydlərini izləyirmiş kimi, hər şey gözlərimdə video kimi canlanır tez-tez.
6 yaşımda idim. Məni evin işığı adlandırdılar.Ona görə ki, evin tək oğlan övladı idim. İki bacım vardı məndən böyük. Hər səhər, atam işə, bacılarım isə məktəbə gedirdilər. Evdə anam bir də mən qalırdıq.
Anam... Tək sığına biləcəyim insan. Niyə, tək? Atam hər axşam işdən yorğun qayıdır, bacılarım isə dərsləri ilə məşğul olurdu. Başqa çarəmmi vardı? Anamı çox istəyirdim. Amma, onun qəribə xasiyyəti var idi. Gün ərzində ən azı bir dəfə döşəməyə sürətlə uzanıb yatırdı. Hə, yatırdı. Gözləri yumulurdu çünki. Bu, axşamlar olurdu çox vaxt. Atam da anamı yerdən qaldırıb oyatmağa çalışırdı. Bilmirəm niyə. Bəzi günlər isə, anam döşəmədə bərk yatırdı, atam onu oyada bilmirdi. Telefonla zəng vurub “Həkim, o yenə huşunu itirib. Tez gəl.” deyirdi. Huş nədir, görəsən? Nə olsun ki, itib. Bazarda təzəsi satılmırmı? Buna görə anamı şirin yuxudan oyatmaq nəyə lazımdır?
Bir gün, anam çox uzağa getdi. Daha doğrusu, həkim paltarında olan əmilər onu apardılar. Ağlayıb, “Məni də apar.” deyirdim. Sonra, həmən yerdə balacalara iynə vurulduğunu eşidib, fikrimdən daşındım. Anam, söz vermişdi ki, mən məktəbə getməyə başlayanda, dərslərimdən 5 alsam, qayıdıb mənə velosiped alacaq. Anam gedəndən bir neçə gün sonra, atam məni bibim gilə apardı. Bir neçə gün orda qaldım. Atam məni evə gətirəndə, həyətdə yük maşını və yük maşınına uzun dəmirlər yığan bir neçə nəfər tanımadığım adam var idi. Bu dəmirlər mənə tanış gəlirdi. Belə dəmirlərlə toyxana çadırları düzəldirdilər. “Bizim həyətdə toy olub yəqin.” -deyə düşündüm və toyda olmadığım üçün təəssüfləndim.
Atam mənə çox az vaxt ayırardı. Anam gedəndən sonra, hətta, bacılarımla məni incitməyə də başladı. Bacılarımı məktəbə getməyə qoymadı. Sonra, bir gün bir qadınla ilə evə gəldi. Bu qadını tanıyırdım. Evləri bizim evdən elə də uzaqda deyildi. Heç xoşum gəlmirdi ondan. Həmişə uşaqların üstünə qışqırırdı. Kobud idi.
- Bundan sonra, buna “xala” yox, “ana” deyəcəksiniz. – deyə, atam bizə tapşırdı. O qadın bizi hər gün incitməyə başladı. Boş yerə döyür, söyürdü.
* * *
Artıq, 8 yaşında idim Məni tərbiyəsiz adlandırdılar. Gəl ki, tərbiyəsiz bir hərəkət eləmirdim. Mən cəhənnəm, bacılarımı incidən o alçaq analığıma nifrət edir, onun buyruqlarına məhəl qoymurdum sadəcə. Hətta, bəzən acımasız işgəncələrindən əsəbləşib onu söyürdüm də.
Artıq az da olsa dərk etməyi bacarırdım. Anamın ölümündən də xəbərim vardı. Amma, qəbul edə bilmirdim. O, yenə uzaqlardadı. Bir gün gəlib mənə velosiped alacaq.
Anam üçün çəkdiyim həsrət əzabı içində girib, təkliyimlə dost olmuşdum. Evin işığı deyildim daha. Sönmüşdüm. Hər zarafata əsəbləşib məhəllə uşaqları ilə dava salırdım. Nə edim? Mən nə hayda, onlar nə hayda. İnsan bir anlayış göstərər.
Məktəbə gedirdim. 2-ci sinifdə oxuyurdum. Təkcə, müəlliməm həmişə məndən razı idi. O da ki, ancaq dərslərimə görə. Lakin, davakarlığımla əlaqədar məndən tez-tez evə şikayətlər gəlirdi. Gündəliyimdə hər dərsdə eyni qiymət vardı. “5”... Amma, anam nə bir xəbər göndərmişdi, nə də bir velosiped.
Atam, məndən gələn şikayətlərdən bezmişdi. Daha doğrusu, məndən gələn şikayətləri bəhanə edən analığım bezdirmişdi.
- Belə tərbiyəsizlə bir evdə qala bilmərəm. İkimizdən birimiz getməliyik.
Analığımın təkidi ilə atam məni Bakıya aparmaq üçün dilə tutdu:
- Səni orada gəzməli yerlərə aparacam. Karusellərə, elektrikli maşınlara minəcəksən.
Lakin, yaşadıqlarımın təsirindən şüuruma görə yaşımdan çox böyük idim və məni aldatmaq olmazdı. Bilirdim ki, Bakıdakı o əyləncələrdən sonra, uşaq evinə atılacaq və bir də o ailənin üzvü olmayacaqdım. Gedərkən sadəcə paltarlarımı yığıb atama verdilər. Mən isə öz istəyimlə tək bir şey götürdüm. “5” qiyməti ilə dolu gündəliyimi. Anam uzaqlardan qayıtdıqda mənə velosiped almamaq üçün bəhanəsi olmayacaqdı.
(Ardı var)
XƏBƏR LENTİ
Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO
Dəfnə yarpağının faydaları
İlham verən şəhər
2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ? - VİDEO
Qeyri-adi əşyalar
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
"Aşkı Memnu"nun məşhur aktrisasını kimsə tanımadı-FOTO
Bisküvit tortu (foto resept)
Qarın qalınlığı baxanları dəhşətə gətirir
Yuxumuzu ərşə çəkən fikirlər
Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ
Hindistanda koronavirus peyvəndi ilə bağlı yekun testlərə başlanıldı
Ban Ki Mun İŞİD-ə meydan oxudu
Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi
“WhatsApp”da bu da olacaq
Hava haqqında
Futbolçular doluya düşdü, oyun yarıda qaldı
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
BÜRCLƏR bizə nə vəd edir? -18 İyun
Oskar mükafatı mərasimi başlayır
Dünya Kubokunun simvolik yığması
Boğaz ağrısında təbii müalicə üsulları
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Bakı sakinlərinə sevindirici xəbər
Qarın bölgəsini əritmək üçün detoks
Yuxusuzluq ürəyin düşmənidir.
Badımcanın faydaları
Macarıstanda Azərbaycan dilinin tədrisinə başlandı
Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz - VİDEO
Həftəsonu məhdudlaşdırma qərarından sonra əhali mağazalara axın edir - VİDEO
Bella Hadidin makiyaj sirləri
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Tituldan imtina edən Meqan Markl aktrisalığa davam edəcək
Uşaq otaqları üçün saatlar
Qadınlar haqqında lətifələr
"Amerikansayağı paslanma" romanına serial çəkilir
Bir qadın əsla unutmaz!
Koronavirusun yeni simptomu aşkarlandı
Gözlər qəlbin aynası
Manna piroqu (foto resept)
1971-ci ilin Plymouth-u satılır
Buludların üzərində piyada gəzinti
Uşaq otağı üçün maraqlı dekorasiya nümunələri
Əl çatmaz məhəbbətim
Buğlama (foto resept)
Məşhur cütlük BARIŞDI
Əliyevdən sərt xəbərdarlıq: Maaş onun-bunun cibinə gedir
Qızılgül mürəbbəsi (foto resept)
Kadir İnanır müsahibə verdi
- ŞƏRHLƏR