Bir neçə gün öncə kəndimizdə mağar toyunda oldum. Toy o qədər xoşuma gəldi ki,imkanım olsa öz toyumu gedib kənddə edərəm :))
Toyun gedişatını sizlərlə bölüşmək istəyirəm.
Gündüz saat 2-də toy başladı.Qızlar,gəlinlər,cavan oğlanlar kömək etmək üçün ortalıqda qaynaşır. Həyətin bir tərəfində qazanlar qaynayır,bir tərəfində manqalların tüstüsü bürüyüb göy üzünü.
Qonaqlar tələsə-tələsə öz yerlərini tutmağa çalışır. Təbii ki qadınlar ayrı,kişilər ayrı mağarlarda yemək yeyəcək. Uzun zamandır bir-biri ilə görüşməyən qohumlar,qonşular görüşür,hal -əhval tutur. Şəhərdən gələnlər kənddəkilərin diqqət mərkəzində olur :)) Təsəvvür edin toya gələnlərin yarısı ilə tanış edilib,görüşmüşəm. Bir gün içində xeyli tanımadığım qohumlarımı tanıdım. Kənd toylarında belə bir adət var ki,kənddə yaşayanlar günorta gəlib yemək yeyirlər,biraz oturub sonra dağılışırlar.
Gedib axşam üçün başqa geyim geyinib,bəzənirlər. Və axşamçağı hamı yığışır eyni mağara. Milli musiqilərimiz ard-arda çalınır,toy əhli fasilə vermədən ürəkdən rəqs edirlər. Toy kiçik toyu idi. Saat 11 ərəfələrində bəyi gətirdilər toyxanaya. Bəy gətiriləndən sonra toy daha da şənləşdi. Ən xoşuma gələn adətlərdən biri bəy gəlməmişdən qabaq toydakılardan kimsə bəyin stolunda oturur və bəydən,bəyin atasından,əmilərindən,dayılarından,babalarından xələt almayınca stoldan durmur :)) Oturduğu yerdə xeyli pul qazanır həmin adam :)) Heç kim getmək istəmirdi, gecə saat 2-yə kimi davam etdi toy. Sonunda musiqiçilərin necə əldən düşdüyünü gördük insafa gəldik və toyu dağıtmağa qərar verdik :)) Ən sonda yallı getdik və toy dağıldı. Toy evində qalacaq olanlar və kənddə yaşayan qohumlar ,yadlar dağılandan sonra mağara yığışır,səhərə kimi söhbət edir,çay içir. Və toyu beləcə bitirmiş oluruq.
O qədər gözəl hisslərlə qayıtdım ki,evimizə. Doğurdan da köhnə adət- ənənəni yaşatmaq çox gözəldi. Şəhərlərdə mümkün deyil,amma ən azından rayon yerlərində bu cür toylar etməyi davam etdirmək lazımdı.
Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda bayram namazı qılınır
Bel bölgəsindəki piylər infarkta səbəb olur
Katsudzo Nişinin 6 qaydası - 4 (Son)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Bakıya duman gələcək
Avropa ölkələri Qafqaza yalnız neft anbarı kimi baxmamalıdır
Beren Saat imicini dəyişdi-FOTO
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ
3 addımda Elsa Hoskun gündəlik makiyajı
İlham Əliyev ermənilərin yaraladığı azərbaycanlılarla bağlı göstəriş verib
Yer kürəsi yenə təhükə altındadır-VİDEO
Məşhur aktrisa Dinini Dəyişdi-FOTO
Daha bir ulduz evində ölü tapıldı
Çiyələkli sufle (foto resept)
Azərbaycan yenidən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqres Şurasının sədr müavini seçilib
Milyarder üçün superyaxta hazırlandı-FOTO
Bulka pizza (foto resept)
Mənzillərin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişdi
Azərbaycanda dörd nəfər koronavirusdan sağaldı - RƏSMİ + VİDEO
Galaxy S5-in əsl dəyəri nə qədərdir?
Qapının zəngi...
Aldıqları geyimləri istifadə edib geri qaytarırlar - VİDEO
Azərbaycanda “Facebook” istifadəçiləri artır
"Facebook" məşhur səhifələri yoxlamağa başlayacaq
Bakı avtobuslarında daha bir yenilik
Özünüzü qoruyun...
Ukrayna Azərbaycana ixracının yarıdan çoxunu itirib - SƏBƏB
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda nevroloji patologiyalar artıb
ABŞ konqresmenləri: Azərbaycan siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir
İlin ən cazibədar qadınları
Mona Lisa
20 yaşlı tələbə deputat seçildi
Referendumla bağlı Türkiyəyə gedəcək Azərbaycan nümayəndə heyətinin TƏRKİBİ
Günün ulduz falı
"Messi ilə müqavilə imzalayardıq, ancaq PSJ-də, onsuz da, yaxşı futbolçular var"
Daha 517 nəfərdə koronavirus aşkarlandı - 7 xəstə öldü
Vanqanın Qarabağla bağlı PROQNOZU
"Facebook"dan yenilik
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
Cinayətkarlar təbii fəlakət qurbanlarının dadına çatdılar
Qarabağda ölənlərin cəsədlərinin mübadiləsi başlayıb
Toxluq hissi yaradan avokado pəhrizi
İnanılmaz optik illüziyalar
Mahsun Kırmızıgül 14 il sonra geri dönür
"Ölməkdən çox qorxuram" - Məryəm
Diş daşlarını aradan qaldıran möcüzəvi RESEPT
Bölgələrimizin Mətbəxi-Zaqatala
Alişan və Buseyə 270 min manatlıq qızıl taxdılar_FOTO
İrem "Sen anlat Karadeniz"-dən QOVULDU?
Pendirli omlet
- ŞƏRHLƏR