''...İndi bu sətirləri qələmə alanda fikrimdə çox şey, hətta xatirələr dolaşdı, unutqanlığımız sarıdan bir göynərti ürəyimi ağrıtdı. Özümdən asılı olmayaraq dilimdın bir giley qopdu:
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.
Fikrim anamın qırışmış sifətində cəmləşdi. Xahiş etdim: "Ana, mənə bir laylay desənə". "Unutmuşam, bala, çoxunu. Yaddaşım korlanıb" dedi. Və səsi titrədi...
Anam bəlkə də haqlıydı, bəlkə də yox. Təkcə anammı unutmuşdu laylaları? Yox, çünki anaların yaddaşı zəifləmir. Sadəcə, zaman yaddaşlardan silib aparır tariximizi".
Bax belə, sevimli xanımlar, bu sətirlər yazıçı Allahverdi Eminovun kitabından oxuyub sizlərlə bölüşdüyüm sətirlərdir. Oxuyarkən dalıb getdim. Nələri itiririk biz düşünmədən. Aramızda saysız-hesabsız ana olan gənc qızlarımız var. Hansı ki, balasını laylasız yatırdır...
Laylalar - ananın balasına südlə birlikdə verdiyi ikinci ilahi vergisi, bəxşişidir ki, onu rahatladır, həzin mahnı sədası ilə körpənin ruhuna hopur. Laylalarımız həkim məlhəmindən güclüdür. Çünki ana sözündən yaranır, ana məhəbbətini təcəssüm edir.
Dünyada müsəlman xanımlarımız ana olduqdan sonra körpələrin tərbiyəsinə, sağlamlığına can yandırır. Bizlər övladlarımız üçün hər şeyin ən yaxşısını etmək istəyirik. Amma ən başlanğıcda çaşırıq: körpələrimizin qulaqlarına həzin laylay nəğməsini səsləndirmirik. Dünya sivilizasiyası inkişaf etdikcə laylalar yox dərəcəsinə çatır. Unuduruq ki, laylay sədası ilə böyüyən uşaq o müqəddəsliyi ömrü boyu qoruyub özündən sonrakı nəsilə çatdırar.
Anasız böyüyən milyonlarla körpə o nəğməyə həsrətdirsə, bizim körpələr analı ola-ola niyə həsrət qalsın? Dərindən düşünsək, günah etdiyimizi anlayarıq. Ziyanın yarısından qayıtmaq da xeyirdir, bu gün də gec deyil. Balalarınıza öyrədin, oxuyun. Laylalarımızı tanıtmaq pis deyil. Şərqin anaları qızlarının əcaib xarici müsiqilərini səhvsiz oxumağıyla deyil, misilsiz qiyməti olan laylalarımızı bilməsi ilə fəxr etməlidir...
Şirinsən özün,balam,
Bal dadır,sözün balam,
Dolansan xalça üstə
Tük seçər gözün, balam.
Bu laylalı bayatını oxumaqla, qeyri-adi məlahətli səsi balalarımıza göstərməklə nə itiririk ki biz?... Axı ömrümüz balalarımızın yolunda şamtək əriyir, vaxt gələcək, səsimiz xırıltı ilə çıxacaq. Onda laylay oxumaq gec olmazmı bizlərə?..
Səmimi cavab verdiyinizə inanıb, sizlərə bir sual verəcəyəm: "Övladınızı laylay ilə böyütmüsünüzmü, yaxud balanıza laylay deyirsinizmi?" Əvvəl özüm həqiqəti deyirəm, mənim üçün bunun bir utanc olduğunu və balalarıma nəyi verə bilmədiyimi indi anladım. Çünki, körpə ikən qızımı dini bir musiqiyə öyrəşdirmişdim. Uşaq onunla yatırdı. Oğlum isə rus müğənnisi Alla Puqaçovanın ''Миллион алых СЂРѕР·'' mahnısı ilə rahatlıq tapıb, yuxuya gedib...
Tanrı keçsin günahımdan...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan gölləri
Siqaret yaddaş itkisinə səbəb olur
Sadə və yüngül keks (foto resept)
"Survivor"-da gözlənilməz qəza-FOTO
Soyuqda papaq taxmayanların nəzərinə
Ermənilər çaylarımızı yenə bulandırır
Uşaq ölümünü uşağa necə izah etməli?
Xanım idmançımız Azərbaycanda ilkə imza atdı
Seren Serengil 4-cü dəfə övladını itirdi
Qəlbimizi pak saxlamaq üçün nə edək?
HAVA necə olacaq?
Uşaq aləmi
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
Yeni cərimələr müəyyənləşdi-4000 manatadək
İmkan verin, bir az da yatım...
Məşhur modeldən şok ETİRAF-FOTO
Dünyanı kim idarə edir?
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Nə üçün gizli günahlardan qorxuruq?
XXI əsrin "analoqu olmayan" məktəbləri Azərbaycanda
Azərbaycan coğrafiyasının inkişaf tarixi-7 (son)
Böyük Dostoyevski 192 yaşında
Zəncirbəndlə fərqli görünüş
Yaddaşı bərpa etmək olacaq?
Rus Dili dərs-21 (Test)
ANAMA ləğv edildi
Tətildə izləyə biləcəyiniz filmlər
Məşhur aktrisa ən böyük qorxusunu AÇIQLADI-FOTO
Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib
Məşhur aktrisa gündəmdədir-SƏBƏB/FOTO
Sürətli çəki artırmağın 20 yolu (2)
Koronavirusla bağlı son STATİSTİKA
Həkim müalicə edir, təbiət sağaldır...
Pişikləri haqqında bunları bilirsiniz?
"Gələcəyə dönüş"-filmində 2015-ci il
Günün qoroskopu: Qətiyyətli olun!
İnkişaf nədir?
Sirli təbiət
Suxarı yedilər, zəhərləndilər
Məşhur nağıllarımız planşet və smartfonlarda
Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu
Bakı rəsmən imtina etdi
Murat Boz Aslını sildi
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Evdə güldan düzəltmək
Dəvə sümüyündən velosiped -FOTO
İrem Derici manyak fanatından gizlənir
Apple və Motorola barışır
İşləyən ananın uşağı
Azərbaycanda istilik mövsümü yenidən uzadıldı
- ŞƏRHLƏR