Mütəxəssislər xəbərdarlıq edir: "Kartof çipsiləri ürək xəstəlikləri, obezitə və xərçəng riskini artırır. Onlar uşaqların gələcəyini məhv edir". Bütün uşaqların xoşladığı kartof çipsi əslində bu kiçik bədənlər üçün zəhərdən fərqsizdir.
Dünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatına görə, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Yəni gündə 2 paket çipsi yeyən uşaq bu nisbətləri həddən çox aşır! Bu iki təşkilatın mütəxəssislərinə görə, gündə 2000 kalori alan bir yetkin şəxsin ən çox 65 qram yağ istehlak etməsi lazımdır. Üstəlik, bu yağ miqdarının içində ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazımdır. "Siqaret qədər təhlükəli olan" işlənmiş yağların isə heç istehlak edilməməsi vurğulanır. Ayrıca, Dünya Sağlamlıq Təşkilatı mütəxəssisləri bir yetkinin gündə ən çox 6 qram duz almasının lazım olduğunu söyləyir. Bu nisbət uşaqlarda 3 qrama qədər enir.
Uşaqlarımızın yediyi 100 qramlıq paket kartof çipsində 25-33 qram arasında yağ var. Dünyada satılan kartof çipsilərinin üzərində yazılmadığı üçün hansı nisbətdə işlənmiş yağdan istifadə edildiyini öyrənə bilmirik. Ancaq İngiltərə Ürək Sağlamlığı Təşkilatının məlumatlarına görə, 100 qramlıq kartof çipsilərindəki doymuş yağ nisbəti 10, işlənmiş yağ nisbəti isə 3 qrama qədər ola bilir. Duz nisbəti də 3 qrama qədər yüksəlir. Başqa cür desək, gündə 100 qramlıq iki paket çipsi yeyən uşaq əslində bir yetkin şəxsin alması lazım olan yağ və duz nisbətini istehlak etmiş olur.
Ürək, iflic və xərçəng riski
ABŞ-dakı Kaliforniya Universitetinin araşdırmasına görə, doymuş yağ istehlakı gündəlik 20 qramı aşdığı zaman obezitə riski 80 % və ürək xəstəliklərinə tutulma riski 60 % artır. İşlənmiş yağ isə damarlarda tıxanmağa gətirib çıxararaq, ürək xəstəliklərinə tutulma riskini ikiqat artırır. "Duza qarşı mübarizə" adlı kampaniya başladan Dünya Sağlamlıq Təşkilatı "Duz istehlakı 3 qramı aşdığı zaman infarkt və iflic riski ikiqat artır" xəbərdarlığını edir. Kartof çipslərinin yağda qızardılması əsnasında ortaya çıxan "akrilamid" adlı maddənin xərçəngə gətirib çıxardığı istiqamətində elmi müzakirələr aparılır.
İngiltərə Ürək Sağlamlığı Təşkilatı uşaqların çipsidən istifadəsini azaltmaq üçün "Çipsi yemək yağ içməyə bərabərdir" şüarıyla kampaniya başladıb. Təşkilata görə, 35 qramlıq çipsi paketində 2,5 çay qaşığı yeməli yağdan istifadə edilir. Çipsilərdə istifadə edilən yağ ilə gündə iki Olimpik üzmə hovuzu doldurula bilər. Dünyada hər il 36 milyard paket kartof çipsi satılır.
Ürək ağrısını tezləşdirir
Çipsilərdəki yağlar damar sərtləşdirici xüsusiyyətlərə malikdir ki, bu da damar tıxanıqlıqlarına səbəb olur. Ürəyi bəsləyən damarlar mənfi təsirlərə məruz qaldığı üçün ürək çox işləyir və ürək ağrıları ortaya çıxır.
Zərərli olduğu izah edilməlidir
Həddən artıq çipsi yemək balanssız bəslənmə şəklidir. Uşaqların kalsium, zülal, vitamin və minerallara ehtiyacı var. Hər gün toyuq və ya balıq, süd və ya ayran, meyvə və tərəvəz istehlak edilməlidir. Uşağa qadağan qoymaq əvəzinə yediklərini balanslı hala gətirməyi öyrətmək əhəmiyyətlidir.
Xanımlar, bəs siz necə, uşaqlarınıza çipsi alırsınızmı? Onlara çipsilərin nə qədər ziyanlı olduğunu başa salırsınızmı?
XƏBƏR LENTİ
Məhərrəm ayı ilə bağlı fətva verildi
Kakao yağının dərimizə faydaları
2015-də bu ölkələrə gedin
Bu sezon ən iddialı trendləri
Kələm salatı (foto resept)
Vitaminlər
"Qarabağ"la çətin oyun olacaq
Fransız qadınları kimi geyinməyin sirri
Bahalaşma başladı
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Hava haqqında
Fransa təkcə romantika şəhəri deyil
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Azərbaycana gələn pullar azaldı
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Rafael Dadaşov vəfat etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Xoşbəxtlik gətirən qidalar
Dünyanın ən balaca iti odur
Kağız halva (3)
Laqeydlik ən böyük şiddətdir
Gülben Ergen haqqında ŞOK məlumat
Qan donduran araşdırma - 5042 ölü
Qasırğanı dəqiq proqnozlaşdıran qurğu hazırlandı
Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Məşhur model üsyan etdi
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Münasibətin mərhələləri
Dovğa göyərtisinin doğranılması
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Nüsret evlənir?-FOTO
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
Limonlu-pudralı peçenye (foto resept)
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Cütlüklər arasında çıxan münaqişə mövzuları
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Gəncə Təbrizlə qardaş oldu
Sobada ətli rulet (foto-resept)
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Göz makyajı
Abituriyentlərinin nəzərinə!
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Messi əməliyyat olunacaq
Damla şokoladlı keks (foto-resept)
Günün ulduz falı
Yağmasan da, gurulda!
- ŞƏRHLƏR