Sazişə gələn dövlətlər,
Vətəndaşlığa dair hüquq və praktikadakı kolliziyaların qadınların nigaha daxil olması, nigahının pozulması və nigah ittifaqı mövcud olduğu dövürdə ərin vətəndaşlığını dəyişməsinə görə vətəndaşlığını itirməsi, yaxud vətəndaşlıq əldə etməsi haqqında çıxarılan qərarların nəticəsi kimi meydana gəldiyini nəzərdə tutaraq,
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin insan hüquqları haqqında ümumi bəyannaməsinin 15-ci maddəsində «hər bir insanın vətəndaşlıq hüququ olduğunun» və «heç kəsin zorakarlıqla vətəndaşlığından, yaxud vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilə bilməz»liyinin göstərildiyini nəzərdə tutaraq,
Cinsindən asılı olmayaraq hamı üçün insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət edilməsinə və riayət olunmasına yardım göstərmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etmək istəyərək,
Bununla asağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1
Sazişə gələn hər bir dövlət razılaşır ki, onun vətəndaşlarından hər hansı birinin nə əcnəbi ilə nigaha daxil olması, nə nigahının pozulması, nə də nigah ittifaqı mövcud olduğu dövrdə ərin vətəndaşlığını dəyişməsi arvadın vətəndaşlığında avtomatik əksini tapmamalıdır.
Maddə 2
Sazişə gələ hər bir dövlət razılaşır ki, nə onun hər hansı bir vətəndaşının könüllü surətdə hansısa dövlətin vətəndaşlığını qəbul etməsi, nə öz vətəndaşlığından hansısa birinin vətəndaşlığından imtina etməsi bu vətəndaşın arvadının öz vətəndaşlığını saxlamasına Mane olmamalıdır.
Maddə 3
1. Sazişə gələ hər bir dövlət razılaşır ki, onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbi, öz xahişi ilə, xüsusi asanlaşdırılmış naturalizasiya qaydasında ərinin vətəndaşlığını qəbul edə bilər. Belə vətəndaşlıq dövlət təhlükəsizliyinin və kütləvi asayişin mənafeyi xatirinə qoyulmuş məhdudiyyət obyekti ola bilər.
2. Sazişə gələn hər bir dövlət razılaşır ki, bu Konvensiya onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbinin hüquqi əsasda, yaxud öz xahişi ilə ərinin vətəndaşlığını qəbul etməsinə icazə verən hər hansı qanunvericiliyə və ya məhkəmə praktikasına toxunan şəkildə yozulmamalıdır.
Maddə 4
1. Bu Konvensiya Birləşmiş Millətlər təşkilatının üzv dövlətlərindən hər hansı birinin, həmçinin Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrindən hər hansı birinin üzvü olan və ya gələcəkdə üzvü olacaq, yaxud Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin dəvət göndərəcəyi hər hansı bir dövlətin adından imzalamaq və təsdiq edimək üçün açıqdır.
2. Bu Konvensiya təsdiq edilməlidir və təsdiqetmə fərmanları saxlanmaq üçün Birləşmiş MillətlərTəşkilatının Baş katibinə təhvil verilir.
Maddə 5
1. Bu Konvensiya 4-cü maddənin 1-ci bəndində xatırlanan bütün dövlətlərin ona qoşulması üçün açıqdır.
2. Qoşulma bu haqda fərmanın saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilməsi ilə yerinə yetirilir.
Maddə 6
1. Bu Konvensiya altıncı təsdiqetmə fərmanı və ya qoşulma haqqında fərman saxlanmağa təhvil verilən gündən sonra doqsanıncı gün qüvvəyə minir.
2. Bu Konvensiyanı altıncı təsdiqetmə fərmanı və ya qoşulma haqqında fərman saxlanmağa təhvil verilərdən sonra təsdiq etmiş, yaxud ona qoşulmuş hər bir dövlət üçün Konvensiya həmin dövlət öz təsdiqetmə, yaxud qoşulmaq haqqında fərmanı saxlanmağa təhvil verən gündən sonra doxsanıncı gün qüvvəyə minir.
Maddə 7
1. Bu Konvensiya sazişə gələn dövlətlərdən hər hansı birinin xarici əlaqələri üçün məsuliyyət daşıdığı metropoliyaya daxil olmayan, bütün özünü idarə etməyən, qəyyumluq altında olan, müstəmləkə ərazilərinə və digər ərazilərə tətbiq edilir; sazişə gələn müvafiq dövlət bu maddənin 2-ci bəndinin qərarlarına riayət olunmaq şərti ilə imzalama, təsdiqetmə və ya qoşulma nəticəsində bu Konvensiyanın metropoliyaya daxil olmayan hansı ərazilərə ipso fakto tətbiq edildiyini elan edir.
2. Vətəndaşlığa aid məsələdə metropoliyaya daxil olmayan hər hansı bir ərazi ilə metropoliya ərazisi arasında vəhdət olmadığı və həm də sazişə gələn dövlətin və ya metropoliyaya daxil olmayan müvafiq ərazinin konstitusiya qanunlarına, yaxud praktikasına əsasən bu Konvensiyanın həmin əraziyə tətbiq edilməsi üçün sonuncunun əvvəlcədən razılığını almaq tələb olunduğu hallarda sazişə gələn dövlət həmin sazişə gələn dövlətin konvensiyanı imzaladığı gündən sonra on iki ay ərzində metropoliyaya daxil olmayan bu ərazinin lazımi razılığını almaq üçün tədbirlər görməlidir. Bu razılıq alındıqda isə həmin sazişə gələn dövlət onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirir. Bu Konvensiya həmin bildirişdə göstərilən ərazidə və ya ərazilərdə Baş katib onu aldığı gündən qüvvəyə minir.
3. Bu maddənin 2-ci bəndində göstərilən on iki aylıq müddət bitdikdən sonra sazişə gələ müvafiq dövlət beynəlxalq əlaqələri üçün məsuliyyət daşıdığı metropoliyaya daxil olmayan və bu Konvensiyanın tətbiqinə razılığı alınmayan ərazilərlə məsləhətləşmələrinin nəticələri barədə Baş katibə məlumat verir.
Maddə 8
1. Hər bir dövlət imzalanma, təsdiqetmə və ya qoşulma zamanı bu Konvensiyanın 1-ci və 2-ci maddələrindən başqa, bütün maddələrinə qeyd-şərt irəli sürə bilər.
2. Hər hansı bir döviət bu maddənin 1-ci bəndinə müvafiq olaraq qeyd-şərt irəli sürərsə, bu qeyd-şərt onu etmiş dövlətlə bu konvensiyanın digər iştirakçıları arasında münasibətlərin, həmin qeyd-şərtin aid olduğu qərar, yaxud qərarlar istisna edilməklə icbari xarakterinə toxunmur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin qeyd-şərtin mətninin bu Konvensiyanın iştirakçıları olan və ya olacaq bütün dövlətlərə bildirir. Bu Konvensiyanın iştirakçısı olan və ya gələcəkdə iştirakçısı olacaq istənilən dövlət onun özünü həmin qeyd-şərti irəli sürmüş dövlətlə bu Konvensiya vasitəsilə bağlı olmaqla razılaşmadığını Baş katibə bildirə bilər. Belə bildiriş Baş katib bu Konvensiyanın iştirakçısı olan dövlətlər barəsində məlumat verdiyi tarixdən hesablanmaqla və sonralar bu Konvesiyanın iştirakçısı olmuş dövlətlər barəsində onların təsdiqetmə fərmanının, yaxud qoşulma haqqında fərmanını depozitə qoyulduğu tarixdən hesablamaqla doxsan gün ərzində edilməlidir. Belə bildiriş edildiyi halda Konvensiya bu bildirişi vermiş dövlətlə qeyd-şərt irəli sürmüş dövlət arasında qüvvədə olmayacaqdır.
3. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq, qeyd-şərt irəli sürmüş hər bir dövlət həmin qeyd-şərt qəbul edildikdən sonra onu Baş katibin adına bildirişlə istənilən vaxt tamamilə və ya qismən geri götürə bilər. Belə bildiriş alındığı gündən qüvvəyə minir.
Maddə 9
1. Sazişə gələ istənilən dövlət bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına yazılı bəyanatla denonsasiya edə bilər. Denonsasiya Baş katib bu bildirişi aldığı gündən bir il sonra qüvvəyə minir.
2. Bu Konvensiya denonsasiyanını qüvvəyə minməsi nəticəsində bu Konvensiyanın iştirakçılarının sayı altıdan az olduğu gün qüvvəsini itirir.
Maddə 10
Sazişə gələn iki yaxud daha çox dövlət arasında bu Konvensiyanın yozulması və ya tətbiqinə dair danışıqlar yolu ilə həll edilməyən mübahisə, tərəflər başqa həll üsulu barədə razılığa gəlmədikdə, mübahisə edən tərəflərdən hər hansı biri tərəfindən həll edilmək üçün Beynəlxalq Məhkəməyə verilir.
Maddə11
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə, həmçinin onun Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində xatırlanan üzvü olmayan dövlətlərə aşağıdakılar barədə xəbər verir:
a) 4-cü maddəyə müvafiq olaraq imzalamalar və təsdiqetmə fərmanlarının alınması;
b) 5-ci maddəyə müvafiq olaraq qoşulma haqqında fərmanların alınması;
c) 6-cı maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi gün;
d) 8-ci maddəyə müvafiq olaraq alınmış bildirişlər;
e) 9-cu maddənin 1-ci bəndinə müvafiq olaraq, denonsasiyalara dair alınmış bildirişlər;
f) 9-cu maddənin 2-ci bəndinə müvafiq olaraq, Konvensiyanın qüvvədən düşməsi.
Maddə12
Bu Konvensiyanın ingilis, ispan, çin, rus və fransız dillərindəki eyni qüvvəyə malik olan mətnləri saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq edilmiş surətlərini Birləşmiş Millətlər Təşkilatının bütün üzv-dövlətlərinə, həmçinin onun 4-cü maddənin 1-ci bəndində xatırlanan üzvü olmayan dövlətlərə göndərir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu