Uşağınızın həm ruhi inkişafı, həm də duruş sağlamlığı baxımından idmanın əhəmiyyəti çox böyükdür. Körpəlik dövründə başlanan gimnastikanın, həm bədən, həm də zehni inkişaf cəhətdən müsbət təsiri vardır. Məşq edən körpələrin yaşıdlarına görə oturma, əzələ inkişafı, əl bacarıqları daha güclü olur. Gimnastika, oturma və gəzmə arasındakı koordinasiyasını da təmin edir. Oturma, körpənin ayaqda dayanmasını və getməsini də sürətləndirdiyi üçün, gimnastika edən körpələr yaşıdlarına görə daha erkən gəzə bilirlər.
Məşq edən körpələrdə ayrıca;
* Bədən və zehni inkişaf sürətlənir.
* Gimnastika əsnasında körpənin oynaq və əzələləri inkişaf edir.
* Ana ilə körpə arasındakı psixoloji inkişafa müsbət təsir edir.
* Gimnastika, körpənin cəsarətləndirilməsi, ictimai inkişafının irəliləməsinə də köməkçi olur.
* Körpənin özünə etibarı və bacarıqları artır.
* Körpəlik dövründə başlanan məşqlər əzələ gücü və əzələ inkişafı təmin etdiyi üçün, uşaqlıq çağında idmana yönəliş və idman həyatının formalaşmasına şərait yaranır. İdman edən ya da məşq edən uşaqların məktəb dövründə özünə etibarları və məktəb müvəffəqiyyətləri də artır.
* Uşaqların bədən strukturları daha möhkəm və şəkilli olur.
* Uşaqların sırada oturarkən oturuş mövqe pozuqluğu olmur.
* Əzələləri əvvəldən gücləndiyi üçün güclü olan əzələlər, oynaqları və sümükləri dəstəkləyir. Bu uşaqlarda (onurğa şəkil pozuqluqları) ya da oynaq deformasiyaları daha az görülür.
Gimnastika üçün doğru zaman və doğru mühit
Gimnastika hərəkətləri üçün hər gün 5-10 dəqiqə zaman ayırmaq çox əhəmiyyətlidir. Gündə 4-5 dəfə edildiyində faydalı olar. Körpəni rahatlaşdırmaq üçün duşdan və yuxudan əvvəl edilən məşqlər, duşdan sonra sağlam bir yuxuya kömək edir.Gimnastikanın edildiyi zəminin, duş dəsmalı ya da ədyal sərilmiş düz bir sahə olması lazımdır. Gimnastika əsnasında körpənin çılpaq olması ya da üzərində narahatlıq verməyəcək yüngül bir geyim olması çox əhəmiyyətlidir.Otaq istiliyi də yaxşı nizamlanmalıdır. İstiliyin 22 ilə 24 dərəcədə olması kifayətdir.
Məşq proqramına körpəni yoracaq, bədənin bütün oynaq və əzələlərini işlədən, ağır və çətin hərəkətlərlə başlanmamalıdır. Təxminən iki həftə yüngül hərəkətlərlə davam edilərək, yavaş yavaş əzələ və oynaqları işlədəcək məşqlərə keçilməlidir.
Hörmətli valideynlər, gələcək Analar,elecə də saytımızın daimi oxucuları,sizlərlə mövzu ilə əlaqədar həyata keçirdiyim təcrübəmi paylaşmaq istəyirəm.Faydalı olacağına əminəm.
Etdiyim araşdırmalardan belə nəticəyə gəldim ki,körpəni elə 2-3 ayından fiziki və zehni məşqlərə başlamaq lazımdır,deyirlər təməl güclü qoyulduqda sonrakı inkişaf da yaxşı gedir.Mən də belə bir video ilə rastlaşmışdım axtarış edərkən.Sizə təqdim edirəm:
Video: Körpə gimnastikası
İlk başda videonu seyr edərkən,insana elə gəlir ki,bu çətin bir işdir və ya təhlükəlidir.Etiraf edim ki, özüm də bu hissləri keçirmişdim.Amma diqqətli olduqdan sonra və öyrəşdikdən sonra heç bir təhlükəsi də qalmır,əksinə körpənin fiziki və əqli inkişafına kömək etmiş olursan.Beləliklə,marketə gedib əvvəlcə kiçik ölçülü bir top aldım və məşqlərə başladım.Ara vermədən hər gün hərəkətlərə davam etdim,daha çox oğlumun top üzərindən yerə əyilib oyuncaq almasını çox məşq etdirdim.Əl,barmaq tutmaları tez inkişaf etdi,demək olar ki, bütün əşyaları tutaraq təcrübədən keçirdi
Bu oğlumu məşq etdirmək üçün ilk top:
Zaman keçdikcə Alpay balamın ilk idman topu işə yararsız oldu,axı o boy atmışdır.Top üzərində əvvəlki kimi aşağı-yuxarı hərəkət edə bilmir.İkinci,daha böyük top almağa ehtiyac yarandı.
Bu da oğlumu məşq etdirmək üçün ikinci top,artıq böyüklər üçün olan Pilates topu:
Əziz Qadin.Net xanımları,uşaqlarınıza vaxt ayırmağı ehmal etməyin.Hər birinizə qayğıkeş və cəfakeş Ana olmağı arzu edirəm!
P.S.Oğluma bu məşqləri keçmək heç də işimə yaramır əslində,inkişaf etdikcə şkafların başında olur hər gün Amma,eybi yox,təki canı sağlam olsun...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hamilə qadını işə qəbul edə bilmərik, rəhbərlik qoymur!
Bakıda 10 dərəcəyədək şaxta olacaq
Baş bəlası sızanaqlar
Günün qoroskopu: yaxşı tanımadığınız adamlara inanmağa dəyməz
Milanda moda həftəsi
Hande Erçeldən nümunəvi addım
Əhvalı yaxşılaşdıran idmanlar
“O səs Türkiyə 2018" - İlk FOTO
Məşhur aktrisa yaddaşını sildirəcək-SƏBƏB
Vitaminsiz ömür: norma və anormallıq
İdeal xarici görünüş yoxdur!
Azərbaycanda elektron ticarətin həcmi artdı
Yatmış gözəl pəhrizi
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Dişlərinizin gözəl olması üçün 10 qayda
Ərdoğan Putinə məktub göndərdi
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Həyatın içindən
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
Məktəblilər üçün türkdilli ölkələrin ortaq kitabları hazırlanacaq
Rəngarəng qablar
İmmuniteti gücləndirən içkilər
Tilsimləyən tortlar
Lavaşarası sosiska (foto resept)
Saçqıranlar üçün banan maskası
Sılanın hansı səbəbdən döyülməsi ilə bağlı İDDİALAR
İnternetin keyfiyyəti artacaq
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Planetin ən yüksək nöqtəsi deşilir
Arıqlamaq üçün məşhur sirri
Zebra keks (foto resept)
Hava haqqında
Çimərlik geyiminin tarixi
Güclü yağış Gəncədə 12 evi uçurdu
Fəaliyyətini bərpa edən metrodan istifadə qaydaları açıqlandı
Jaket necə geyinilməlidir?
Gürcüstan-Tbilisi (6)
Bu həftəsonu 5 gün iş olmayacaq
Megan Marklenin səyahət geyimləri
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR
Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO
Uşağın qüsurlu və şikəst doğulmasına səbəb olan amillər
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Müddətli həqiqi hərbi xidmətə çağırılanların nəzərinə - VİDEO
Fərqli, yeni Alpina B4
Pəhriz salatı (foto resept)
Kartoflu rus salatı (foto-resept)
Hər kəsin rahibə bildiyi şəxs əslində....
- ŞƏRHLƏR