Əgər uşağınız cizgi filmlərinə həddən artıq aludədirsə, diqqətli olun. Çünki ekranda cərəyan edən hadisələrin dəyişmə sürəti real həyatdakından qat-qat çoxdur. Və cizgi filmlərindən fərqli olaraq, real həyatdakı hadisələr daha ləng inkişaf edir. Tezliklə bu ona gətirib çıxarır ki, uşaq adi vəziyyətdən sıxılmağa başlayır: onun nəzərində zaman kəsiyində çox az dəyişikliklər baş verir.
Nəticədə belə uşaq daha az sərbəst oyunlar oynayır, çünki beləliklə nağıllar və sehrlər dünyasından ayrılaraq darıxdırıcı reallığa qayıtmaq istəmir. Belə nağıllar isə uşağın öz təxəyyülünün məhsulu deyil, darıxdığı zaman düyməni basmaqla əldə etdiyi nağıllardır. Beləliklə, uşaqda belə hazır obrazlara aludəçilik yaranır. Gələcəkdə belə uşağı nələr gözləyir? Ən yaxşı halda kompüter oyunları və yaxud İnternetdən asılılıq.
Cizgi filmlərinə uzun müddətli baxış uşağı hazır obrazlara öyrəşdirir. Buna görə də beynin daxili obrazları sərbəst yaratmağa cavabdeh olan hissəsi lazımi dərəcədə inkişaf etmir. Gələcəkdə uşağın kitab oxumaqla bağlı problemləri yaranır. Çünki biz hansısa maraqlı bir kitab oxuyarkən çap hərflərini görmürük - bizim gözümüzün önündə oxuduğumuz hadisələr inkişaf edir, obrazlar canlanır, onların səsini eşidirik. Bu, bizim beynimizin daxili fəaliyyətidir.
Buna görə də əgər uşağınız darıxdığı üçün mızıldanırsa, onu sevdiyi cizgi filmlərinə tamaşa etməyə yollamayın. Ona oynamağı, nəsə düzəltməyi və ya təmir etməyi öyrədin. Ona fantaziya qurmağı öyrədin. Məsələn, uşağa nağıl oxuduqdan sonra soruşun: “Qəhrəman necə geyinib, onun evi necədir, nağıl qurtarandan sonra onların taleyi necə olacaq?” və s. Nağıla aid rəsm çəkməyini xahiş edin. Uşaqlara öyrənməyi öyrədin. O zaman dünya onların qarşısında yeni rənglərə bürünəcək!
XƏBƏR LENTİ
Cennifer Lopezdən yeni FOTOsessiya
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Sürpriz alma şirniyyatı (foto resept)
Metro stansiyasının gözəl dizaynı
Şahzadə tənqid olundu-SƏBƏB
4 yaşlı qız milyonları heyran etdi
Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Artıq şəhərdə 5 binanın penopoliuretan üzlükləri sökülüb
ABŞ Kremlə heç nəyi güzəştə getməyəcək
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim olunub
Uşaqlar üçün ən böyük təhlükə
Azərbaycan muğamı Praqada
Macar kababı (foto reept)
Məşhur müğənni yeni İMİCDƏ
Oksigen catışmazlığı ilə doğulan uşaqlarda elə zərərli vərdişlər yaranır...
Fransız dili-Dərs 9
Gəlinlik saç düzümləri
Kompüterlər mobil cihazlara uduzur
Ərdoğandan şok açıqlama
Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür
Hərbçilər haqda sərəncam
ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər
Facebook-da yayılmış yeni virusdan ehtiyatlı olun
DİM abituriyentlərə müraciət etdi
Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”
Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - FOTO
Hicablı xanımlar üçün yay geyimləri
Yunus Oğuzun kitabının təqdimatı Almatıda keçirilib
Kim ki yüz il yaşamırsa: Nanənin faydaları
Ana-atalığın verdiyi məsuliyyət hissi
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Məşhur aktrisa maska taxmayanları tənqid etdi
Pendirli kartof salatı (foto-resept)
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
17 asteroiddə su aşkarlandı
Meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq
Azərbaycanın bir sıra rayonlarında qazın verilişi məhdudlaşdırıldı
Pişiklər üçün kənd yaradılır - FOTO
Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər
Cazibədar ziyafət donları
Bahar allergiyasını soyuqdəymə ilə qarışdırmayın!
Can Yaman "Diriliş Osman"a qatılır?
Hindsayağı pirojki (foto resept)
Yoqa ilə həyatı sadələşdirməyin 5 yolu
Çox yeməyin 5 səbəbi
Almaniya mətbuatı Heydər Əliyev Fondunun Hamburqda təşkil etdiyi tədbirlərdən yazır
Mədə xəstəliklərinin müalicəsi
“Facebook” yenə çökdü
Kəşf etməyi sevənlər üçün sənədli filmlər
- ŞƏRHLƏR