Uşağın yaddaşı seçicidir – həkimə getmələrini hətta ən kiçik yaşda belə neqativ hadisə kimi yadda saxlaya bilirlər. Və elə həmin gündən də həkim adı gələndə onda xoş olmayan təəssürat yarana bilər. Uşağa həkimdən qorxmamağı öyrətmək çox vacibdir – bununla da onu lazımsız streslərdən uzaq tuta və həkim nəzarətini hay-küysüz yola verə bilərsiniz.
Bunun üçün ən geniş yayılmış üsul həkim oyunudur. Oyuncaq xəstəxana, həkim alətləri və sevimli oyuncaqlar əsl köməkçiniz olacaq. Doktor Ayboliti tanıyırsınız – uşağa onun haqqında nağıllar oxuyun, birlikdə cizgi filmlərini izləyin. Həkim alətlərinin hansının nə işə yaradığını izah edin. Əvvəl oyuncaqlarda, daha sonra isə uşağınızın üzərində göstərin. Gəlinciyi “müalicə edin” – iynə vurun, əlini saryın, yaralarını yodlayın. Bu işləri həyata keçirərkən uşağınız həm öz qorxularından azad olacaq, həm də bunların necə yerinə yetirildiyini öyrənəcək.
Həkim nəzarətinə daha erkəndən hazırlanın. Uşağa hara və nə üçün getdiyinizi mütləq izah edin. Əgər maşınla və ya avtobusla gəzməyi sevirsə, ona bu vasitələrlə səfər edəcəyinizi mütləq bildirin. Çox vaxt valideynlər uşağı qorxutmamaq üçün “İynə ağrıtmır” – deyə aldadırlar. Bunu etməyin! Uşağınız sizə olan inamını itirə bilər. Açıqca izah edin – iynə necə vurulacaq və bu zaman o özünü necə hiss edə bilər. Və mütləq qeyd edin: ağrı tez keçəcək və səhəri gün o bunu heç xatırlamayacaq da.
Bu məsələdə həkimin özünün də köməyindən istifadə edə bilərsiniz. Həkim kabinetinə uyğunlaşması üçün ona bir az zaman verin (özünüz həkimlə söhbət edin). İynə vurulan və ya digər bir xoş olmayan prosedur keçirilən zaman uşağa ürək-dirək verin. İnamla danışın və nəvazişli olun. Hirslənməyin, uşağın üstünə qışqırmayın, bununla onu daha da qorxudacaqsınız.
XƏBƏR LENTİ
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Çuğundur və gavalı salatı (foto resept)
Məşhur aparıcıdan ETİRAF
Peraşki (foto resept)
Zövqlü xanımlar üçün
Qadını düzgün dəyərləndirək
Dəcəl Qadın.Net xanımları (2)
Azərbaycanda uşaq bağçaları yenidən açılır? - RƏSMİ
Yağları əridən içkilər
Bu gecə 24 oyun olacaq
İlham Əliyev Varşavada Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİB
Dəbli cins kurtkalar
Gözümüzü qırpmasaq, nə olar?
Bu günün hava proqnozu - 08.11.2013
Petek Dinçöz Şəkiyə gəlir
Yuxuda bizi yoran vərdişlər
İnternetin qiyməti artacaqmı?
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
Murat Dalkılıça Hande Erçeldən dəstək
1963-cü ilin gitarası 400 min dollara satıldı
Planetin ən yaşlı insanı vəfat edib
Yol polisindən sürücülərə xəbərdarlıq
Dahi Stiv Cobs: 59 il əvvəl...
Roma mədəniyyəti - 2
Qonaq otağı dizaynları
Tibbin aciz olduğu xəstəlik- FOTO
Savadsız həkimlərimizin sayı AÇIQLANDI
Körpələr üçün bələklər
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Lüks həyatı olan 16 yaşlı Raşid-FOTO
Revmatizma ağrısını aradan qaldıran bitkilər
Dəniz suyunun faydaları
Siena beynəlxalq şəkil mükafatları
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Uşağa nece xeyr demək olar
Güzgüylə dizayn edilmiş otaqlar
104 yaşını 400 nəvə-nəticəsi ilə qeyd etdi - FOTO
Azərbaycanda həkim çatışmazlığı var? - RƏSMİ
Məşhur aktyor müalicəsinə 120 min ödədi-FOTO
2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib
Sağlam pəhrizin incə məqamları
İrem Sak Kvançı təriflədi
Birlikdə keçirdiyiniz vaxt
Mobil qurğular məsləhətçiləri əvəzləyir
Ən yaxşı qısa saç modelləri
Yenəmi eyni hədiyyələr? Biz harada səhv edirik?
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
Kəsmikli rulet (foto-resept)
Baş həkim beynəlxalq axtarışa veriləcək
Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
- ŞƏRHLƏR