Uşağın yaddaşı seçicidir – həkimə getmələrini hətta ən kiçik yaşda belə neqativ hadisə kimi yadda saxlaya bilirlər. Və elə həmin gündən də həkim adı gələndə onda xoş olmayan təəssürat yarana bilər. Uşağa həkimdən qorxmamağı öyrətmək çox vacibdir – bununla da onu lazımsız streslərdən uzaq tuta və həkim nəzarətini hay-küysüz yola verə bilərsiniz.
Bunun üçün ən geniş yayılmış üsul həkim oyunudur. Oyuncaq xəstəxana, həkim alətləri və sevimli oyuncaqlar əsl köməkçiniz olacaq. Doktor Ayboliti tanıyırsınız – uşağa onun haqqında nağıllar oxuyun, birlikdə cizgi filmlərini izləyin. Həkim alətlərinin hansının nə işə yaradığını izah edin. Əvvəl oyuncaqlarda, daha sonra isə uşağınızın üzərində göstərin. Gəlinciyi “müalicə edin” – iynə vurun, əlini saryın, yaralarını yodlayın. Bu işləri həyata keçirərkən uşağınız həm öz qorxularından azad olacaq, həm də bunların necə yerinə yetirildiyini öyrənəcək.
Həkim nəzarətinə daha erkəndən hazırlanın. Uşağa hara və nə üçün getdiyinizi mütləq izah edin. Əgər maşınla və ya avtobusla gəzməyi sevirsə, ona bu vasitələrlə səfər edəcəyinizi mütləq bildirin. Çox vaxt valideynlər uşağı qorxutmamaq üçün “İynə ağrıtmır” – deyə aldadırlar. Bunu etməyin! Uşağınız sizə olan inamını itirə bilər. Açıqca izah edin – iynə necə vurulacaq və bu zaman o özünü necə hiss edə bilər. Və mütləq qeyd edin: ağrı tez keçəcək və səhəri gün o bunu heç xatırlamayacaq da.
Bu məsələdə həkimin özünün də köməyindən istifadə edə bilərsiniz. Həkim kabinetinə uyğunlaşması üçün ona bir az zaman verin (özünüz həkimlə söhbət edin). İynə vurulan və ya digər bir xoş olmayan prosedur keçirilən zaman uşağa ürək-dirək verin. İnamla danışın və nəvazişli olun. Hirslənməyin, uşağın üstünə qışqırmayın, bununla onu daha da qorxudacaqsınız.
XƏBƏR LENTİ
Hülya Avşar efirlərə qayıdır?
Hansı tip ər-arvadsınız?
Hicablı gəlinlik modelləri
Dəbli qolbaqların hazırlanması
BÜRCLƏR bizə nə vəd edir? - 27 mart
"Şəkərbura" (foto-resept)
Ən dəyərli varlığımız - Ailə
Halit yeni İMİCDƏ-FOTO
Ruhun ayaq izinə rastladılar-FOTO
"Ağıllı" xalça hazırlandı
Mobil telefonunuzu muncuq və qaşlarla bəzəyin
"Qarabağda böyük sülh üzərində birgə iş vacibdir"
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Simit (foto-resept)
Məşhur cütlük evlənir - FOTO
Kor qızın gözü başına dəyən zərbə ilə açıldı
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Azərbaycanda 1700-ə yaxın müəllim and içəcək
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
Müasir kitab rəfləri modelləri
Qırışları azaldan maska
Haker 24 dəfə cek-pot uddu
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Dünyanın ilk 7 əkizi 18 yaşını qeyd etdi
Günün ulduz falı
Ramazanla bağlı fətva verildi
Kılıçdaroğlu: "Xocalı faciəsi yaddaşlarımızdan silinməyəcək"
Hər kəs kralın nişanlısına baxmaq istədi-Sayt çökdü
Çində Evlənmək QADAДћAN Olundu-SƏBƏB
Ata Azərbaycana əsir oğul Xocalıdan məktub
Azərbaycanda zəlzələ oldu
Rusiya konsulu və xanımına Sudanda hücum etdilər
Azərbaycanda 50 yaşdan sonra ana olanların sayı artır
Vilnüsdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitabın litva dilində tərcüməsinin təqdimatı olub
Gəlinliklər
Ən keyfiyyətli və ucuz təbii diş ağardıcısı
Teylor Svift Castin Biberi idman zalından qovdurdu-SƏBƏB
"Çukur" sezon finalına çıxdı-VİDEO
Gül ləçəklərindən ayaqqabılar
BÜRCLƏR bizə nə vəd edir?-10 yanvar
Tom Hanks və xanımın qanı müalicə üçün istifadə olunacaq-FOTO
Dünyanın ən hündür ikinci heykəli - FOTO
Təzəpir məscidində iftar süfrəsi açılıb
Saç rezinləri
Marinara pizza (foto-resept)
Serdar Ortaç da BOŞANDI
“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
Səbrinin "Qalatasaray"dakı taleyi necə olacaq?
Möhtəşəm üzük modelləri
Azərbaycanda bu siqaretlər ucuzlaşdı - FOTO
- ŞƏRHLƏR