Uşağın yaddaşı seçicidir – həkimə getmələrini hətta ən kiçik yaşda belə neqativ hadisə kimi yadda saxlaya bilirlər. Və elə həmin gündən də həkim adı gələndə onda xoş olmayan təəssürat yarana bilər. Uşağa həkimdən qorxmamağı öyrətmək çox vacibdir – bununla da onu lazımsız streslərdən uzaq tuta və həkim nəzarətini hay-küysüz yola verə bilərsiniz.
Bunun üçün ən geniş yayılmış üsul həkim oyunudur. Oyuncaq xəstəxana, həkim alətləri və sevimli oyuncaqlar əsl köməkçiniz olacaq. Doktor Ayboliti tanıyırsınız – uşağa onun haqqında nağıllar oxuyun, birlikdə cizgi filmlərini izləyin. Həkim alətlərinin hansının nə işə yaradığını izah edin. Əvvəl oyuncaqlarda, daha sonra isə uşağınızın üzərində göstərin. Gəlinciyi “müalicə edin” – iynə vurun, əlini saryın, yaralarını yodlayın. Bu işləri həyata keçirərkən uşağınız həm öz qorxularından azad olacaq, həm də bunların necə yerinə yetirildiyini öyrənəcək.
Həkim nəzarətinə daha erkəndən hazırlanın. Uşağa hara və nə üçün getdiyinizi mütləq izah edin. Əgər maşınla və ya avtobusla gəzməyi sevirsə, ona bu vasitələrlə səfər edəcəyinizi mütləq bildirin. Çox vaxt valideynlər uşağı qorxutmamaq üçün “İynə ağrıtmır” – deyə aldadırlar. Bunu etməyin! Uşağınız sizə olan inamını itirə bilər. Açıqca izah edin – iynə necə vurulacaq və bu zaman o özünü necə hiss edə bilər. Və mütləq qeyd edin: ağrı tez keçəcək və səhəri gün o bunu heç xatırlamayacaq da.
Bu məsələdə həkimin özünün də köməyindən istifadə edə bilərsiniz. Həkim kabinetinə uyğunlaşması üçün ona bir az zaman verin (özünüz həkimlə söhbət edin). İynə vurulan və ya digər bir xoş olmayan prosedur keçirilən zaman uşağa ürək-dirək verin. İnamla danışın və nəvazişli olun. Hirslənməyin, uşağın üstünə qışqırmayın, bununla onu daha da qorxudacaqsınız.
XƏBƏR LENTİ
Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?
Kiçik detallarla hər zaman qəşəng
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Noutbuku hara qoymaq olmaz?
Soğan suyu ilə arıqlamaq
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
Mətbəx üçün rəngarəng fikirlər
Autizmin yaranması və səbəbləri
Çində zəlzələ: 367 ölü
Ermənistanda həbs dalğası
Dünyanın iri canlıları (FOTO)
Azərbaycanda xüsusi rejimə görə ərzaq mağazaları bağlanır? - RƏSMİ AÇIQLAMA
Nəzrinin payız kolleksiyasından seçmələri
Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir
İranın “səfir”i kosmosa uçdu
Rənglər dünyası(2)
Kate Moss tərzinin əvəzedilməzləri
Kendal atası ilə -FOTO
WhatsApp-da problem yaranıb
Şahzadə Harri və Meqan Marklın fondu bağlandı-SƏBƏB
Uşaqların yataq otaqlarının hekayələri
Uşaqların duyğularını bölüşmə vasitəsi
İbrahimə sui-qəsd edənlərə 40 il həbs cəzası verildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Pendirli qrenki (foto resept)
Adriana Lima həyatını dəyişdirir - FOTO
Dünyanın ən varlı adamı yenə odur
Hamiləlik zamanı üzdə yaranmış ləkələr
Xurmalı şokolad topları (foto resept)
Sosial şəbəkə adları necə yazılmalıdır?
Bu ölkə Avropa Birliyindən imtina edir
Hadise 1 milyon itirdi
4 Ford qiymətində toqqa
Çiyələyin içərisində iynə aşkarlanıb-FOTO
Bakıda tələbə qız qaçırıldı
Azərbaycanda 25 min manata nömrə
Şəki halvasının hazırlanması
Günün ulduz falı
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Kriştianu Ronaldudan möhtəşəm rekord
Bakıda zaman durdu - FOTO
Masallıda İİV və QİÇS mövzusunda maarifləndirici tədbir keçirilib
Xoşbəxtliyin bir illik qiyməti müəyyən olundu
Hacıbala Abutalıbov işdən çıxarılıb?
Rəfiqə amili
İlham Əliyev: "Qiymətlər sabitdir, sabit də qalmalıdır"
Davos forumu başlayır
Daha bir serial erkən bitdi
Marsda itmiş kosmik cihaz
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 98 yeni yoluxma
- ŞƏRHLƏR