Uşaqlar ətrafında gördüklərini təkrar edirlər. Əgər uşağınız yalan danışırsa, mütləq ətrafında yalan danışan insanlar var - ya məktəbdəki yoldaşları, ya bacı-qardaşı, ya da siz özünüz. Özündən tez-tez söz uyduran uşaq, ana-atasının yalanlarına da çox həssas yanaşır. Onlar aldadılmağı sevməz və asanlıqla bağışlamazlar. Məsələn, "Həkimə tələsirik" deyib, gəzməyə gedən valideynlərindən hesab soruşarlar.
Uşaqlarınızın yanında söhbət edərkən diqqətli olun. "Hələ uşaqdır, heç nə başa düşmür" deməyin.
Hekayə: Əlinin atası yalanı heç sevməzdi. Və "Bizim evdə heç sevilməyən şey yalandır" deyərək hər zaman təkrar edərdi. Hətta neçə dəfə Əlinin yalan danışdığını bilib Əliyə çox əsəbləşmişdi. Hər dəfə yalanına şahid olanda "Bu uşaq hardan öyrənir yalan danışmağı?" deyə əsəbi halda xanımından soruşardı.
Bir gün atası ilə danışmaq istəyən bir şəxsdən zəng gəlir. Telefona Əli cavab verir. Atası uzaqdan Əliyə əli ilə "Evdə yoxam" işarəsi göstərir. Əli telefondakı səxsə atasının dediyi yalanı təkrar edir.
Həqiqəti deyərsə, başına iş gəlməsindən qorxaraq yalan danışmağı seçir. Yalan danışaraq özünü müdafiə etmək uşaq üçün ən asan çıxış yolu olur. Beləliklə, uşaq hər zaman yalan danışaraq özünü yalanlarla müdafiə etməyə başlayır. Uşağın üzərində qurulan təzyiq yalan danışmasına səbəb olur. Bunun üçün uşağın özünü olduğu kimi göstərə bilməsi, yəni onun istək və arzularına qulaq asılması çox əhəmiyyətlidir. Şəxsiyyətin inkişafı üçün də bu yol vacibdir. Çünki uşaq üzərində həddindən artıq nüfuz qurmaq və nəzarət onu utancaq, soyuq və qorxaq olmağa sövq edir. Buna görə də düşüncələrini ifadə edə bilmir və heç kim onu başa düşmür. Uşaq narahat olmağa başlayır. Ətrafındakılar ilə ünsiyyət qura bilmir. Nəticədə öz dünyasına qapanır və özünü cəmiyyətdən uzaqlaşdırır.
Uşaq tez-tez yalan danışırsa, bu haqda ciddi düşünmək lazımdır. Bu o deməkdir ki, valideynlərlə uşaq arasındakı etibar, inam hissi zədələnib. Ya uşaq valideynlərinin ondan gözlədiklərini yerinə yetirməkdə çətinlik çəkir, ya da cəzalandırılmasından qorxaraq yalana əl atır. Məsələn, məktəbdəki müvəffəqiyyətsizliyin bağışlanmadığı bir evdə uşaq qiymət cədvəlini itirdiyini deyir, ya da atasının yerinə özü imza qoyur. Bu isə o deməkdir ki, valideynlə uşaq arasındakı əlaqələr çox bərbad vəziyyətdədir.
XƏBƏR LENTİ
Oktyabr ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb
Koronavirusa görə məktəblər bağlanacaq? - Rəsmi cavab
Ermənilərin "parlament" şousu
Günün ulduz falı - 21.01.2014
Göbələk şorbası (foto resept)
Uşaqdakı fərasətə bax...
Tənbəlliyin səbəbləri
Sağlam böyrəklərin sirri
Məşhurlar hansı idman növü ilə məşğul olur?
Cəbhədə son vəziyyət
"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır
"Facebook" 5 milyard dollar itirdi
Prezident qəbul keçirdi
Bürclər hansı xüsusiyyətləri ilə FƏXR ETMƏYƏ LAYİQDİR?
Danışmazdan əvvəl düşünün!
"Qalatasaray"a baş məşqçi gəlir
Azərbaycanda əhalinin dolanışığı qonşu ölkələrlə müqayisədə qənaətbəxşdir
"Yuventus" Ronaldodan İtaliyaya qayıtmağı tələb etdi
Su için!
Düşmənin sipər kimi istifadə etdiyi daşın yanında Mübariz İbrahimovun şəkli ucaldıldı
DİM sədri: “Dəqiq tarix demək mümkün deyil”
Bakının iki qəsəbəsində su olmayacaq
Məşhur brend ÜZR İSTƏDİ-SƏBƏB
Sofia Vergaranın gözəllik sirləri
Kraliça Meqan və Harrini Təcili olaraq Britaniyaya Çağırdı-SƏBƏB
Dermatoloqlar COVID-19 xəstələrinin ümumi simptomunu TAPDI
"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"
Arıqladan yağlar
Hazal Kaya Los-Ancelesə köçür-SƏBƏB
Dekorasiyada yaşıl rəng trendi
Gənc nazir nişanlandı-FOTO
Meryem Üzerli ekranlara qayıdır
Klinton Trampı 3% qabaqlayır
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
HAVA necə olacaq?-1 FEVRAL
2018-in manikür modelləri
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan yeni layihə
Hava haqqında - 16.08.2013
Serenaya 4 milyon təklif etdilər
Aybüke Pusatın gözəllik sirləri
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
Evliliyi nələr öldürür?
Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO
Süddən tikilən məscid
Azərbaycanda 4 kənddə işləyənlərin maaşları artırıldı
Bakı birinci oldu!
Günəş "üzünü çevirir"-FOTO
Subay xanımlara 9 məsləhət
Zəngilanın işğaldan azad olunmuş kəndindən görüntülər - VİDEO
Sabah yay vaxtı ləğv edilir
- ŞƏRHLƏR