Uşaqlara təsirli göstərişlər necə verilməlidir?
Nümunə:
"Zəhmət olmasa, oyuncaqlarını toplayarsan?", desəniz, bu yalnız sadə bir istəkdir.
"Yeməkləri yerə atmağı kəs!", ya da "Bura gəl, yerə atdığın paltarını bu dəqiqə yerinə qoy!" cümlələri tam olaraq əmr cümlələridir. Sözə qulaq asmayan uşaqların ana-ataları onlara təsirli və açıq şəkildə əmr cümlələri ilə müraciətdə səhvə yol verirlər. Hər bir ana və ata uşaqlarının düzgün davranışı ilə əlaqədar doğru əmrləri verməyi öyrənməlidir. Əmr vermək deyiləndə, burada hərbi sistemdəki kimi komandirin əsgərlərə verdiyi əmrdən söhbət getmir. Sözə qulaq asmayan uşaqlara doğru şəkildə əmrlər, göstərişlər verilməsi necə olmalıdır və nə zaman verilməlidir?
Uşağınızın müəyyən bir arzu olunmayan davranışına son vermək istədikdə, bunu ona istək şəklində bildirərəkən uşaq əməl etməkdən imtina etdikdə əmr cümlələrinə keçmək zamanı gəlmişdir.
Deyək ki, qonaq otağına girirsiniz və yeddi yaşındakı qızınızın (oğlunuz) yeni aldığınız divanın üstündə tullandığını görürsünüz. Bu vəziyyətdə həmin dəqiqə üzünüzə ciddi ifadə verərək ona tərəf gedin; gözlərinin içinə baxın; gözünüzü onun gözündən ayırmadan ona adı ilə səslənərək sərt bir səs tonu ilə açıq əmrinizi verin. Ona belə deyin: "Aydan, mebellərin üstündə tullanmaq ev qaydalarına ziddir. Bu dəqiqə divandan aşağı en!" Bu halda uşağın açıq şəkildə başa düşəcəyi formada əmr vermiş olursunuz.
Nə deyilməsi açıq şəkildə anlaşıla bilməyən, qeyri-müəyyən göstərişlər valideynlərə kömək etməyəcək. Məsələn, " Buraya gəl və oyuncaqlarını topla", desəniz uşağın sizi dinləmək ehtimalı yüksəkdir. "Bu oyuncaqların çarəsinə bax", desəniz, belə bir göstərişə əməl edilməsi ehtimalı çox azdır.
Yadda saxlamalısınız ki, əmr və ya göstəriş verərkən sual vermək, yaxud "Divanın üstündə tullanmaq xoş deyil", kimi bir şərh vermək işə yaramaz. Nə badə uşağa " Niyə divanın üstündə tullanırsan?" kimi sual verməyəsiniz. Bəziləri, misalçün, gülüb "Çox əyləncəlidir, ona görə", deyə cavab da verə bilər. Uşaq pis davranış sərgilədiyi vaxtda ona tətbiq ediləcək qaydanın səbəblərini də izah etməyə səy göstərməyin. Qanun-qaydalar haqqında izahatın zamanı ya uşağın qaydaya zidd davranmasından əvvəl olmalıdır, ya da pis davranışa son verməsindən sonra olmalıdır.
Bir də valideynlərin uşaqları pis davranışlarına görə danladıqları zamanı işlətdikləri səhv cümlələr olur; məsələn, Aydan nümunəsində valideyn Aydana belə deyir: "Divanın üstündə tullana bilməzsən. Bu divan heç bilirsən neçəyə alınıb? Kreditlərin ödənilməsi hələ də bitməyib. Borcumuz var. Tullanmaq səbəbindən divanın yayları yerindən çıxa bilər." Bu sözlər əvəzinə Aydana birbaşa olaraq "Düş divandan aşağıya" deməlisiniz.
Hesab edək ki, Aydan əmr etdiyiniz halda da sizə qulaq asmadı və divanda tullanmağa davam etdi. Bu zaman hansı qərarı verməlisiniz?
Ardı növbəti xəbərdə izah olunacaq.
Linn Klark "SOS! Ana-atalara kömək"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Prezident iqamətgahı əsl qış nağılına çevrildi - Möhtəşəm FOTOLAR
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Ətli rulet (foto resept)
2 sualla 17 min cütlüyü ayırdı
Azərbaycanda hərbi xidmətə çağırışda yenilik
Filmlərdə tanış olub, bir-birinə aşiq olan məşhur cütlüklər
Nazirlikdən yeni qərar
Azərbaycanda nəhəng körpü tikilir
Məhərrəm ayı başladı
Nikahdan öncə sığortalanın
Azərbaycanda bu il “Son zəng” keçirilməyə bilər
Ən ucuz BMW 7-Series
Kağız "qarlar" (FOTO)
Bergüzar və Engindən FOTOsessiya
Bağ evləri
Reyhanın faydaları
Sehirli göbələklər
Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlandı - TAM SİYAHI
Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanılıb
Tək böyrəklə yaşayanlara tövsiyələr
Koronavirusu məhv edən robot hazırlandı - FOTO/VIDEO
Pul yığmaq üçün hansı dəyişiklikləri etməli?
Rəngli aksessuarlar
Mehmet Ali Erbil aylar sonra İLK DƏFƏ
1 yaşına qədər körpələr necə qidalanmalıdır?
Bakteriyaların müxtəlifliyi
Şəhidlərimiz dəfn edildi
Neslicana heykəl qoyuldu
"Jara" bu dəfə Dubayda olacaq
Dubay daha bir yeniliyə imza atdı - “ağıllı” arabalar
Burak Deniz əsgər getdi
Şeyx xalqa müraciət etdi
Beyniniz onu istər
Tortları bəzəmək üçün güllər düzəldilməsi (foto dərs)
Məşhur ulduz intihar etdi
JLo öz bədən quruluşu ilə HEYRƏTLƏNDİRDİ
Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil
Hamiləlikdə baş verən dəyişikliklər
Cennifer Laurens nişanlandı-FOTO
Türk xilasedici itə süni nəfəs verdi - VİDEO
Kakoslu mandarinli peçenye
Günün ulduz falı
Hava haqqında - 08.09.2013
Müəllimlərə daha bir şad xəbər
HAVA necə olacaq?-8 FEVRAL
Bakıda 1 tonluq bayram xonçası - FOTO
Uşaq çantaları
Anomal, yoxsa normal hava?
Hərbi çağırış yaşı artırılır
Mehriban Əliyeva İstanbulda dünyanı narahat edən məsələdən danışdı
- ŞƏRHLƏR