Bəlkə sizin də uşağınız heç acmır? Yoxsa siz də boşqabı götürüb uşağınızın arxasınca qaçırsınız? Bəlkə siz də “Axşama qədər ac qoysam, ağzını da açmaz” deyənlərdənsiniz? Hər şeydən əvvəl uşaqların həqiqətən də acıb-acmadıqlarını nəzərdən keçirək. Görəsən heç acmayan uşaq ola bilərmi? Əlbəttə ki, ola bilməz. Çünki böyüklərdə olduğu kimi uşaqların da özünəməxsus “mədə ölçüsü” var.
Təbii ki, hələ acmamış bir uşaqdan yemək tələb etmək onda yeməyə qarşı ikrah yarada bilər. Məsələni bir az da aydınlaşdırmaq üçün bir anlıq özümüzü uşaqlarımızın yerinə qoyaq.
Özünüzü tox hiss edirsiniz və bu vaxt sizdən bir boşqab yemək yeməyi tələb edirlər. Təbii ki, bu bir boşqab yemək sizin gözünüzə böyük qazan kimi görünəcək. Yedikcə mədəniz bulanacaq. Əslində uşaqların yaşadığı hisslər heç də bundan fərqli deyil. Elə isə uşaqların acmasına imkan verin. Ancaq o vaxt uşaqlar yeməyin “ləzzətini biləcəklər”. Yeməkdən həzz alan uşaqların zaman keçdikcə yeməyə qarşı ikrah hissi olmayacaq.
Xüsusilə də son illər yol verilən ən böyük xəta körpəlikdən uşağı tez-tez yeməyə məcbur etməkdir. Uşaq hələ acmamış başqa bir yemək gəlir. Onun “təsiri keçməmiş” başqa bir yemək təşrif buyurur. Nəticədə uşaq boşqab görən kimi ağlamağa başlayır. Buradan belə nəticə çıxarmaq olar ki, uşaqların yeməyə qarşı ikrah hissi duymasının ilk səbəbi valideynlərdir.
Bəs yemək yeməyən uşaqlarla necə rəftar etmək olar?
Yeganə yol uşağın acmasını təmin etməkdir. Uşağınızın yeməkdən zövq almasına imkan verin. Bunun üçün isə onun sevdiyi və ya sevə biləcəyi yeməklərdən başlaya bilərsiniz. Ancaq uşaq gün ərzində necə gəldi yeməməli, ayaqüstü yeməklərlə qarnını doyurmamalıdır. Bundan başqa, uşaq özü istəyənə qədər ona yemək təklif etməyin. Yemək yemək istəyəndə isə istədiyi qədər yeməsinə imkan verin. Başqa sözlə, fürsətdən istifadə edib boşqabı ağzına qədər doldurmayın. Bir müddət sonra uşağınızın da hamı kimi acdığını görəcəksiniz.
XƏBƏR LENTİ
HAVA necə olacaq? -27 Mart
Eynşteynə aid olduğu bilinməyən 4 ixtira
Almalı piroq (foto resept)
Qadınların arıqlamaq üçün ən ideal yaş dövrü
Bakıda böyük bir ərazinin taleyi dəmir lövhələrlə qaranlıq edilib - FOTO
Demi Lovato təcili xəstəxanaya yerləşdirilib-FOTO
Özcan Dəniz ata olacaq!
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Səs gigiyenası üçün bilməli olduqlarınız
Qarabağ qazisinin şəhid övladı: “Mən oğlumdan keçmiş zamanda danışa bilmərəm” - VİDEO
Yayın aktual problemi
"Jurnalistika"ya qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ
Bu günün tarixi (14.10.2014)
Murat Boz böyük qalmaqala son qoydu
TƏBİB ölkədəki son vəziyyəti açıqladı
Oktyabrın hava proqnozu açıqlandı
Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz
Övlad sahibi olmaq istəyən qadınlar hansı ərzaqlara üstünlük verməlidir?
Xərçənglə mübarizə aparan 4 ərzaq
Ramazanın 15-ci gününün duası
Təbiətdən ilham alan saç rəngləri
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Azərbaycanlı gimnastlar Macarıstandakı turnirdə 12 medal qazandılar
Könül sevən göyçək olar...
İrina Şeyk yeni FOTO paylaşdı
Ordumuza çörək bişirən aşpaz: “İnana bilmirəm ki, kitablarda oxuduğum Qarabağı gəzirəm” -VİDEO
Vücudumuz haqqında 10 həqiqət
"Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
İslandiyada bütpərəstliyin ilk məbədi tikildi
Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK
Qazax, Ağdam və Tərtərdə şiddətli atışma
Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün sifarişlər verib
Nəqliyyat sektorunda vahid ödəniş sistemi olacaq
Keçibuynuzu bəkməzinin faydaları
Ziya Bünyadov prospektinin bir hissəsi 4 gün bağlı olacaq
Engin Altanın xanımı 23 kq arıqladı
Model qayınanasını və qayınatasını HƏBS ETDİRDİ-ŞOK SƏBƏB
Azərbaycanda zəlzələ gözlənilirmi?
2019 toy tortları
Qış vaxtı" nəyimizə lazımdır?
Yapon qadınlarının arıq olmasının sirri
Qorxuram...
Saakaşvilidən Azərbaycana dəstək
Jirinovski Azərbaycan Xalq Cümhuriyyətindən danışdı
Röya Ayxan: "Kişi üçün bu bəsdir"
Tərbiyədə-doğru bildiyimiz yanlışlar
Nəqliyyat kartı hans avtobuslarda işləyəcək?
Yeməyini tülkü ilə paylaşdı, trend oldu - VİDEO
- ŞƏRHLƏR