Ana və ata olmaq bu sevinci paylaşmaq çox gözəl duyğu olmaqla yanaşı eyni zamanda böyük məsuliyyət tələb edən hissdir. Övladına aşılayacağın sevgidən əlavə həyatı dərk etməsi, doğru qərarlar verməsi baxımından olduqca vacibdir. Elə məhz bu baxımdan sizə uşaq təlim-tərbiyəçisi Şahnaz Arasın valideynlik məsuliyyəti haqqında olan fikirlərini təqdim edirəm.
Ana-atalıq nədir?
Bioloji varlıq kimi ana-ata olmaq çətin deyildir. Çətin olan insan ola bilməkdir. İnsanlığını davam etdirə bilməkdir. Bunu edə bilən üçün ana-ata olmaq, sadəcə həyati gözəlliklərdən, həyatın ehtiyaclarından biridir.
Ana-atalığın verdiyi məsuliyyət hissi hansılardır?
Təbii ki, insan olmağın verdiyi məsuliyyət hissindən başqa bir şey deyildir. İnsan ola bilən varlıq, həqiqətən, heç bir zaman məsuliyyət
hissindən qaçmadığı, belə edərsə, insan ola bilməyəcəyi üçün bu məsuliyyət hissini də sonuna qədər daşıyacaq və dərk edəcəkdir. Dürüst şəkildə edə bildiyini də, bilmədiyini dərk edərək, bu baxımdan kədər və qayğı içindədir. İnsan ola bilmə məsuliyyətini daşıya bilənlər üçün valideynliyin istənən və ya istənməyən bir nəticə olması və ya həm atanın, həm də ananın vəzifələrini yerinə yetirmək məcburiyyətində qalmış olması arasında fərq yoxdur. İnsan hər bir şərt və vəziyyətdə həyata davam edə biləcək şəkildə özünün və sevdiklərinin həyatına gözəllik qata bilmək məsuliyyətini daşıyır. Bu gözəlliklər də fərdin imkanları daxilindədir. Özü ilə barışıq və dürüst olan insan edə biləcəyindən artığını görə bilmədiyi üçün kədərlənməsinin mənasızlığını da, edə bildiyi halda, tənbəlliyi ucbatından qaynaqlanan acı nəticəni də görər və qəbul edər. Bir sözlə, insan ola bilmək eynilə qalibiyyət kimi, məğlubiyyəti də qəbul edə biləcək yetişkənliyə malik ola bilməkdir. Qalibiyyət sevincini yaşamaq kimi məğlubiyyətin kədərini də yaşamaq, çatışmazlıqlarını görmək və bir daha bunları təkrar etməmək üçün tədbirlər düşünə bilməkdir. Sevgidən ayrılmadan... doğruluqdan uzaqlaşmadan... Məhz o zaman valideynlik məktəbi, deyə bir məfhuma ehtiyac olmadığını görürük. Məhz o zaman düyünün çözüldüyünü, vəzifəmizi, cavabdehliyimizi yetərincə yerinə yetirdiyimizi görürük. İnsan ola bilmək; Özünü başqasının yerinə qoya bilməyi, həyatımıza öz pəncərəmizdən kənarda baxa biləcəyimiz, bütün tanıdıqlarımız üçün ayrı-ayrı pəncərə əlavə etməyi və hadisələri görə bilmək üçün onların pəncərəsindən də baxmağımızın gərəkliliyini unutmadan...
Hər zaman və hər vəziyyətdə ədalətli olmağı nəzərdən qaçırmadan... doğruluqdan ayrılmadan... İtirməyi də ən azından qazanmaq qədər yaşaya biləcəyimiz həqiqəti qəbul edə bilmək üçün özümüzə nəzarəti saxlayaraq... Bizi sevgiyə aparacaq və əlimizdəki sevgini gücləndirəcək tək yolun yaxşılıqla yarışmaq olduğu hissi ilə... hərəkətlər ola bilməkdir. Belə bir həyat üçün ilk addımı ataq və gülümsəyək. İnanaq... İnanmaq! İnanc sahibi olmaq... insanın olmazsa-olmazıdır. Hər insanın bir inancı vardır. «Mən heç bir şeyə inanmıram», - deyənin də inancı inancsızlıqdır. İnsan bu gözlə baxınca görür ki, inandığı uğrunda həyatını davam etdirməkdədir.
İnancının ardınca getməklə, tez və ya gec ona çatmaqdadır. Bu gün tibb elminin çarə tapa bilmədiyi, lakin insanın inancı sayəsində qalib gəldiyi bir çox xəstəliklər vardır... İnsan hələ bilinməyən, kəşf edilməyən çox güclü bir enerjiyə malikdir. Bu enerji ürəyin inandığı informasiyanı beyinə ötürməsinin ardınca beynin bu istiqamətdə çalışmağa başlaması ilə meydana çıxır. Qaynağı ürək, mərkəzi beyin olan bir enerji... Ürəkdən gələn istəklə beyinə yerləşən bu toxum orada ürəyin istəyinə uyğun buyur... buyur... buyur... eləməklə, beyin artıq bədəni bu istiqamətdə yaşayan hala gətirir və bədəndə böyüyən bu “ağac” bədəni yoxlayır və istiqamətləndirir. Bu səbəbdən istəklərimizin doğruluğu və başqalarından seçilməsi çox böyük əhəmiyyətə malikdir.
Yanlış bir vəziyyətə meyl edən və insanlıqdan çıxma təhlükəsi yaşayan şəxsə bu nümunəni göstərə bilərik: Bir gün su südün rənginə heyran olur və onun kimi olmaq istəyir. Bu istəyin gücünə dözə bilmir və gedib vedrənin içindəki südün içinə qarışır ki, onun rəngini ala bilsin...Südün rəngi və qatılığı pozulduğu üçün süd bu vəziyyətə çox hirslənir və suya geri dönməsi üçün xəbərdarlıq edir və deyir: «Sən gəlmədən öncə mən dadlı idim, bir dəyərim var idi. Sənin üzündən dəyərsiz və sevilməz oldum. Kimsə indi məni içmək istəmir». Bu, həqiqətdir. Rəngi, dadı, qoxusu dəyişmiş, kimsə onu içmək istəmir. Artıq su deyildir... ancaq süd də deyildir. İstədiyi kimi südün rənginə də malik ola bilməmişdir. Su bu vəziyyətə düşdüyü üçün çox kədərlənmişdir, geri dönmək istəyir. Ancaq gəldiyi vedrədəki su onu qəbul etmir və ona belə deyir: «Geri dönməyi düşünmə belə. Baxsana, nə əcaib rəngin var! Məni də çirkləndirərsən!» Su öz istəyinin yanlışlığını və tərkibindən kənar vəziyyətlərə maraq duymasının nəticəsini çox ağır ödəməkdə, çox kədərlənməkdə və dönüş üçün çarə axtarmaqdadır. Süd ona belə bir təklif edir: «Bir azdan süd sağan gələcək və bizi belə görüncə tökmək istəyəcək. Bizi bulağın axdığı çaya tökməsi üçün bir şey etməliyik.» Su, başının üzərindəki ağaca baxır və yarpaqlarının balığa bənzədiyini görür. O, ağaca belə deyir: «Ağac, bu çətin vəziyyətimizdə bizə yardım edərsənmi? Bir neçə yarpağını içimizdə balıq kimi üzməsi üçün bizə göndərərsənmi?» Ağac bu təklifi qəbul edər və bir neçə yarpağını balıq kimi üzməsi üçün onlara göndərir... Süd sağmağa gələn süd kimi olan suyun içində balığa bənzər üzən bir şeylər görüncə, canlıların yaşaması məqsədilə onu yerə tökmür və çaya axıdır. Sürətlə axan çay suyu yenidən özünə döndərmişdir. Süd isə artıq görünməz olsa da, yaxşılıq etdiyi üçün xoşbəxtcəsinə gülümsəməkdədir... Burada suyun südə çevrilmə marağının başına açdığı işlər kimi, biz də təbiətimizdən xaricə çıxacaq vəziyyəti arzulasaq və yaşasaq, mütləq bir dönüş ola biləcəyini unutmamalı, ümidsiz olmamalıyıq. İnanaraq başladığımız yolumuza inamla davam edib doğru metodlar axtarsaq, görərik ki, hər yanlış yolun doğruya bir dönüşü vardır.
Atalarımızın sözü ilə: «çıxmayan canda ümid vardır...» deyək və valideyn borcumuzu yaxşılıq, sevgi ilə ən gözəl şəkildə yerinə yetirə biləcəyimizə inanaq... Bu inancımızı biliklə dəstəkləyib qüvvətləndirmənin kimsəyə zərəri olmaz, deyilmi? Haydı! Uşağını onun sərhədləri daxilində tanımaq və ona xüsusi meyar formalaşdırmaq istəyən şəxslərə, sərbəst bir dünyagörüşü ilə yeniliklərə açıq və yeni bir səhifə istəyənlərə… «salam» deyib sətirlərdəki birgə yolumuza davam edək: «İstəyənin bir üzü, verməyənin iki üzü qara», deyir və bizimlə yola çıxmaq istəyənlərə lakmus kağızı vəzifəsini görəcək meyarımızın əsas başlıqlarını belə sıralayırıq:
Uşağımızı tanımaq;
Özümüzü tanımaq;
Uşağımızın və özümüzün zəif cəhətlərini bilmək;
Sevgiyə münasibətimizi görmək;
Həyata münasibətimizi görmək;
Canlılara münasibətimizi görmək;
Sevginin həyatımızdakı yerini anlaya bilmək;
Demokrat olub xoşbəxtliyin şəklini çəkə bimək.
Uşaq Təlim-Tərbiyəçisi
Şahnaz Aras
XƏBƏR LENTİ
Mavi çayın faydası və zərəri
Polad Bülbüloğlunun ad günüdür
Daha bir velosipedçimiz Rio-2016-ya lisenziya qazandı
Avstraliyanın fərqli dünya olduğunu göstərən xüsusiyyətlər
Çingiz Abdullayev: "Yalnız mən həll etmirəm..."
Platini "Qızıl Top"dan narazı qaldı
Təhsil naziri tələbələrin etirazına münasibət bildirib
Bakıda havanın çirklənməsinin qarşısını necə almaq olar?
Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Qazaxıstan Azərbaycanla məhkumların təhvil verilməsi haqqında müqaviləyə düzəlişləri parafladı
Kişilər hansı qadınlardan xoşlanır?
Art terapiya
Azərbaycanda E.ə II əsrə aid "Bərəkət ilahəsi" tapıldı-FOTO
Bu da yeni Nissan Qashqai
Şəkərparə
Doğum gününə görə xarekter (mart)
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Kimlər ünvanlı sosial yardım ala bilərlər?
Dərini yaşlandıran səbəblər
İbrahim Tatlısesdən vida mesajı
AzTV-dən koronavirusla bağlı süjetin yanlış yozulmasına dair AÇIQLAMA
Hansı vitamin nə üçündür?
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ
Hamiləlikdə bahar allergiyası
Bağlanmış bankların borcunu ödəmək üçün kredirt götürüləcək
Sarkisyandan geri addım
Cümə günü, ayın 13-ü: ilin sonuncu “qara” günündən nəyi gözləmək olar?
Qadınların nəzərinə: bu hiylələrlə daha gözəl görünün
Ebolanın çarəsi tapıldı
Vəhşi təbiətin yırtıcı gözəlləri
Yaponların bu ixtirası hər kəsi QƏZƏBLƏNDİRDİ-FOTO
"Fənərbaxça"dan şok addım
Kinomuz Oskar ala bilər
Dünyada ilkə imza atan dahi azərbaycanlı
"WhatsApp" sevgililərin arasını vuracaq
İrəvanın Qarabağ ultimatumuna Bakıdan cavab
İlon Mask “SpaceX” planetlərarası raketini təqdim etdi - VİDEO
Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil”
Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?
Azərbaycanda yazılı abidələr qanunla qorunacaq
Daha iki millimiz olacaq
Əliyev və Serjə təcili müraciət
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
Bu gün Nobel mükafatları təqdim olunacaq
Bəzi məhkumların vaxtından əvvəl şərti azad olunmaları ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılacaq
FİFA prezidentinə qarşı cinayət işi açılıb
Lobyalı tort (foto resept)
Azərbaycana xəbərdarlıq - "Bu qidaları almayın!
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
- ŞƏRHLƏR