Qadin.NET / Ana-atalığın verdiyi məsuliyyət hissi

Ana-atalığın verdiyi məsuliyyət hissi

Ana və ata olmaq bu sevinci paylaşmaq çox gözəl duyğu olmaqla yanaşı eyni zamanda böyük məsuliyyət tələb edən hissdir. Övladına aşılayacağın sevgidən əlavə həyatı dərk etməsi, doğru qərarlar verməsi baxımından olduqca vacibdir. Elə məhz bu baxımdan  sizə uşaq təlim-tərbiyəçisi Şahnaz Arasın valideynlik məsuliyyəti  haqqında olan fikirlərini təqdim edirəm. 

Ana-atalığın verdiyi məsuliyyət hissi

Ana-atalıq nədir?

Bioloji varlıq kimi ana-ata olmaq çətin deyildir. Çətin olan insan ola bilməkdir. İnsanlığını davam etdirə bilməkdir. Bunu edə bilən üçün ana-ata olmaq, sadəcə həyati gözəlliklərdən, həyatın ehtiyaclarından biridir.

Ana-atalığın verdiyi məsuliyyət hissi hansılardır?

Təbii ki, insan olmağın verdiyi məsuliyyət hissindən başqa bir şey deyildir. İnsan ola bilən varlıq, həqiqətən, heç bir zaman məsuliyyət

hissindən qaçmadığı, belə edərsə, insan ola bilməyəcəyi üçün bu məsuliyyət hissini də sonuna qədər daşıyacaq və dərk edəcəkdir. Dürüst şəkildə edə bildiyini də, bilmədiyini dərk edərək, bu baxımdan kədər və qayğı içindədir. İnsan ola bilmə məsuliyyətini daşıya bilənlər üçün valideynliyin istənən və ya istənməyən bir nəticə olması və ya həm atanın, həm də ananın vəzifələrini yerinə yetirmək məcburiyyətində  qalmış olması arasında fərq yoxdur. İnsan hər bir şərt və vəziyyətdə həyata davam edə biləcək şəkildə özünün və sevdiklərinin həyatına gözəllik qata bilmək məsuliyyətini daşıyır. Bu gözəlliklər də fərdin imkanları daxilindədir. Özü ilə barışıq və dürüst olan insan edə biləcəyindən artığını görə bilmədiyi üçün kədərlənməsinin mənasızlığını da, edə bildiyi halda, tənbəlliyi ucbatından qaynaqlanan acı nəticəni də görər və qəbul edər. Bir sözlə, insan ola bilmək eynilə qalibiyyət kimi, məğlubiyyəti də qəbul edə biləcək yetişkənliyə malik ola bilməkdir. Qalibiyyət sevincini yaşamaq kimi məğlubiyyətin kədərini də yaşamaq, çatışmazlıqlarını görmək və  bir daha bunları təkrar etməmək üçün tədbirlər düşünə bilməkdir. Sevgidən ayrılmadan... doğruluqdan uzaqlaşmadan... Məhz o zaman valideynlik məktəbi, deyə bir məfhuma ehtiyac olmadığını görürük. Məhz o zaman düyünün çözüldüyünü, vəzifəmizi,  cavabdehliyimizi yetərincə yerinə yetirdiyimizi görürük. İnsan ola bilmək; Özünü başqasının yerinə qoya bilməyi, həyatımıza öz pəncərəmizdən kənarda baxa biləcəyimiz, bütün tanıdıqlarımız üçün ayrı-ayrı pəncərə əlavə etməyi və hadisələri görə bilmək üçün onların pəncərəsindən də baxmağımızın gərəkliliyini unutmadan... 

Ana-atalığın verdiyi məsuliyyət hissi

Hər zaman və hər vəziyyətdə ədalətli olmağı nəzərdən qaçırmadan... doğruluqdan ayrılmadan... İtirməyi də ən azından qazanmaq qədər yaşaya biləcəyimiz həqiqəti qəbul edə bilmək üçün özümüzə nəzarəti saxlayaraq... Bizi sevgiyə aparacaq və əlimizdəki sevgini gücləndirəcək tək yolun yaxşılıqla yarışmaq olduğu hissi ilə... hərəkətlər ola bilməkdir. Belə bir həyat üçün ilk addımı ataq və gülümsəyək. İnanaq... İnanmaq! İnanc sahibi olmaq... insanın olmazsa-olmazıdır. Hər insanın bir inancı vardır. «Mən heç bir şeyə inanmıram», - deyənin də inancı inancsızlıqdır. İnsan bu gözlə baxınca görür ki, inandığı uğrunda həyatını davam etdirməkdədir.

İnancının ardınca getməklə, tez və ya gec ona çatmaqdadır. Bu gün tibb elminin çarə tapa bilmədiyi, lakin insanın inancı sayəsində qalib gəldiyi bir çox xəstəliklər vardır... İnsan hələ bilinməyən, kəşf edilməyən çox güclü bir enerjiyə malikdir. Bu enerji ürəyin inandığı informasiyanı beyinə ötürməsinin ardınca beynin bu istiqamətdə çalışmağa başlaması ilə meydana çıxır. Qaynağı ürək, mərkəzi beyin olan bir enerji... Ürəkdən gələn istəklə beyinə yerləşən bu toxum orada ürəyin istəyinə uyğun buyur... buyur... buyur... eləməklə, beyin artıq bədəni bu istiqamətdə yaşayan hala gətirir və bədəndə böyüyən bu “ağac” bədəni yoxlayır və istiqamətləndirir. Bu səbəbdən istəklərimizin doğruluğu və başqalarından seçilməsi çox böyük əhəmiyyətə malikdir. 

Ana-atalığın verdiyi məsuliyyət hissi

Yanlış bir vəziyyətə meyl edən və insanlıqdan çıxma təhlükəsi yaşayan şəxsə bu nümunəni göstərə bilərik: Bir gün su südün rənginə heyran olur və onun kimi olmaq istəyir. Bu istəyin gücünə dözə bilmir və gedib vedrənin içindəki südün içinə qarışır ki, onun rəngini ala bilsin...Südün rəngi və qatılığı pozulduğu üçün süd bu vəziyyətə çox hirslənir və suya geri dönməsi üçün xəbərdarlıq edir və deyir: «Sən gəlmədən öncə mən dadlı idim, bir dəyərim var idi. Sənin üzündən dəyərsiz və sevilməz oldum. Kimsə indi məni içmək istəmir». Bu, həqiqətdir. Rəngi, dadı, qoxusu dəyişmiş, kimsə onu içmək istəmir. Artıq su deyildir... ancaq süd də deyildir. İstədiyi kimi südün rənginə də malik ola bilməmişdir. Su bu vəziyyətə düşdüyü üçün çox kədərlənmişdir, geri dönmək istəyir. Ancaq gəldiyi vedrədəki su onu qəbul etmir və ona belə deyir: «Geri dönməyi düşünmə belə. Baxsana, nə əcaib rəngin var! Məni də çirkləndirərsən!» Su öz istəyinin yanlışlığını və tərkibindən kənar vəziyyətlərə maraq duymasının nəticəsini çox ağır ödəməkdə, çox kədərlənməkdə və dönüş üçün çarə axtarmaqdadır. Süd ona belə bir təklif edir: «Bir azdan süd sağan gələcək və bizi belə görüncə tökmək istəyəcək. Bizi bulağın axdığı çaya tökməsi üçün bir şey etməliyik.» Su, başının üzərindəki ağaca baxır və yarpaqlarının balığa bənzədiyini görür. O, ağaca belə deyir: «Ağac, bu çətin vəziyyətimizdə bizə yardım edərsənmi? Bir neçə yarpağını içimizdə balıq kimi üzməsi üçün  bizə göndərərsənmi?» Ağac bu təklifi qəbul edər və bir neçə yarpağını balıq kimi üzməsi üçün onlara göndərir... Süd sağmağa gələn süd kimi olan suyun içində balığa bənzər üzən bir şeylər görüncə, canlıların yaşaması məqsədilə onu yerə tökmür və çaya axıdır. Sürətlə axan çay suyu yenidən özünə döndərmişdir. Süd isə artıq görünməz olsa da, yaxşılıq etdiyi üçün  xoşbəxtcəsinə gülümsəməkdədir... Burada suyun südə çevrilmə marağının başına açdığı işlər kimi, biz də təbiətimizdən xaricə çıxacaq vəziyyəti arzulasaq və yaşasaq, mütləq bir dönüş ola biləcəyini unutmamalı, ümidsiz olmamalıyıq. İnanaraq başladığımız yolumuza inamla davam edib doğru metodlar axtarsaq, görərik ki, hər yanlış yolun doğruya bir dönüşü vardır.

Ana-atalığın verdiyi məsuliyyət hissi

 Atalarımızın sözü ilə: «çıxmayan canda ümid vardır...» deyək və valideyn borcumuzu yaxşılıq, sevgi ilə ən gözəl şəkildə yerinə yetirə biləcəyimizə inanaq... Bu inancımızı biliklə dəstəkləyib qüvvətləndirmənin kimsəyə zərəri olmaz, deyilmi? Haydı! Uşağını onun sərhədləri daxilində tanımaq və ona xüsusi meyar formalaşdırmaq istəyən şəxslərə, sərbəst bir dünyagörüşü ilə yeniliklərə açıq və yeni bir səhifə istəyənlərə… «salam» deyib sətirlərdəki birgə yolumuza davam edək: «İstəyənin bir üzü, verməyənin iki üzü qara», deyir və bizimlə yola çıxmaq istəyənlərə lakmus kağızı vəzifəsini görəcək meyarımızın əsas başlıqlarını belə sıralayırıq: 

 Uşağımızı tanımaq;

Özümüzü tanımaq;

Uşağımızın və özümüzün zəif cəhətlərini bilmək;

Sevgiyə münasibətimizi görmək;

Həyata münasibətimizi görmək;

Canlılara münasibətimizi görmək;

Sevginin həyatımızdakı yerini anlaya bilmək;

Demokrat olub xoşbəxtliyin şəklini çəkə bimək.

 Uşaq Təlim-Tərbiyəçisi

Şahnaz Aras

25 avqust 2013
GO BACK