Dəri bizi xarici amillərdən qoruyur,bədən temperaturunu tənzimləyir və ətraf mühitlə əlaqə zamanı təmas orqanı kimi çıxış edir. Lakin yenicə dünyaya gəlmiş körpənin dərisi hələ inkişaf etməmişdir. Yalniz müdafiə funksiyasını daşıyır. Körpənin dərisi iri miqdarlı sudan və kiçik miqdarlı piylərdən ibarətdir. Elə bu səbəbdən də o, böyük insanların dərisindən beş dəfə zərifdir və daha çox təsirə məruz qalır. Südəmər uşaqlar hər toxunuşa xüsusi reaksiya verirlər. Belə ki,ilk təəssüratı onlar insanlardan dəri vasitəsilə alırlar.Körpənin dərisi-xarici mühitlə əsas rabitə orqanıdır.
Uşağa qulluq edərkən,siz ona zəriflik,qayğı,etimad və simpatiya hissini bəxş edirsiniz. Körpə sizin ona qarşı məhəbbətinizi həmin anda dərisi vasitəsilə hiss edir. Uşaq şəfqətin hər damcısını özünə hopdurur və həmişəlik yadda saxlayır. Körpənin dərisinə daima sevgi və nəvazişlə toxunun. Unutmayın,bu, onun fiziki və mənəvi inkişafı üçün edə biləcəyiniz ən dəyərli hərəkətdir. Anasından daima sevgi görən uşaqlar isə sakit və özlərini müdafiə olunan hiss edir.Dəriyə qulluq isə şirin yuxu deməkdir.
Boyu uzadan hormon isə əsasən yuxu zamanı artır. Çalışın ki,körpənin yuxusunu heç nə pozmasın.Körpələr adətən istidən, soyuqdan, küləkdən, aclıqdan, yaş bezdən yuxudan oyanırlar.Körpə oyananda onu beşikdən götürün, qucağınızda saxlayın və onunla mehriban danışın.Bunun sayəsinda uşaq öz beşiyini yalnız yuxu ilə əlaqələndirəcək.Sonralar onu beşiyə qoyan kimi yuxuya getməyə vərdiş edəcəkdir.Körpə gündüz yatanda otaqdakı gün işığını bağlamaq lazım deyil.Gecələr isə gecə işığında yatmalıdır.Uşağı yatmazdan bir saat əvvəl çimizdirmək çox xeyirlidir.Körpənin fikirləşən bir varlığa çevrilməsi üçün yuxu çox vacibdir.Bilin ki,körpəniz yuxuya gedərkən beyni işləməkdə davam edir.Daha çox yuxu- daha çox inkişaf deməkdir.Yuxunun pozulması immun sistemini zəiflədə və körpəni xəstəliklərə qarşı daha həssas edə bilər.Yuxu immun sisteminin tam inkişafı, xəstəlik riskinin azalması və sağalmanı sürətinin artması üçün vacib faktordur. Pis yuxu hərəkət fəaliyyətini pisləşdirir,əqli fəallığı və idrak qabiliyyətini azaldır.
Körpənizi dərinizlə hiss etmək və şirin yuxusunu izləmək məqamından zövq alın.
XƏBƏR LENTİ
Ətdən çox istifadə hansı fəsadlara yol açır?
Bakıda uşaqlar arasında yoluxucu virus yayılıb
Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub
Gümüş xərçəngə qarşı effektiv vasitədir
Azərbaycan yeni pensiya sisteminə keçir
“Virus mutasiyaya uğrayaraq yenidən yayıla bilər”
Pikassonun tablosu 6,9 milyon dollara satıldı-FOTO
Putindən Azərbaycanın xalq artisti ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev Gəncədə
Unikal əməliyyat keçirildi, beyni yeyən qurd çıxarıldı
Böyük Corc Buş 90 yaşında paraşütdən tullanıb
Yay gəlməmiş bəla gəldi: Tovuzda qadını ilan sancıb
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO
Hande Ataizinin gözəllik sirri məlum oldu
"Yenə də ad günü... Yenə də palata və mən..."
Ev şəraitində lülə-kabab (foto resept)
“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA
Evlilikdən əvvəl 5T qaydası
"Terminator 6" filmindən ilk FOTO
Qatıqlı təzə lobya yeməyi (foto resept)
Adobe Photoshop CS5 Extended x86/x64
Azərbaycanda zəlzələ oldu
Niyə arıqlaya və ya kökələ bilmirik?-2
Ölümün bir addımlığında: Beyin travması
"Stress çarxı" adı altında insanlar necə aldadılır?
Süni ət istehsal edildi
Əl və ayağa qulluq necə olmalıdır?
Xəyallarını de, düşüncələrini göstərim
"Ebola" Qərbi Afrikada 8 mindən çox can alıb
Azərbaycanda kolleclərə qəbulda yenilik
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Uşağı "pis yetişdirməyin" yolları (Son)
Online nikah mümkün olacaq - UKRAYNADA
Mariya Şarapova ərə gedir
Yayın trendi; həsir çantalar
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
“Skype”da inanılmaz səhv
Azərbaycanda uşaqlarla bağlı yeni qaydalar qüvvəyə mindi
Hansı brauzer daha populyardır?
Azərbaycanda şaxta olacaq
Toyunuzdan əvvəl detoks edin
Günün qoroskopu: mövqelərinizi möhkəmləndirin
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Dərslərə az qaldı...
İjevsk salatı
Qadın.Net-lilər üçün avatarlar
Bu gün Lavrov və Çavuşoğlu Rusiyada Qarabağ məsələsini müzakirə edəcəklər
Bakıda Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Qəbələdə mürəbbə festivalı keçirilir
Makaron haqqında bunları bilmirdiniz!
- ŞƏRHLƏR