12-ci həftədə hamiləlikdə baş verən dəyişikliklər
Artıq hamiləliyinizin 12-ci həftəsi gəlib çatdı və bu o deməkdir ki, siz 3-cü ayın tamamındasınız. Əgər ürək bulanma, qusma kimi narahatçılıqlarınız vardırsa, bütün bunlara son veriləcək bu həftədən etibarən. Əgər sizdə başqa hormonal problemlər yoxdursa o zaman tam əminliklə demək olar ki, sizdə narahatçılıqlar yox səviyyəsində olacaqdır. Əgər bu həftəyə kimi ürəkbulanma, qusma kimi problemlər yaşamışdınızsa, çox güman ki, siz həm də çəki itirmisiniz. Əgər belədirsə bu həftədən etibarən çəkiniz artmağa başlayacaq. Təqribən hər həftə üçün 500 qram çəki almaq normal hesab olunur. Qadının ana bətinində artıq yeni bir həyatın inkişaf etdiyinə görə orqanizmin bütün orqanları maksimum səviyyədə, yəni tam gücü ilə işləməyə başlayır. Buna görə də qanın miqdarı artır və qan dövranı genişlənməyə başlayır. Ağ ciyər və böyrəklər aktiv hərəkətlə işləyir, ürək döyüntüsü çoxalır. Hamiləliyinizin əvvəlki həftələrində olduğu kimi artıq tez-tez sidiyə getmələr nisbətən azalacaq. Ana bətnində körpəniz böyüyüb inkişaf etdiyinə görə, uşaqlıq bir qədər düz bağırsağı sıxmağa başlayacaqdır və məhz buna görə də də tez-tez qəbzliklə üzləşəcəksiniz. Amma buna görə heç də qanınızı qaraltmayın. Bunu yoluna qoymaq üçün qidanıza fikir versəniz kifayət edər. Bu zamanlarda anaya əsasən gavalı qurusu, alma qurusu və ya həmin meyvələrin elə özündən istifadə etmək məsləhət görülür. Gün ərzində bir neçə dəfə 1-2 alma və ya gavalı yeyə bilərsiniz. Ac qarına və ya yeməkdən bir az əvvəl yesəniz daha məqsədə uyğundur. Həmçinin səhər tezdən yeməkdən əvvəl 1 stəkan su içə bilərsiniz.
12- ci həftədə qarın
Bu həftə artıq qarnınızın yavaş-yavaş çıxmağının şahidi olacaqsınız. Adətən əgər qadının birinci hamiləliyidirsə onda qarın bir qədər gec çıxmağa başlayır və adi gündəlik geydiyi paltarlar hələ də əyninə yaxşı gəlir. İkinci və ya üçüncü hamiləlikdirsə onda qarın artıq bu həftələrdən çıxmağa başlayacaqdır və bu zaman paltarlarınızın əyninizə dar gəldiyinin şahidi olacaqsınız. Demək olar ki, bəzi hallarda qarın böyüməsi qaşınma, döşlərdə və qarında açıq qəhvəyi çatlarla da özünü biruzə verir.
12-ci həftədə uşaqlıq
Yəqin ki, təxmin etmək heç də çətin deyil ki, döl inkişaf etdikcə uşaqlıq da böyüməyə başlayacaqdır. Uşaqlığın ölçüləri təxminən 10 santimetrə qədər genişlənir. Bu həftədə artıq uşaqlığın böyüməsini özünüz də hiss edəcəksiniz. Qarnınız sıxılmasın deyə bir qədər geniş paltarlar geyinməyə başlayın.
Ultrasəs müayinəsi.
Əvvəlki həftələrdə qeyd etdiyimiz kimi əgər bu vaxta qədər ultrasəs müayinəsinə göndəriş olunmayıbsa onda, adətən 12- ci həftədə ilk ultrasəs müayinəsi edilir və bunun köməkliyi ilə dölün ümumi ölçüləri, ürək döyüntüsü yoxlanılır. Körpənin özünü necə hiss etməsini də görmək olur. Həmçinin doğuş vaxtı da 12-ci həftədən etibarən dəqiq praqnozlaşdırılır. 12-ci həftə ananın körpəsini görməsinin və onunla tanışlığının əsl vaxtıdır. Məhz bu həftələrdə ana körpəsini öz gözləri ilə aydın şəkildə görür və bir neçə aydan sonra dünyaya yeni bir nəfəs gətirəcəyini anlayır. Həmçinin 12-ci həftədə ultrasəs müayinəsi uşağı tam dəqiqliklə göstərməyi ilə yanaşı, körpənin və ananın həyatı üçün daha çox əhəmiyyətli olan nəticələri göstərəcəkdir.
Ultrasəs müayinəsində həkim uşaqlığın hansı vəziyyətdə yerləşməsini, anada tonusun olub, olmadığını da aydınlaşdırır. Həmçinin dəqiqliklə dölün uşaqlıqda neçə vaxtdır inkişaf etdiyini öyrənir. Əsasən bu həftə və günlərlə qeyd olunur. Gələcək ana öz körpəsini tam olaraq monitordan müşahidə edə biləcəkdir. Ultrasəs müayinəsinin Dopler aparatında aparılması daha məqsədə uyğundur. Çünki, bu aparat vasitəsilə demək olar ki, dölün hər bir orqanının necə işləməsi dəqiqliklə müşahidə oluna bilir. Dopler aparatında döldə yarana biləcək ən xırda irsi və qeyri-irsi problemlər belə gözdən qaçırıla bilməz. Buna görə də çalışın ki, bu həftə ultrasəs müayinəsinə getsəniz, buna xüsusi diqqət yetirəsiniz. Körpənizin cinsiyyətinin qız və ya oğlan olmasını bilməkdə səbirsizlənirdinizsə, artıq 12-ci həftə bu intizarınıza da son qoymağın əsl vaxtıdır. Ultrasəs müayinəsində bu həftə həkim körpənin cinsiyyətini də aydın görəcəkdir. Bunu həkiminizdən soruşmağı, həmçinin körpənizin foto şəklini də götürməyi unutmayın.
Həkim 12-ci həftədə ultrasəs müayinəsi etdikdə dölün göstəricilərini 12-ci həftə üçün normal sayılan göstəricilərlə müqayisə edir. Hər şey öz qaydasındadırsa əlbətdə ki, göstəricilər uyğun gələcəkdir. Əks tədqirdə isə göstəricilərin normallaşması üçün bir tədbir görüləcəkdir. Həmçinin əgər əvvəlki həftələrdə ultrasəs müayinəsi olunubsa, bu nəticələrlə də tutuşdurulub uyğun gəlib gəlmədiyinə baxılır.
12-ci həftə ultrasəs müayinəsinin normal göstəricilər təqribən belə olmalıdır:
Hamiləliyin müddəti: 12 həftə
Dölün yaşı həftə ilə: 10 həftə
Dölün çəkisi: 14-15 qram
Çəki artımı: 7-8 qram
Dölün uzunluğu: 65 - 90 mm
Dölün ürək döyüntüsü: 1 dəqiqədə 150 dəfə
Qan analizləri
Bu həftəyə qədər adətən bütün lazımlı qan analizləri verilib qurtarmış olur. Əsasən sidik analizi, titr qan analizi hər ay verildiyi üçün, təqribən elə bu həftəyə təsadüf edir bu analizlər. Amma hər hansı səbəbdən vermədiyiniz qan analizləri varsa həkiminiz göstəriş yazacaqdır. Bu qan analizlərinin verilməsində heç də laqeyd yanaşmaq lazım deyil. Çalışın ki, bu qan analizlərini vaxtında edəsiniz ki, sonradan heç bir əlavə fəsadlarla üzləşməyəsiniz. Bundan başqa qanda şəkərin miqdarını, həmçinin gemoqlabini də yoxlatdırmanız lazımdır.
Körpənizdə baş verən dəyişikliklər
Bu həftə artıq dölün 10-cu həftəsi tamam oldu. Sizin körpəniz artıq sürətlə böyüməkdədir bu həftələrdə. Bu həftə körpənin bütün orqanları aktiv inkişaf etməkdədir. Artıq körpənin əl və ayaq barmaqları aralanır. Kipriklərdə, qaşlarda, başında tüklənmə əmələ gəlməyə başlayır. Bununla yanaşı körpəniz əllərini və ayaqlarını rahat şəkildə fırlatmağa başlayır və ana bətninizdə sərbəst şəkildə üzməyə başlayır. Sümük və əzələlər güclənməyə başlayır. Ürəyi tez-tez, bir dəqiqədə 150 dəfə döyünür. Körpəniz sərbəst şəkildə ağzını açıb yumur və əlini ağzına aparır.
Ağrılar
Əslində normal olaraq ağrılar bu həftə olmamlıdır. Qarının aşağısına doğru hiss olunan yüngül və zəif ağrıların olması uşaqlığın böyüməsindən xəbər verir. Həmçini kürəyə vuran yüngül və zəif ağrıları da qarının böyüməsi ilə izah etmək olar. Əgər qarnınızın aşağısına doğru göynədici və dartıcı ağrılar 2-3 saat davam edərsə, onda mütləq həkimə müraciət etməlisiniz. Əgər bu ağrılar axıntılarla müşayət edilirsə onda bu vaxtından əvvəl doğuş, açılışın ən qorxulu əlamətləridir. Əgər bu ağrıalara qarşı biganə qalmasanız onda hər şey sizin üçn yaxşılığa doğru gedəcəkdir.
Qidalanma
Qidalanma ötən həftələrdə də qeyd olunduğu kimi yüngül və vitaminli qidalardan ibarət olmalıdır. Çalışın ki, qidanızda meyvə-tərəvəzə, süd məhsullarına, vitaminli qidalara üstünlük verəsiniz. Səhər yeməyindən qəti imtina etməyin. Axşam yeməyini isə bir qədər yüngül etməyiniz məsləhətdir. Körpəyə sizin orqanizminizdən əsasən kalsium tələb olunur. Bunun üçün də süd və süd məhsularını qidanıza daxil etməlisiniz. Əks halda körpə bu kalsiumu dişlərinizdən alacaqdır və siz bu hamiləlik zamanı 1 dişinizi itirə bilərsiniz. Bu halların olmaması üçün qidanıza fikir verin.
Qadin.Netli bütün hamilə xanımlarımıza Allahdan gözəl və sağlam övlad diləyirəm.
Bu videolara da baxmağı unutmayın. Bu videolarda kiçik balanızın ana bətninizdə nə etdiyini görəcəksiniz.
XƏBƏR LENTİ
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Yayda sağlam qidalanma üçün tövsiyələr
Koronavirus daha çox hansı orqanı sıradan çıxarır? - Ağ ciyər deyilmiş...
Növbəti imtahanın keçiriləcəyi tarix və yerlər açıqlandı
Qadın sürücü təhlükəlidirmi?
Məşhur aktrisa sosial mediadan imtina etdi
Ömrü azaldan daha bir səbəb bəlli oldu
MN: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur
Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü
Yeni imtahan modelinin layihəsi hazırdır - RƏSMİ
Diqqət: bu balığı almayın!
Bu pətək özü bal süzür
İdmançılarımızdan xoş xəbər
Azərbaycan nefti bahalaşmaqda davam edir
İspan dili 16-cı dərs
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Neslihan tək reklamdan 1,5 milyon qazandı-FOTO
Ağız qoxusunu necə aradan qaldırmalı?
Qırmızı düyülü salat (foto resept)
Evimizdəki təhlükə
Ölkənin ən balaca çobanı odur
Bunlar kişilər üçün zərərlidir
Rulet tortu (foto resept)
Dünyanın ən gözəl nişan üzüyü SEÇİLDİ - FOTO
Rəqəmlər (1)
Kabak qızartması (foto resept)
Əfqan qadınları niyə mavi rəngli hicaba üstünlük verir?
Fəlakət robotu ən güclü oldu
Kayli Cenner kraliça obrazında FOTOsessiya etdirdi
COVID-19-dan qoruyan altı məhsul açıqlandı
ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır
Paradoksal həyati həqiqətlər
İnsanları geyindirən kitabxana
Dərisinin rənginə görə problemlə üzləşdi
Sürücülük vəsiqələri dəyişdirilə bilər - Texniki qüsur
Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb
Hamiləlik zamanı diş ağrısı
Erməni ulduzun paylaşımı türkləri qəzəbləndirdi-FOTO
Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
Həmkarını lüt şəkilləri ilə hədələyən Təranə: "Çaşanları aşırdıram"
Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirildi - FOTO
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
COVİD-19 testinin maya dəyəri açıqlandı - RƏSMİ
Bu gün mövlud gecəsidir
Yay aylarında dəri baxımı
Sami Yusufdan Laçınla bağlı paylaşım
Rus Dili dərs- 5
Silahlı soyğunçuları saqqız və qəhvə qutuları ilə qovdu - VİDEO
Bakıda möhtəşəm sevgi etirafı
- ŞƏRHLƏR