Bu xəbəri hazırlamaqda məqsədim odur ki, saytımızda ana olmağa hazırlaşanların təlaşını bir qədər azaldım. Bir də axı mən sizlərə söz vermişdim ki, doğuşun necə keçməsi haqqında sizə xəbər hazırlayacam.
Oktyabrın 1-dir. Səhərdən az-az sancılarım vardı, amma bunun doğuşqabağı sancı olmasını ehtimal etmirdim. Düşünürdüm ki, yəqin doğuş vaxtı yaxınlaşdığı üçün belə olur. Amma axşama yaxınlaşdıqca ağrılarım daha da artırdı. Yoldaşıma da demirdim, bilirdim ki, məni həkimə zəng etməyə məcbur edəcək. Qonşum, həm də qohumum olan gəlinə dedim. Düzdür, o da bir qədər təlaşlandı, amma mənə gözləməyi məsləhət bildi, çünki hələ suyum açılmamışdı. Mən də gözləmək qərarına gəldim. Amma suyum açılmırdı ki, açılmlrdı. Ara yerdə sancılarım artır, aralarındakı vaxt isə daralırdı. Budur, artıq mən doğuşun təlaşındayam.
Girdim Qadın.net-ə.Tanıdıqlarımdan yalnız Pərvanə (Niyar)-ın hal-hazırda saytda olduğunu gördüm və başladım ondan məsləhət almağa.Ondan demək olar ki hər şeyi soruşdum və sağ olsun səbrli adammış ki,hamısına da cavab verdi.Yoldaşım gəldi və ona dedim sancılarım haqqında və hər şey gözlədiyim kimi oldu.
Həkimə zəng etdik getdik.Həkim baxdı dedi ki hələ ki,1 barmaq açılış var,çəkəcək sabaha, bəlkə aldadıcı sancıdır.Çəkib gedəcək səhərə qədər.Nəisə,qayıtdıq evə.Getdikcə dözə bilmirdim ağrılara.Sancı ki gələndə yoldaşımı qucaqlayıb başlayırdım onu özümə sıxmağa,sanırdım ki,ağrı o zaman azalır. Yazıq yoldaşım da demirdi ki biraz yavaş sıx,boğulacam indi.
Gecə saat 3 oldu.Nə özüm yata bilirəm,nə də onu qoyuram yatmağa.Təsəvvür edin o uzanır ki biraz gözünü yuma,mənə sancı gələn kimi "Elşad dur ,dur" deyirdim, o da dururdu.Artıq sancıyla bərabər mənə ürəkbulanması da gəldi,az qalırdım özümdən gedəm.Yoldaşım dedi artıq getməliyik.Durub getdik.Həkim yoxladı məni və keçdim sancı çəkənlərin palatasına.Səhər saat 7-8-ə işləmişə qədər sancı çəkdim.Açığı elə çətini də sancıymış.Sağolsunlar həkimlərin köməyi ilə açılışı 8 barmaq etdilər.
Doğuş stoluna 07:30-da çıxdım, 07:40-da oğlum Əli dünyaya gəldi.
Uşağı qoyurlar ananın qarnına.Bu qəribə duyğu idi.O zaman ağlamaq tutdu məni.
Açığı bu qədər güclü olduğumu bilmirdim.Yadınızdadırsa yazmışdım xəbərimdə ki mənim ağrıya dözümüm yoxdur.Amma, hər şey,bütün o ağrılar geridə qaldı. Hal-hazırda bütün günüm Əliyə baxmaqla keçir.Sağolsun gün ərzində anasını incitmir,ağlamır,altını batrmır.Bunların hamısını axşama saxlayır.
Gün ərzində mənə verdiyi rahatlığı axşam artıqlaması ilə alır.
Amma hər şeyə rəğmən analıq çox gözəl duyğudur.Saytımızdakı bütün xanımlara qısmət olsun İNŞALLAH.
P.S "Kim doğuş sancısı çəksə saytımızdakı Pərvanə xanıma müraciət edə bilər. Məsləhətlər pulsuzdur"
Bu da Əlinin şəkilləri.
XƏBƏR LENTİ
Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Rusiya - Azərbaycan: 3-0
“Survivor”un iştirakçısı hamını təəccübləndirdi - Foto
"Yeni il nağılı" deserti
Bu günün tarixi (20.10.2014)
Outlook yeniləndi
İraq yenə silkələndi
Günün qoroskopu:Uğurlu gündür!
Tovuza dolu və leysan yağıb
BMW-dən eksklüziv velosiped
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Günün qoroskopu: qətiyyətli və təşəbbüskar olun
Ən gözəl saçlı 10 ulduz
Azərbaycan dili - X dərs
Bu ərazilərdə qaz olmayacaq
Uşağınızın yuxu vərdişi üçün bunları yoxlayın
Ən ağır "bir həftəm"
Hava haqqında
Gözəllik sirrləri
Uşaqlara vaxt tapılmırsa...
Keks bişirməyin sirləri
2017-nin dəbli saç düzmü hansı olacaq?
Çimərlik mövsümü başlayır
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Bu da yeni Nissan Juke
İmmunitetə nəzarət etmək olar?
Dünyanın texnologiya nəhəngləri də Rusiyaya qarşı
Yas mərasimlərində yenilik
Bu faciə dünyanı şoka saldı
Yeni İphone 6
Amerikanın saqqız divarı
Manikürün vacib nöqtələri
Hande Erçel izləyicilərini məhkəməyə verdi-SƏBƏB
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Günün ulduz falı
Enerji cibdə doldurulacaq
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Bayram günlərində Şahdağa 12 min turist gəlib
Böyük sinəli xanımlar necə geyinməlidir?
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Heydər Əliyevin vəfatından 15 il keçir
Abel Məhərrəmov narazı tələbələrlə görüşdü
“İki” alanların sayı bəlli oldu
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
TQDK imtahan keçirəcək
Yollarımız qışa hazırdırmı?
Dəbli ayaqqabılar
- ŞƏRHLƏR