Qadin.NET / Artıq ana oldum...

Artıq ana oldum...

Bu xəbəri hazırlamaqda məqsədim odur ki, saytımızda ana olmağa hazırlaşanların təlaşını bir qədər azaldım. Bir də axı mən sizlərə söz vermişdim ki, doğuşun necə keçməsi haqqında sizə xəbər hazırlayacam.

 

Artıq ana oldum...


 
Oktyabrın 1-dir. Səhərdən az-az sancılarım vardı, amma bunun doğuşqabağı sancı olmasını ehtimal etmirdim. Düşünürdüm ki, yəqin doğuş vaxtı yaxınlaşdığı üçün belə olur. Amma axşama yaxınlaşdıqca ağrılarım daha da artırdı. Yoldaşıma da demirdim, bilirdim ki, məni həkimə zəng etməyə məcbur edəcək. Qonşum, həm də qohumum olan gəlinə dedim. Düzdür, o da bir qədər təlaşlandı, amma mənə gözləməyi məsləhət bildi, çünki hələ suyum açılmamışdı. Mən də gözləmək qərarına gəldim. Amma suyum açılmırdı ki, açılmlrdı. Ara yerdə sancılarım artır, aralarındakı vaxt isə daralırdı. Budur, artıq mən doğuşun təlaşındayam.

 

Girdim Qadın.net-ə.Tanıdıqlarımdan yalnız Pərvanə (Niyar)-ın hal-hazırda saytda olduğunu gördüm və başladım ondan məsləhət almağa.Ondan demək olar ki hər şeyi soruşdum və sağ olsun səbrli adammış ki,hamısına da cavab verdi.Yoldaşım gəldi və ona dedim sancılarım haqqında və hər şey gözlədiyim kimi oldu.

Həkimə zəng etdik getdik.Həkim baxdı dedi ki hələ ki,1 barmaq açılış var,çəkəcək sabaha, bəlkə aldadıcı sancıdır.Çəkib gedəcək səhərə qədər.Nəisə,qayıtdıq evə.Getdikcə dözə bilmirdim ağrılara.Sancı ki gələndə yoldaşımı qucaqlayıb başlayırdım onu özümə sıxmağa,sanırdım ki,ağrı o zaman azalır. Yazıq yoldaşım da demirdi ki biraz yavaş sıx,boğulacam indi.

 Gecə saat 3 oldu.Nə özüm yata bilirəm,nə də onu qoyuram yatmağa.Təsəvvür edin o uzanır ki biraz gözünü yuma,mənə sancı gələn kimi "Elşad dur ,dur" deyirdim, o da dururdu.Artıq sancıyla bərabər mənə ürəkbulanması da gəldi,az qalırdım özümdən gedəm.Yoldaşım dedi artıq getməliyik.Durub getdik.Həkim yoxladı məni və keçdim sancı çəkənlərin palatasına.Səhər saat 7-8-ə işləmişə qədər sancı çəkdim.Açığı elə çətini də sancıymış.Sağolsunlar həkimlərin köməyi ilə açılışı 8 barmaq etdilər.

 

Artıq ana oldum...


                                       Doğuş stoluna 07:30-da çıxdım, 07:40-da oğlum Əli dünyaya gəldi.

 

 

Artıq ana oldum...


 
Uşağı qoyurlar ananın qarnına.Bu qəribə duyğu idi.O zaman ağlamaq tutdu məni.

 

Açığı bu qədər güclü olduğumu bilmirdim.Yadınızdadırsa yazmışdım xəbərimdə ki mənim ağrıya dözümüm yoxdur.Amma, hər şey,bütün o ağrılar geridə qaldı. Hal-hazırda bütün günüm Əliyə baxmaqla keçir.Sağolsun gün ərzində anasını incitmir,ağlamır,altını batrmır.Bunların hamısını axşama saxlayır.

 

Artıq ana oldum...


 
Gün ərzində mənə verdiyi rahatlığı axşam artıqlaması ilə alır.

 

Amma hər şeyə rəğmən analıq çox gözəl duyğudur.Saytımızdakı bütün xanımlara qısmət olsun İNŞALLAH.

P.S "Kim doğuş sancısı çəksə saytımızdakı Pərvanə  xanıma müraciət edə bilər. Məsləhətlər pulsuzdur" wink  

                                                                                              Bu da Əlinin şəkilləri.  

 

Artıq ana oldum...


Artıq ana oldum...


Artıq ana oldum...


Artıq ana oldum...


Artıq ana oldum...


Artıq ana oldum...


Artıq ana oldum...

7 fevral 2012
GO BACK