Rüşeymdən sonrakı inkişaf dövrləri:
İnsan orqanizminin formalaşması yalnız 22-25 yaşlarında başa çatır.
Uşağın rüşeymdən sonrakı inkişafının aşağıdakı dövrləri ayırd edilir:
1. Yeni doğulma dövrü - uşaq doğulduqdan sonra ilk dörd həftə;
2. Südəmər dövr - 4 həftəlikdən bir yaşına qədər;
3. Yasli dövrü - 1 yaşından 3 yaşına qədər;
4. Məktəbəqədər dövr - 3 yaşından 6 yaşına qədər;
5. Məktəb dövrü - 6 yaşından 17-18 yaşına qədər.
İnsanın inkişaf xüsusiyyətləri
Uşaq doğulduqdan yetkin yaşa çatana qədər orqanizmin böyüməsi və inkişafı bir qaydada olmur: sürətlə böyümə və inkişaf dövrləri ilə növbələşir.
Birinci il və cinsi yetkinlik dövründə insan daha sürətlə böyüyür və inkişaf edir. Böyümə və inkişaf prosesində insanın bədən hissələrinin nisbəti də dəyişir, baş və beyin ölçülərinin nisbətindən görmək olar. Yeni doğulmuş uşaqda bu nisbət 1:4–dir, halbuki yaşlı adamda 1:8-dir.
Heyvanlarla müqayisədə insanın əsas xüsusiyyətləri təfəkkür, nitq və əmək qabiliyyəti ilə sıx bağlı olan hərəki fəaliyyətdir. Bu funkisiyalar 2 yaşından 4 yaşına qədər əmələ gəlir. Hər hansı səbəbdən bu dövr əldən verilibsə, uşaq əqli və fiziki inkişafdan qalır.
18 yaşa çatdıqda əsas fizioloji funkisiya göstəriciləri yaşlı adamın funkisiya göstəricilərinə yaxınlaşır. Məsələn: həzm fermentlərinin fəallığı artır, duyğu orqanları və sinir sistemləri təkmilləşir.
İndiki dövrdə uşaqların böyümə və inkişaf xüsusiyyətlərindən biri akselerasiyadır (uşaqlarda və yeniyetmələrdə boy və fiziki inkişafın sürətlənməsi). İndi yaşlı adamın boyu 100 il bundan əvvəlki insandan 10 sm ucadır. Akselerasiyanı doğuran səbəblər içərisində əhalinin daha yaxşı qidalanmasını, idmanla məşğul olmasını, vitaminləri, işıqlı günün süni sürətdə uzadılmasını, atmosfer havasında karbon qazının miqdarını və başqa səbəblərdən göstərirlər.
Uşağın ümumi inkişafı və sağlamlığı əzələ fəaliyyətindən asılıdır, çünki o, orqanizmin bir çox funkisiyaları ilə, məsələn: tənəffüs, qan dövranı və s. ilə əlaqədardır.
Məktəb yaşı
Bu dövr 6 yaşından 17 yaşına qədər olan müddəti əhatə edir. Uşaq hələ məktəbə gedənə qədər onun gündəlik normal rejimi olmalıdır. Məktəbə getməyə başladıqda onun həyatı yenidən qurulur. Məktəbdə dərs alarkən uşaq tədricən fəal sürətlə şifahi və yazılı nitqə yiyələnir. Məktəblilər elmlərin əsasını öyrənərkən bir çox insan nəsillərinin toplamış olduğu təcrübəni mənimsəyirlər. Böyüklərlə və öz yaşıdları ilə ünsiyyətdə olmaq onları ictimai cəhətdən inkişaf etdirir. Onların ətraf aləmdəki bilikləri və bunlardan istifadə etmək bacarığı ildən-ilə artır. Kiçik yaşlı məktəblilərə yazı yazmağı, əməyi və bədən tərbiyəsini öyrədəndə onlar getdikcə uzlaşmış və dəqiq hərəkətlər etməyə başlayırlar. Hərəkətlərin və şüurun təkmilləşməsinə kollektiv əmək – tədris və ictimai faydalı əmək də kömək edir.
Kiçik yaşlı məktəblilər əsas hərəkətlərini yerinə yetirə bilərlər. Lakin onların fiziki iş qabiliyyəti hələ məhduddur. Kiçik yaşlı məktəblilər mürəkkəb və dəqiq hərəkətləri çətinliklə və yavaş edirlər. Hərəkətin dəqiq formalaşması təxminən 18 yaşında qurtarır.
Yeniyetmənin ürək-damar sisteminin fizioloji xüsusiyyəti damarların mənfəzinin böyüməsinin ürəyin böyüməsindən geri qalmasıdır. Bu, qan dövranı pozğunluğu törədir ki, başgicəllənmə, qan təzyiqinin müvəqqəti qalxması, ürəyin işinin pozulması şəklində özünü göstərir. Yaş artdıqca ürək-damar sistemindəki bu cür dəyişikliklər keçib gedir. Lakin məhz uşaqların yeniyetmə dövründəki əmək və istirahət rejimi qurduqda bunları nəzərə almaq lazımdır. Ürək-damar sistemini məşq etdirərkən onun həddindən artıq yüklənməsinə yol verilməməlidir.
Yeniyetmə dövrü
Cinsi yetişkənlik dövrüdür. Bu vaxt daxili sekresiya vəzilərinin işi kökündən dəyişir. Məktəb illərində insanın əqli inkişafı xüsusilə sürətlə gedir.
Rejim və intizam iradi keyfiyyətləri artırır, əsas əqli və ictimai fəaliyyəti vərdişləri qazanmağa kömək edir. Uşaq işləməyi, öz əməyini təşkil etməyi məktəbdə, ailədə öyrənir. Uşaq əmək və onun təşkil etmək vərdişlərini oyun vaxtı əldə edir. Bundan başqa, o, valideyinlərinin və başqalarının işini müşahidə edərkən özünün gücü çatan ictimai-əmək fəaliyyətində iştirak edir.
XƏBƏR LENTİ
Ingilis Dili-XIII Dərs
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Defne Samyeli yeni FOTOları ilə Gündəmdə
“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olundu!
Keçən ilin möhtəşəm şəkilləri
Bakıda yağış yerini küləyə verdi
Şokoladlı, vanilli cizkeyk (foto resept)
Faydalı məsləhətlər
Yeyə biləcəyiniz buketlər
Məşhur aktrisadan Estetik Əməliyyat Açıqlaması-FOTO
Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib
Maykl Ceksonun həyatı film olur
Bu çimərliklərə getməyin!
Fındıq əzməli peçenye (foto resept)
Yaşlı cütlüyün illərə meydan oxuyan sevgisi dillərə düşdü - VİDEO
İlandan hazırlanan alkoqollu içkilər
Uşaqlarda həkim fobiyası
Fraktal həndəsə
Şahzadə Harri və Meqan Markl titullarından məhrum olacaqlar-SƏBƏB
Maska qıtlığı yaradanlara SƏRT XƏBƏRDARLIQ
Günün qoroskopu:Fiziki işdə fayda var
Reklamlar beynimizə necə təsir edir?
Rahat həyat ömrü qısaldır
Misirdə 50-dən çox mumiya tapıldı
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Uzun kirpiklər üçün nə etməli?
Günün qoroskopu: Bədxərclik etməyin!
Uşaqların boyunu uzadan qidalar
Stalini hansı düşməni aradan götürüb?
"Qeysəriyyə əməliyyatlarının artmasında biznes maraqları var"
Əbülfəz Elçibəyin doğum günüdür
Ordumuz erməni polkovnik-leytenantı məhv etdi
Instagram-da yeni funksiya
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
Murad Dadaşov, Rafael və Coşqun əməkdar artist oldular
Sağlam uşaq xəstələnməlidir - ÜST
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
Qənirə Paşayeva müəllimlərlə görüşdü
İşğal edilmiş rayonlardakı muzeylərdə olan unikal kolleksiyalar digər dövlətlərdə satışa çıxarılıb
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
Qəribə gəlinliklər
Sensasiya: Marsda həyat tapıldı
Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Bu adaya gələnlər yoxa çıxır
Yaşamaq üçün savaşanlar
Möhtəşəm yay ayaqqabları
Alimlər Yer kürəsinin səsini dinlədi - “Uğultu”nun SİRRİ AÇILDI
Ruh əkizinizi tapdığınızı göstərən 7 işarə
Günün qoroskopu: problemlər az deyil
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
- ŞƏRHLƏR