1-2 yaş arası uşaqlarda analarından ayrılandan sonra yumşaq bir oyuncağa, ədyala, parçaya saldıqları meyl özünü etibarlı yerdə hiss etmək istəyindən qaynaqlanır. Vaxtı gələndə, körpə hazır olanda bu adətini tərgidəcək. Lakin bu zaman kəsiyində atanın rolu nədən ibarətdir?
Uşaqlar birdən artıq adama öyrəşmir?
Bəzi uşaqlarda öyrəşdiyi adam olaraq ikinci insana yer yoxdur. Öyrəşdiyi adamın qucağından başqasının qucağına getmək narahatlıq hissi yarada bilər. Narahatlıq yaradan digər vəziyyət isə, 1 yaşlı uşaqların ana qucağından ataya keçərkən ağlamalarıdır. Bu vaxt ata özünü kənarlaşmış hiss edə bilər. Çox şiddətli olmasa, əslində bu rəftar təbiidir.
Bəs 1 yaşından sonra ataya bağlılıq necə yaranır?
1 yaşından sonra bəzi uşaqlar atalarına olan istəklərini büruzə verə bilərlər. Bu mərhələ əhəmiyyətli olduğuna görə atalar çox diqqətli olmalıdırlar. Əgər ata uşaqla anadan çox ünsiyyət qurursa bu bağlılıq başa düşüləndir. Lakin uşağın bütün əziyyətini ana çəkirsə, hər şeyi ilə dəqiqliklə əlaqələnirsə, diqqətini, sevgisini uşaqdan əsirgəmirsə və bunlara baxmayaraq uşaq ataya meyl edirsə, onda bu barədə düşünməyə dəyər.
Bu vəziyyət anaya necə təsir edir?
Bütün gününü uşaqla keçirən ana bu vəziyyətdən təbii olaraq təsirlənə bilər. Gündüzlər ev işləri ilə yanaşı, uşağına da vaxt sərf edərkən, axşam ata evə gələndə uşağın özünü atanın üstünə atması, anaya gəlmək istəməməsi onu kədərləndirə bilər. Ata evdə olmayanda heç bir problem yoxdur, ana və uşaq əla vaxt keçirir, ancaq ata evə gələn kimi vəziyyət dəyişir. Ata və ana bu vəziyyətdə elə fikirləşir ki, uşaq öz seçimini artıq verib və o seçim atanın xeyrinədir. Lakin bu çox istəməklə, və seçimlə əlaqəli bir şey deyil.
Ana bu vaxt narahat olsunmu?
Xeyir! Bu vəziyyət müvəqqəti bir haldır, necə ki, oyuncağa, yorğana meyl edir, ataya da meyl etməsi ananın diqqət, sevgi azlığından irəli gəlmir. Bəzi analar bu vaxt çox kədərlənir və qaneedici bir ana olmadığını, uşağın atasını seçim etdiyini fikirləşir. Lakin analar bilməlidirlər ki, bu təbii bir mərhələdir. Bir müddət sonra münasibət yenidən ananın xeyrinə dəyişəcək. Uşağın o diqqəti də sadəcə atası üçün darıxmağından irəli gəlir. Bütün gün ana ilə olan uşaq atanı az gördüyü üçün vaxtı bütünlüklə onunla keçirmək istəyir. Analar da bu vəziyyətdən öz xeyrinə istifadə etməlidirlər.
Ana necə rəftar etsin?
Ananın, uşağın ata ilə rahat münasibət qurmasına ən yaxşı şəkildə şərait yaratmağı lazımdır. Ən əyləncəli anlarda ata ananı da münasibətin içinə daxil etməli, beləcə üçlükdə gözəl vaxt keçirməlidirlər. Bu amil münasibətləri daha gözəl tənzimləyər. Əks halda, ana qaba rəftar edərsə uşaq ataya daha çox meyl edər. Ana bu vaxtlar həmişə şən əhval-ruhiyyədə olmalıdır.
Ataya ifrat bağlılıq nədən yaranır?
Işin təbbi və adi qaydadan çıxdığı vaxtlar da olur, əlbəttə. Buna səbəb verən amillər bunlardır: uşağın dayəyə verilmə mərhələsi, ananın işləməyə başladığı mərhələ. Atanın uşağa daha diqqətcil olması. Ayrılıq təsirini yaşayan körpə o boşluğu digər valideyninə bağlanmaqla doldura bilər. Bu əslində anaya olan qəzəbin büruzə verilməsidir.
Digər vacib amil isə, gün ərzində qurulan adətkarlıq hallarıdır. Məsələn, uşaq ana tərəfindən dayəyə verilir, ata tərəfindən alınırsa, uşaqda ataya qarşı bir inam, güvən hissindən doğan bağlılıq yaranır. Bu uşağın əslində ana sevgisinə ehtiyacının təzahürüdür.
XƏBƏR LENTİ
Atasının külündən manikür etdi-FOTO
Yeni il süfrəsinin əvəzolunmazları(2)
Tarladan 450 illik qəpik tapıldı
1 milyon dollarlıq əsərə 100 avro
Şifrləmə cinayətlərin qarşısını ala bilir?
Bu da 2016-cı ilin Olimpiya məşəli
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Çərəzlər
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
Portağal pəhrizi
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Məşhur modeldən gözlənilməz çıxış-FOTO
Həftə ərzində 49 saatdan çox işləyənlərə XƏBƏRDARLIQ
Dalay Lama müsəlmanları müdafiə etdi
Günün qoroskopu: Münaqişə etməyin!
Ancelina Coli xəstəxanadan çıxdı - FOTO
21 uşaqlı ailədə Yeni İl xərci-5000 dollar
Azərbaycan dini abidələrin dağıdılmasına dair sənədləri təqdim etdi
Toxluq hissi yaradan 5 ərzaq
Məşhur alimdən yadplanetlilərlə bağlı sensasion açıqlama
Hava kəskin pisləşəcək
Rus general erməniləri şoka saldı: "Qarabağda müharibə olarsa..."
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
"Şirin şam ağacı" düzəldək
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
"Kamaz"ı alıb, evə çevirdilər - FOTO
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
İşğaldan azad edilən rayonlarımızla bağlı daha bir vacib ADDIM
Bakıda yeni metro xəttinin inşasına başlanılıb
Xəyal dünyası ilə valeh edən şəkillər
Çağatay Ulusoyun son görünüşü hər kəsi təəccübləndirdi - FOTO
Duman
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Sümüklərin "xörəyi"
Göbələkli salat (Foto-resept)
Xalqı azadlığa və müstəqilliyə aparan yol
"Onlar geri qaytarılacaq"
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Qəbul imtahanlarının vaxtları dəyişdi
Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Kəbədə qəza
Şabalıd şorbası (foto resept)
"Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birincidir"
Qadınlara yaraşan kişi geyimləri
Xanımlarımız üçün makiyaj qaydası
Uşaqlar üçün təhlükəli nağıllar...
Ulduz aktyora hökm oxundu
Türkiyə Müdafiə Nazirliyi: “Qarabağda minalardan təmizlənmə işləri davam edir”
Windows 8.1 populyarlaşır
Qadın və kişi ürəyi arasındakı fərqlər
- ŞƏRHLƏR