Sızanaq dərimizdə olan yağ vəzilərinin xəstəliyidir. Yağ vəziləri ovuc içi, daban və ayaq arxası xaric olmaqla bütün bədən dərisində mövcuddur. Yağ vəziləri ən çox üz, kürək, sinə və çiyinlərdədir. Buna görə də sızanaq xəstəliyi ən çox üz və kürək bölgəsində olur. Sızanaq yetkinlik çağı xəstəliyi olaraq bilinməsinə baxmayaraq, əslində bütün yaş qruplarına təsir edə bilər. Sızanaq dermatoloq tərəfindən tibbi müalicələrlə həll edilməsi lazım olan bir dəri xəstəliyidir.
Evdə istifadə edilən maddələrin faydaları:
* Limon suyu quruducu və ləkələri aradan qaldırma xüsusiyyətinə malikdir.
* Kəklik və lavanda suyu antimikrob xüsusiyyəti daşıyır.
* Gül suyu təmizləyicidir.
* Çobanyastığı çayı və yaşıl çay iltihabı aradan qaldırır. Tərkibində dərini yeniləyən antioksidanlar var.
* Qatıq dərini yumşaldır və hamarlaşdırır.
* Gil məsamələri təmizləyir.
* Üyüdülmüş yulaf dərini düzləşdirir.
* Bal dərini nəmləndirir.
* Qliserin yağlandırmadan dərini nəmləndirir.
* Meyvə-tərəvəzlər dəri üçün çox faydalıdır, tərkibində dərini yeniləyən antioksidanlar var.
* Alma və üzüm sirkəsi dərini yeniləmə xüsusiyyətlərinə malikdir.
Sızanağın müalicəsində istifadə edilən bitki mənşəli yağlar:
* Çayağacı yağı
* Lavanda yağı
* Rozmarin yağı
* Bergamut yağı
* Limon yağı
* Ərik çəyirdəyi yağı
* Çobanyastığı yağı
Evdə tonik, maska ​​və sızanaq quruducu nümunələri:
- Bir tutam adaçayı, cökə, çobanyastığı, nanə və kəklikotu qısa müddət qaynadılır. Süzdükdən sonra tonik kimi istifadə edilə bilər.
- İki stəkan qaynar suda bir yaşıl çay paketi 10 dəqiqə saxlanır. Içinə yarım limon sıxılır. Soyuduqdan sonra tonik kimi istifadə edilə bilər.
- 2 yemək qaşığı kəklikotu 1 litr suda 10 dəqiqə qaynadılır. Süzdükdən sonra tonik kimi istifadə edilə bilər.
- Alma və ya üzüm sirkəsi su ilə qarışdırılaraq tonik kimi istifadə edilə bilər.
- Bir ədəd sıxılmış limon birin üçə nisbəti qədər su ilə qarışdırılaraq tonik kimi istifadə edilə bilər.
- Bir ovuc kəklikotu yarpağı ilə 1 ovuc rozmarin 1 litr suda 10 dəqiqə qaynadılır. Süzdükdən sonra tonik kimi istifadə edilə bilər.
- Gül suyu tonik olaraq istifadə edilə bilər.
- Qırmızı turp rəndələnib suyu sıxılır, alma sirkəsi ilə qarışdırılır. 3 gün saxladıqdan sonra sızanaqların üzərinə sürtülür.
- Quru soğan suyu sızanaqlara sürtülə bilər.
- Bir stəkan nar suyu yarım stəkan alma sirkəsi ilə qarışdırılır. Dəriyə kompres edilə bilər.
- Dörd stəkan suya iki yemək qaşığı çörəkotu qatılır və 10 dəqiqə qaynadılır. Tənzifdən keçirilərək süzülüb dəriyə çəkilir.
- Beş stəkan suya 1 ovuc gicitkən otu qatılıb 15 dəqiqə qaynadılır. Tənzifdən keçirilərək süzülüb dəriyə çəkilir.
- Cəfəri taxta ilə döyülür və içinə limon sıxılır. Üzdə sürtülərək 15-20 dəqiqə gözlədilir. İlıq suyla yuyulur.
- Bir yumurta ağı yaxşıca ağarana qədər çırpılır. Bir qaşıq limon suyu əlavə olunur, üzdə 15-20 dəqiqə saxlandıqdan sonra ilıq su ilə yuyulur.
- Bir yumurta ağı, 1-2 damcı zeytun yağı, 1 çimdik soda qarışdırılır. Üzdə 15-20 dəqiqə saxlanıb ilıq suyla yuyulur.
- Qatığın sulanmış qismi süzülür. Bu qatıq suyu sızanaqlı bölgələrə gecələr sürtülə bilər.
- Kartof soyulur, yuyulur və yaxşıca əzilir. Bir neçə damcı qliserin əlavə edilib qarışdırılır. Üzdə 15-20 dəqiqə saxlandıqdan sonra ilıq su ilə yuyulur.
- Yulaf unu ilıq suyla qarışdırılır. Məcun halına gəldikdən sonra üzə maska ​​şəklində sürtülür. Üzdə 15-20 dəqiqə saxlandıqdan sonra ilıq su ilə yuyulur.
- Alma sürtkəcdən keçirilir, balla qarışdırılır. Məcun halına gəldikdən sonra üzə maska ​​şəklində sürtülür.15-20 dəqiqə saxlandıqdan sonra ilıq su ilə yuyulur.
- Pomidor sürtkəcdən keçirilir, suyu süzüldüktən sonra maska ​ kimi istifadə edilə bilər.
- Portağal sıxıldıqdan sonra susuz qisimləri maska ​kimi istifadə edilə bilər.
- Gil bir miqdar gül suyu ilə qarışdırılır. Məcun halına gətirilir, sonra üzə maska ​​şəklində sürtülür. Üzdə 15-20 dəqiqə saxlandıqdan sonra ilıq su ilə yuyulur.
- Lavanda yağı, çayağacı yağı, çuha çiçəyi yağı və limon yağı gecələr sızanaqlı bölgələrə sürtülə bilər.
- Aloe vera geli sızanaqlı yerlərə tətbiq oluna bilər.
- Bütün meyvələrin qabıqlarının iç qismi və ətli qisimlərini (alma, kivi, armud, üzüm, naringi, portağal, ərik, qarpız) üzə çəkmək olar.
- İki yemək qaşığı təbii bal, bir çay qaşığı kosmetik gil, iki damcı lavanda yağı qarışdırılır. Məcun halına gətirilir. Təmiz dəriyə sürtülür, 15 dəqiqə saxlanıb ilıq su ilə yuyulur.
- İki damcı çayağacı yağı ilə yarım çay qaşığı kosmetik gil qarışdırılır. Bir neçə damcı su əlavə edilərək məcun
halına gətirilir. Ləkələrin üzərinə sürtülür. Bütün gecə üzdə qala bilər. - Çayağacı və lavanda yağı bərabər ölçüdə qarışdırılır. Sızanaq ləkələrinə sürtülə bilər.
Diqqət!
- Təbii toniklər bir həftə ərzində işlədilməlidir. Sərin yerdə və ya soyuducuda saxlanmalıdır!
- Gündüz çölə çıxacaqsınızsa, üzə çəkilən təbii məhsullardan istifadə edilməməlidir. Qidaların içindəki maddələr ləkələrin yaranmasına səbəb ola bilər. Gecə istifadə edilmələri daha uyğundur!
- Təbii olsa da, hər maddənin allergiya vermə riski vardır. Tətbiq əsnasında və sonrasında qaşıntı, yanma və qıcıqlanma olarsa, dəri bol su ilə yuyulmalı və tətbiq olunan maddə dəridən kənarlaşdırılmalıdır.
XƏBƏR LENTİ
İnstagram çökdü
Təhsil nazirindən daha bir yenilik: valideynlərin canı "fondpulu"ndan qurtardı
Uşaqdüşmə və onun səbəbləri
Yay ayaqqabı modelləri
Bakıda metro terrorundan 20 il ötür
Çörək çəkini artırırmı?
Azərbaycanda vətəndaşlıq qaydalarını pozanlara 2 il həbs cəzası verilə bilər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Ceyms Bond filminin premyera tarixi dəyişə bilər-SƏBƏB
"Kiçik toy" etmək düzgündürmü?
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Azərbaycanda 50 və daha yuxarı yaşda ana olan qadınlar var
Uşağınızın dişinə baxın
Nənənin ada səyahəti
Kira Naytli stili
20 yaşlı gənclərin bilməli olduğu 20 şey
Selfi edin, xərçəng olub-olmadığınızı öyrənin
Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir
O dünyanın ən böyük mükafatlarından birini aldı
Bədən quruluşumuza diqqət edək
Ən gözəl bilərzik kombinasiyaları
Qadınla kişi dost ola bilərmi?
Dnepropetrovskidən Bakıya birbaşa təyyarə reysi açılır
Ərzaq qiymətləri bahalaşacaq - VİDEO
Koronavirusun yeni mutasiyasının təhlükəsi barədə XƏBƏRDARLIQ
Özbək plovu (foto-resept)
40 dərəcə şaxtada qısa ətək geyinən qızın ayaqları dondu - FOTO
Məşhurları belə də tanıyın
Şahzadə Harrinin daha bir sirri məlum oldu-FOTO
Sevginin sağlamlığa 5 faydası
Asqırmaq nədir?
İbrahim Tatlısəs 300 imkansız ailəyə yardım etdi
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Hicablı qadınlar üçün dəbli kombin tövsiyələri
Hər kəs 11 yaşlı hakerdən danışır-FOTO
Köhnə geyimlərdən yeni don tikdi
14 gün ərzində bu dietaya əməl eləsəniz...
Hava haqqında - 06.02.2014
Qida infeksiyasından qoruyan ədviyyat
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 92 yeni yoluxma
Almaniya stadionlarında maraqlı yenilik
İlham Əliyev metroda - FOTO
Yadplanetlilərin Azərbaycanda enmə mərkəzi tapıldı
Ronaldonun tətilə xərclədiyi məbləğ TƏƏCCÜBLƏNDİRİR_FOTO
HAVA necə olacaq?
Körpələr üçün yaz geyimləri
İstirahət güşələrimiz-Naxçıvan
10 min dollarlıq ayaqqabı su qiymətinə satıldı
Qədim şəhər sirlərini gizlədir
Məleykə Abbaszadə: "Hər bir şəxs pulu özü ödəyəcək"
- ŞƏRHLƏR