Qadin.NET / Sızanaqlı dəri üçün dermatoloq məsləhətləri

Sızanaqlı dəri üçün dermatoloq məsləhətləri

Sızanaqlı dəri üçün dermatoloq məsləhətləri

Sızanaq dərimizdə olan yağ vəzilərinin xəstəliyidir. Yağ vəziləri ovuc içi, daban və ayaq arxası xaric olmaqla bütün bədən dərisində mövcuddur. Yağ vəziləri ən çox üz, kürək, sinə və çiyinlərdədirBuna görə də sızanaq xəstəliyi ən çox üz və kürək bölgəsində olur. Sızanaq yetkinlik çağı xəstəliyi olaraq bilinməsinə baxmayaraq, əslində bütün yaş qruplarına təsir edə bilər.  Sızanaq dermatoloq tərəfindən tibbi müalicələrlə həll edilməsi lazım olan bir dəri xəstəliyidir. 

Evdə istifadə edilən maddələrin faydaları:

* Limon suyu quruducu və ləkələri aradan qaldırma xüsusiyyətinə malikdir.
* Kəklik və lavanda suyu antimikrob xüsusiyyəti daşıyır.
* Gül suyu təmizləyicidir.

* Çobanyastığı çayı və yaşıl çay iltihabı aradan qaldırır. Tərkibində dərini yeniləyən antioksidanlar var.
* Qatıq dərini yumşaldır və hamarlaşdırır.
* Gil məsamələri təmizləyir.

* Üyüdülmüş yulaf dərini düzləşdirir.
* Bal dərini nəmləndirir.
* Qliserin yağlandırmadan dərini nəmləndirir.

* Meyvə-tərəvəzlər dəri üçün çox faydalıdır, tərkibində dərini yeniləyən antioksidanlar var. 

* Alma və üzüm sirkəsi dərini yeniləmə xüsusiyyətlərinə malikdir.

Sızanağın müalicəsində istifadə edilən bitki mənşəli yağlar:

* Çayağacı yağı
* Lavanda yağı
* Rozmarin yağı
* Bergamut yağı
* Limon yağı
* Ərik çəyirdəyi yağı
* Çobanyastığı yağı

Sızanaqlı dəri üçün dermatoloq məsləhətləri

Evdə tonik, maska ​​və sızanaq quruducu nümunələri:

Diqqət!


27 may 2013
GO BACK