Əziz xanımlar, yəqin sizin aranızda makiyajdan demək olar ki, hamınız istifadə edir. Bu gün burada müzakirə edəcəyimiz mövzu “İlk makiyajımız” barəsində olacaq. Yəni mənim və sizin. Əminəm ki, həmən gün yadınızdan çıxmayıb. İlk makiyaj gününüzdən (təbii ki, uşaqlıq illərində olan nəzərdə tutulmur) yaza bilərsiz:
1. İlk olaraq makiyajınızı neçə yaşında vurmusuz
2. Hansı firma idi, unutmamısız ki?
3. Makiyajın hansı növü (növləri) idi (dodaq boyası, qələm, tuş və s.)?
4. Evdəkilərdən gizli idi, ya mamagil razı idilər?
5. O zamankı və indiki makiyajınızı fərqləndirəndə, hansı dəyişiklikləri görürsüz?
Birinci, mən özüm bu barədə yazım:
Mənim ilk makiyajım mən Bakıda kollecdə oxuyan zaman 15 yaşımda idi. Kollecə 14 yaşımda daxil olmuşdum. Qrupumuzda artıq demək olar ki, hamısı makiyajdan istifadə edirdi. Mənimsə mamam qoymurdu. Elə həmən il 15 yaşıma çatanda anam icazə verdi. İlk olaraq anamın pomadasından istifadə edirdim. Sonra yavaş-yavaş göz kölgələri və tuşa, göz qələmi və ənliyə keçdim. Sonrada o qədər çox makiyaj vururdum, zövqümü tamam qarışdırmışdım. Hətta bir dəfə bütün küçə mənə baxırdı, nə var-nə var göz kölgələrim əynimdəki toxunma köynəyin rəngi – qırmızı rəngdə idi ))))). Nə isə, onu bilirəm ki, normal makiyaj etməyi öyrənənə kimi neçə illər keçdi. İndiki makiyajımla ilk makiyaj vurduğum illərdəki makiyajım arasında fərq çoxdur. O zaman ancaq göz kölgəsi, tuş, göz qələmi və dodaq boyasından istifadə edirdim, gözə çox gəlirdi. İndi isə tünd göz kölgələrini açıq rənglilərlə əvəz etdim, üzümə tonal krem, kirşan və ənlik elə vururam ki, təbii görsənir, göz qələmindən gündəlik olaraq imtina etmişəm, ancaq tuşdan istifadə edirəm. Dodağıma da normal rəngli və qələmli boya vururam. O vaxtkı makiyajım yada düşəndə gülməyim gəlir ))).
İndi isə sizin növbəniz, xanımlar!
XƏBƏR LENTİ
Mark milyarderlər siyahısında 6-cı yerə düşdü
Koronavirusla bağlı son STATİSTİKA
Koronavirusa yoluxmamaq üçün kondisionerdən necə istifadə edək? - VİDEO
Prezident İlham Əliyev və xanımı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində yarışları izləyirlər
Qadınların varlı kişiləri qəşəng kişilərə nisbətən daha tez sevmələrinin səbəbi bəlli olub
İdmansız 49 kq arıqladı-FOTO
Azərbaycan üçün Həcc kvotası üç dəfəyə yaxın artırıla bilər
İranda zəlzələ oldu
Gən yazarın "Son" kitabı təqdim olundu
Birlik istəyirəm
ABŞ-da Azərbaycan qətnaməsi
Valehedici tortlar
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
İngiltərə Premyer Liqası: "Everton" avtoqolla sevindi
Azərbaycan qadınları Orduya yazılır
Azərbaycana yeni radarlar gətirilir
"Boston" tortu(foto resept)
Həftə sonunun HAVAsı
"Facebook"dan bəd xəbər
Mavi gözlü şəxsiyyət testi
Qocalmaq istəməyənlər məşq etsin
Xoşbəxt ailə qaydaları
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
Alexa Chungın dəbli donları
Yataq otağı dizaynı
Xoşbəxt evliliklərin sirri nədir?..
Azərbaycanda sosial şəbəkə qoçuları kimlərdir?
Saç tipinə görə maskalar
Dadlı peçenyelər (foto resept)
İrina Hellouin üçün pişik obrazına girdi - FOTO
Təhsil Nazirliyi deputatın iradına cavab verdi
Günün ulduz falı
Kişilər qarın piylərini əritmək üçün nə etməlidir?
Günün qoroskopu - 04.11.2013
Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?
Boşanma səbəbi məlum oldu_XƏYANƏT-FOTO
Nazirdən bu müəllimlərə XƏBƏRDARLIQ
Qızılca xəstəliyi
Bu sezon makiyajda minimalizm dəbi
Sadə geyim modelləri
Planşetlər daha yaxşı qorunacaq
Pələngə qızıl diş qoydular-FOTO
Alyanslar və nişan üzüyü modelləri
Makiyaj hiylələri
Demet Akalın restoranda ödədiyi hesaba qəzəbləndi
1 həftəyə 5 kiloqram arıqladan qarışım
Klaç çanta modelləri
Gəlin toyundan qaçırsa... biz haraya sürüklənirik?
Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq?
- ŞƏRHLƏR