Qadin.NET / İlk makiyajımız

İlk makiyajımız

İlk makiyajımız

Əziz xanımlar, yəqin sizin aranızda makiyajdan demək olar ki, hamınız istifadə edir. Bu gün burada müzakirə edəcəyimiz mövzu “İlk makiyajımız” barəsində olacaq. Yəni mənim və sizin. Əminəm ki, həmən gün yadınızdan çıxmayıb. İlk makiyaj gününüzdən (təbii ki, uşaqlıq illərində olan nəzərdə tutulmur) yaza bilərsiz:

 

1. İlk olaraq makiyajınızı neçə yaşında vurmusuz

2. Hansı firma idi, unutmamısız ki?

3. Makiyajın hansı növü (növləri) idi (dodaq boyası, qələm, tuş və s.)?

4. Evdəkilərdən gizli idi, ya mamagil razı idilər?

5. O zamankı və indiki makiyajınızı fərqləndirəndə, hansı dəyişiklikləri görürsüz?

 

Birinci, mən özüm bu barədə yazım:

 

Mənim ilk makiyajım mən Bakıda kollecdə oxuyan zaman 15 yaşımda idi. Kollecə 14 yaşımda daxil olmuşdum. Qrupumuzda artıq demək olar ki, hamısı makiyajdan istifadə edirdi. Mənimsə mamam qoymurdu. Elə həmən il 15 yaşıma çatanda anam icazə verdi. İlk olaraq anamın pomadasından istifadə edirdim. Sonra yavaş-yavaş göz kölgələri və tuşa, göz qələmi və ənliyə keçdim. Sonrada o qədər çox makiyaj vururdum, zövqümü tamam qarışdırmışdım. Hətta bir dəfə bütün küçə mənə baxırdı, nə var-nə var göz kölgələrim əynimdəki toxunma köynəyin rəngi – qırmızı rəngdə idi ))))). Nə isə, onu bilirəm ki, normal makiyaj etməyi öyrənənə kimi neçə illər keçdi. İndiki makiyajımla ilk makiyaj vurduğum illərdəki makiyajım arasında fərq çoxdur. O zaman ancaq göz kölgəsi, tuş, göz qələmi və dodaq boyasından istifadə edirdim, gözə çox gəlirdi. İndi isə tünd göz kölgələrini açıq rənglilərlə əvəz etdim, üzümə tonal krem, kirşan və ənlik elə vururam ki, təbii görsənir, göz qələmindən gündəlik olaraq imtina etmişəm, ancaq tuşdan istifadə edirəm. Dodağıma da normal rəngli və qələmli boya vururam. O vaxtkı makiyajım yada düşəndə gülməyim gəlir ))).

İndi isə sizin növbəniz, xanımlar! smile

15 may 2011
GO BACK