Dərini yaşlandıran ətraf mühitin çirklənməsi, yaş və genetik faktorlarla yanaşı, bilmədiyimiz, ağlımıza belə gəlməyən və fərqində olmadığımız səbəblər var. Molekulyar tibb və immunitet mütəxəssisi dr. Ebru Karpuzoğlu dərini yaşlandıran yeddi heyrət edici səbəbi açıqladı.
1. Qışda günəşdən qoruma məhsullarının istifadəsinə davam etməmək:
Qış mövsümündə bağlı sahələrdə, evdə, ofisdə daha çox qalırıq, lakin günəşin yaşlandırıcı şüaları hələ də dərimizə təsir edir. İki növ uv şüası var. Ən təhlükəlisi və diqqət yetirməyimiz lazım olan UVA şüalar, dəri yaşlanmasına və xərçəngə səbəb ola bilər. Uva şüaları buludlu, qapalı və hətta qarlı günlərdə belə buludlardan, ofis və ya avtomobil şüşələrindən keçə bilir.
Bronzlaşdıran UVB şüaları qış aylarında uva qədər güclü deyil və dəriyə daha az zərər verir. Dərini qırışıqlıqlardan, erkən yaşlanmadan və dəri xərçəngindən qorumaq üçün, yalnız yayda deyil, ilin 365 günü, məkan daxilində və xaricində günəşdən qoruma məhsullarına laqeyd yanaşmayın. "Həm nəmləndirici, həm də günəşdən qoruyucu krem tətbiq etmək istəmirəm" deyirsinizsə, uv qoruyucu tərkibli bir nəmləndirici istifadə edin. Yaşlanmağın qarşısını almaq üçün ən yaxşı və əhəmiyyətli həlli günəş şüalarından qoruma məhsullarının olduğunu unutmamaqdır.
2. Siqaret tüstüsünə məruz qalmaq:
Siqaret tüstüsünə məruz qalmanın siqaret çəkməkdən daha təhlükəli olduğunu bilirsinizmi? Siqaret tüstüsündə nikotin, azot oksidi, karbon monoksid və siqaret qatranı kimi maddələr normal siqaret çəkməklə məruz qalınan miqdardan ən az iki qat daha çoxdur. Siqaret tüstüsü dəri möhkəmliyini təmin edən kallogenlərə zərər verən fermentlərin istehsalını artırır. Kallogenin zərər görməsi dəridə qırışlara və gözlə görülən şəkildə yaşlanmağa gətirib çıxarır. Siqaret çəkmədiyiniz halda siqaret tüstüsünə məruz qaldığınızda dəri, siqaret çəkənlərin dərisi qədər zərər görür. Problemin həlli siqaret tüstüsündən uzaq dayanmaq və dərini antioksidan tərkibli təzə qidalar və təbii məhsullar ilə daxildən və xaricdən dəstəkləməkdir.
3. Səhərlər üz təmizliyinə əməl etmək:
Yatmadan öncə dəri təmizlənsə də səhər üz təmizliyinə laqeyd yanaşmamaq lazımdır. Gecə yuxuda dəri özünü bərpa etməyə çalışır. Bu əməliyyat əsnasında sebum istehsalı dərini yağlandıra bilər və bir təbəqə meydana gəlir. Səhər dəri təmizlənməsə üzə tətbiq olunacaq nəmləndiricilər və ya günəşdən qoruma məhsulları gecə əmələ gələn sebum səbəbindən təsirli şəkildə vəzifələrini yerinə yetirə bilməz. Gecə kremlərinin tərkibindəki retinol və meyvə turşusu kimi maddələr günəş şuasının qıcıqlandırdığı dəridən təmizlənməlidir. Səhər üzünüzü yuyarkən bir gecə əvvəl çəkdiyiniz kremlərin dərinizə hopmayan artıqlarından xilas olursunuz. Səhər təmizliyini sağlam və canlı bir dəri üçün axsatmayın.
4. Dərini çox təmizləmək:
Daha gənc və daha hamar dəriyə sahib olmaq üçün dərini piling və ya ekfoliyasyon məhsullarıyla çox təmizləmək əslində dərini gözəlləşdirməkdən çox incidir. Çox təmizləmə, dəridəki nəm baryerinə zərər verərək, nəmini itirməsinə, iltihablaşmaya, qabıqlanmaya və hətda melanin fəaliyyətini artıraraq hiperpigmentasiyaya (dəridə rəng pozğunluqlarına) səbəb ola bilər. Hər dəri tipi təmizləməyə fərqli reaksiya verir. Həlli üçün üz təmizləyicilərini dəri tipinə görə diqqətlə seçmək və həddindən çox təmizləməmək lazımdır.
5. Əsnəmək:
Gecə gec yatada və yuxusuz qaldığınız zamanlarda normaldan çox əsnəyirsiniz. Çox əsnəməklə birlikdə gözlərin çox sulanması və yorğunluq, yuxudan şişmiş gözlərlə oyanmağa səbəb olur. Şişlik, göz ətrafındakı həssas və incə toxumanın elastikliyini pisləşdirə bilər və göz ətrafının daha tez qırışmasına yol aça bilər. Elastikliyi paket rezini kimi düşünün. Dartıb buraxanda köhnə halına dönür. Lakin daim dartılıb buraxıldığında rezin bir müddət sonra köhnə halına dönmə qabiliyyətini, yəni elastikliyini itirir. Gözləri qorumaq üçün yuxusuz qalmayın. Gözəllik yuxunuza laqeyd yanaşmayın.
6. Eynək istifadə etmək:
Göz ətrafındakı qırışlara başqa bir səbəb qüvvətli işığa gözləri qısaraq baxmaqdır. Davamlı gözləri qısmaq bir müddət sonra göz ətrafındakı elastikliyi təmin edən elastin liflərini zəiflədəcək, qırışın meydana gəlməsini sürətləndirəcək. Günəşli havalarda günəş eynəyinizi taxmağı unutmayın. Bulanıq görürsünüzsə göz həkiminizi ziyarət etməyə laqeyd yanaşmayın, göz sağlamlığınızı və gözəlliyini qoruyun.
7. Dodaqları büzmək:
Gözləri qısmaq kimi davamlı təkrar edilən üz hərəkət və mimikaları kollagen və elastin liflərini zəyiflədə bilər. Davamlı çöplə və ya şüşədən nə isə içərkən büzülən dodaqların ətrafında incə xətt və qırışlar meydana gələ bilər. Bu cür qırışların yaranmasının qarşısını almaq üçün içkini stəkandan içməyə diqqət edin. Stəkandan içərkən dodaqlar büzülmədiyi üçün qırışıqlıqlar azalacaq. Siqaret çəkərkən dodaqları büzmək siqaretin yaşlandırıcı təsiriylə birlikdə dodaqları daha tez qırışdırıb yaşlandırır.
XƏBƏR LENTİ
Ana bətnindəki əkizlər bir-birini "yumruqladı"
31 Mart Soyqırımı
Qadın ərini satışa çıxartdı-SƏBƏB
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Londonda Ermənistan səfirliyi qarşısında piket
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Düşmən seçimini etdi - MÜHARİBƏ
Bu gün şəkili sovet kəşfiyyatçısının doğum günüdür
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Deputat Quranı təhqir etdi
Merve Boluğur şantaj edildi
Yer kürəsinə doğru meteor gəlir!
Bu şəhərdə hər kəs xoşbəxtdir!
Düymə ( foto resept)
Qovuşmadığı sevgilisi üçün 40 kiloqram arıqladı - FOTO
Koronavirusa yoluxanların müalicəsi dövlət hesabına aparılır - RƏSMİ
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
TƏBİB sədri: “Kütləvi şəkildə yas mərasimlərinə toplaşma hallarına rast gəlinir”
Mini albalı keksi
Bu günün hava proqnozu
İlham Əliyev: “Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”
Azərbaycan alimləri yeni qurğu ixtira etdilər
Girovlardan pis xəbər
Telefonunuza gələn SMS əslində tələdir - ehtiyatlı olun!
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Prezident: "Regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik"
Günün ulduz falı - 18.08.2013
Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO
"Evlənsən öləcəksən" dedilər...
Aleyna Tilkinin bədxərc olduğu üzə çıxdı
Günün qoroskopu - 09.11.2013
Ümid elə güclü bir küləkdir ki...
Dövlət universitet və xəstəxanaları özəlləşdiriləcək?
Ataya uşaq əmanət edilərsə
Burberry payız-qış kolleksiyasi 2010-2011
Yağış yarım saata Qubanı bu hala saldı
Kimlər uzun saçlardan istifadə etməlidir?
Asan hazırlanan çizkeyk (foto resept)
BÜRCLƏR bizə nə vəd edir? - 13 mart
Şəhzadə Diananın zinət əşyaları
20 saniyədə mavi gözlərə sahib ola bilərsiniz
Adelin günlük qazancı hər kəsi heyrətləndirdi
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
Fərqli bilərziklər
Bakı əhalisinin həyat tərzi araşdırıldı: nəticələr bərbaddır
Burun qanaxması
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma
Eser Yenenlerin xanımı doğumdan 15 gün SONRA-FOTO
- ŞƏRHLƏR