Qadin.NET / Dərini yaşlandıran səbəblər

Dərini yaşlandıran səbəblər

Dərini yaşlandıran ətraf mühitin çirklənməsi, yaş və genetik faktorlarla yanaşı, bilmədiyimiz, ağlımıza belə gəlməyən və fərqində olmadığımız səbəblər var.  Molekulyar tibb və immunitet mütəxəssisi dr. Ebru Karpuzoğlu dərini yaşlandıran yeddi heyrət edici səbəbi açıqladı.

1. Qışda günəşdən qoruma məhsullarının istifadəsinə davam etməmək:  

Qış mövsümündə bağlı sahələrdə, evdə, ofisdə daha çox qalırıq, lakin günəşin yaşlandırıcı şüaları hələ də dərimizə təsir edir. İki növ uv şüası var. Ən təhlükəlisi və diqqət yetirməyimiz lazım olan UVA şüalar, dəri yaşlanmasına və xərçəngə səbəb ola bilər. Uva şüaları buludlu, qapalı və hətta qarlı günlərdə belə buludlardan, ofis və ya avtomobil şüşələrindən keçə bilir.    

Bronzlaşdıran UVB şüaları qış aylarında uva qədər güclü deyil və dəriyə daha az zərər verir. Dərini qırışıqlıqlardan, erkən yaşlanmadan və dəri xərçəngindən qorumaq üçün, yalnız yayda deyil, ilin 365 günü, məkan daxilində və xaricində günəşdən qoruma məhsullarına laqeyd yanaşmayın. "Həm nəmləndirici, həm də günəşdən qoruyucu krem tətbiq etmək istəmirəm" deyirsinizsə, uv qoruyucu tərkibli bir nəmləndirici istifadə edin. Yaşlanmağın qarşısını almaq üçün ən yaxşı və əhəmiyyətli həlli günəş şüalarından qoruma məhsullarının olduğunu unutmamaqdır.  

2. Siqaret tüstüsünə məruz qalmaq:

Siqaret tüstüsünə məruz qalmanın siqaret çəkməkdən daha təhlükəli olduğunu bilirsinizmi? Siqaret tüstüsündə nikotin, azot oksidi, karbon monoksid və siqaret qatranı kimi maddələr normal siqaret çəkməklə məruz qalınan miqdardan ən az iki qat daha çoxdur. Siqaret tüstüsü dəri möhkəmliyini təmin edən kallogenlərə zərər verən fermentlərin istehsalını artırır. Kallogenin zərər görməsi dəridə qırışlara və gözlə görülən şəkildə yaşlanmağa gətirib çıxarır. Siqaret çəkmədiyiniz halda siqaret tüstüsünə məruz qaldığınızda dəri, siqaret çəkənlərin dərisi qədər zərər görür. Problemin həlli siqaret tüstüsündən uzaq dayanmaq və dərini antioksidan tərkibli təzə qidalar və təbii məhsullar ilə daxildən və xaricdən dəstəkləməkdir.

3. Səhərlər üz təmizliyinə əməl etmək:

Yatmadan öncə dəri təmizlənsə də səhər üz təmizliyinə laqeyd yanaşmamaq lazımdır. Gecə yuxuda dəri özünü bərpa etməyə çalışır. Bu əməliyyat əsnasında sebum istehsalı dərini yağlandıra bilər və bir təbəqə meydana gəlir. Səhər dəri təmizlənməsə üzə tətbiq olunacaq nəmləndiricilər və ya günəşdən qoruma məhsulları gecə əmələ gələn sebum səbəbindən təsirli şəkildə vəzifələrini yerinə yetirə bilməz.  Gecə kremlərinin tərkibindəki retinol və meyvə turşusu kimi maddələr günəş şuasının qıcıqlandırdığı dəridən təmizlənməlidir. Səhər üzünüzü yuyarkən bir gecə əvvəl çəkdiyiniz kremlərin  dərinizə hopmayan artıqlarından xilas olursunuz. Səhər təmizliyini sağlam və canlı bir dəri üçün axsatmayın.  

4. Dərini çox təmizləmək:

Daha gənc və daha hamar dəriyə sahib olmaq üçün dərini piling və ya ekfoliyasyon məhsullarıyla çox təmizləmək əslində dərini gözəlləşdirməkdən çox incidir. Çox təmizləmə, dəridəki nəm baryerinə zərər verərək, nəmini itirməsinə, iltihablaşmaya, qabıqlanmaya və hətda melanin fəaliyyətini artıraraq hiperpigmentasiyaya (dəridə rəng pozğunluqlarına) səbəb ola bilər. Hər dəri tipi təmizləməyə fərqli reaksiya verir. Həlli üçün üz təmizləyicilərini dəri tipinə görə diqqətlə seçmək və həddindən çox təmizləməmək lazımdır.

5. Əsnəmək:  

Gecə gec yatada və yuxusuz qaldığınız zamanlarda normaldan çox əsnəyirsiniz. Çox əsnəməklə birlikdə gözlərin çox sulanması və yorğunluq, yuxudan şişmiş gözlərlə oyanmağa səbəb olur. Şişlik, göz ətrafındakı həssas və incə toxumanın elastikliyini pisləşdirə bilər və göz ətrafının daha tez qırışmasına yol aça bilər. Elastikliyi paket rezini kimi düşünün. Dartıb buraxanda köhnə halına dönür. Lakin daim dartılıb buraxıldığında rezin bir müddət sonra köhnə halına dönmə qabiliyyətini, yəni elastikliyini itirir. Gözləri qorumaq üçün yuxusuz qalmayın. Gözəllik yuxunuza laqeyd yanaşmayın.  

6. Eynək istifadə etmək:

Göz ətrafındakı qırışlara başqa bir səbəb qüvvətli işığa gözləri qısaraq baxmaqdır. Davamlı gözləri qısmaq bir müddət sonra göz ətrafındakı elastikliyi təmin edən elastin liflərini zəiflədəcək, qırışın meydana gəlməsini sürətləndirəcək. Günəşli havalarda günəş eynəyinizi taxmağı unutmayın. Bulanıq görürsünüzsə göz həkiminizi ziyarət etməyə laqeyd yanaşmayın, göz sağlamlığınızı və gözəlliyini qoruyun.  

7. Dodaqları büzmək:

Gözləri qısmaq kimi davamlı təkrar edilən üz hərəkət və mimikaları kollagen və elastin liflərini zəyiflədə bilər. Davamlı çöplə və ya şüşədən nə isə içərkən büzülən dodaqların ətrafında incə xətt və qırışlar meydana gələ bilər. Bu cür qırışların yaranmasının qarşısını almaq üçün içkini stəkandan içməyə diqqət edin. Stəkandan içərkən dodaqlar büzülmədiyi üçün qırışıqlıqlar azalacaq. Siqaret çəkərkən dodaqları büzmək siqaretin yaşlandırıcı təsiriylə birlikdə dodaqları daha tez qırışdırıb yaşlandırır.

25 mart 2016
GO BACK