Bakıda hava
USD AZN
EUR AZN
14:45Nermin_Guler Hamiya salam necəsiz
41603

Ətirlər haqqında məlumat(1)

Ətirlər haqqında məlumat(1)
Ətir – bu sözdə çoxlu emosiya, hiss, əhval-ruhiyyə, intizar, ümid və arzular var. Ətir insanın əhval-ruhiyyəsini ötürür, onun xasiyyəti, temperamenti, həyat tərzi, zövqləri və üstünlükləri haqqında bizə məlumat verir. Böyük Pablo Pikassonun qızı dizayner Paloma Pikasso təsadüfi olaraq deməyib ki, “ətir – şəxsiyyətin avtoqrafıdır”. “Estée Lauder” Korporasiyasının böyük vitse-prezidenti Evelin Lauder isə öz növbəsində belə hesab edirdi: “Qoxu qadın haqqında hətta onun müəyyən səbəblər və ya düşüncələrdən özü barədə deyə bilmədiyini söyləyir”. Bir çox insan bütün həyatını daim arzuladığı ətir axtarışında keçirir. Ətrin seçimi mövzusuna çoxsaylı kitab, mümkün məqalələr, təlimlər həsr edilib! Fransız ətriyyatçısı Romano Ricci ətirlərin köməkliyi ilə kişiləri valehetmənin yollarını açıqlayıb: "Mən düşünürəm ki, hər bir qadının müxtəlif cəhətləri var. Bunu göstər müəmmalı ol. Bir görüşə incə və məsum ətir vuraraq get, növbəti görüşə isə hissiyyatlı və cəzbedici parfüm seç. Bu çox maraqlıdır və insanı həyəcanlandırır.” 
"Əgər özünə əmin və hər şeydə təşəbbüs göstərməyi sevənlərdənsənsə, «eau de parfum” konsentrasiyasında olan ətirlərdən istifadə et. Çox az miqdarda istifadə et. Qoy onlar dərində parlaq və yadda qalan həyat yaşasınlar, ətrafda olan qalan qoxuları ört-basdır etməsinlər”.
İsti günlərdə „eau de toilette” konsentrasiyasında olan ətirlərdən istifadə et. Onlar səni yüngül və şəffaf rahiyəyə bürüyür, dərinin qoxusu ilə birləşir və bədənində saatlarla qalır”.
Məşhur moda evlərinin aparıcı ətriyyatçıları insanın fərdiliyini ifadə edə bilən ideal ətir kompozisiyasının yaradılması üzərində uzun illər baş sındırıblar. Böyük Koko Şanel, İv Sen-Loran, Kristian Dior, Paloma Pikasso, Jan Pol Gerlen ətir haqqında danışıb. Siyahını sonsuza qədər davam etdirmək olar. İstənilən axtarış sistemində “ətri düzgün necə seçməli” sözlərini yazmaq kifayətdir ki, istifadəçinin gözləri önünə saysız məqalələr gəlir. Lakin böyük həcmdə məlumat, ətriyyat mağazalarındakı geniş əmtəə çeşidi seçimi asanlaşdırmır, əksinə daha mürəkkəb və uzun edir. Axı yeni ətir almaq, tanımadığın adamla görüş zamanı keçirdiyin həyəcana bənzəyir. Bəzən bunun səninki olduğunu anlamaq üçün bir baxış kifayətdir, bəzən isə cazibədar görünüşün arxasında nəyin gizləndiyini açmağa bir ömür belə çatmır.
Uyğun ətir seçimi — əsl incəsənətdir. Ətir uzaqlaşdırmamalı, əksinə cəlb etməli, məftun etməli, başdan çıxarmalı, azdırmalı, tovlamalıdır. Hər qadının ona xas qoxusu olan ətri olmalıdır. Yaxınların və ya reklam çarxlarının məsləhətləri ilə ətir seçmək olmaz. Hər bir insanın ətri sırf fərdidir. O genetik olaraq proqramlaşdırılıb, bir qadının bəyəndiyi, digərinə tamamilə uyğun gəlməyə bilər. Ona görə də hər kəsin öz ətir seçimi qaydası var. Lakin müəyyən məsləhətlər də mövcuddur ki, yeni ətir alarkən onlara əməl etməyə dəyər:
Ətir seçərkən, onu hansı fəsildə istifadə edəcəyinizi unutmayın. Yadda saxlayın ki, ətirlər isti kimi, soyuqdan da qorxurlar. Rütubətli isti iqlimdə ətirlər sürətlə yayılır, ağır qoxular isə xüsusən güclənir və daha kəskin olur. Ona görə də yay ətirləri daha yüngül olmalıdırlar, daha yüngül, yaşıllıq, meyvə və su vurğulu, sitrus, meyvə və okean, çiçək qoxulu ətirlərdən istifadə etmək tövsiyə olunur.
Qışda iybilmə hissi zəifləyir, bundan başqa, quru və soyuq havada qoxular zəifləyir. Ona görə də qış dövründə daha intensiv, ağır qoxulu ətirlər almaq məsləhət görülür. İlin bu fəslində büzüşdürücü ağac-anbar qoxulu ətirlər xüsusən yaxşıdır – heç nə onlar kimi xəzin gözəlliyini qeyd etməyəcək və sizə istilik, rahatlıq hissi bəxş etməyəcək.
Ətri sutkanın hansı vaxtında istifadə edəcəyinizi yadda saxlamaq lazımdır. Səhər, biz adətən yüngül, təravətləndirici qoxuları seçirik, gündüz kəskin və enerjili ətirlərdən istifadə etmək olar, axşam üçün ədvalı və şirin incəlikləri olan parlaq, mürəkkəb qoxular yaraşar.
Həmçinin gününüzü keçirəcəyiniz vəziyyət də nəzərə alınmalıdır. Məsələn, kiçik ofisdə və ya qatarla, avtobusla və təyyarə ilə səyahət zamanı güclü, kəskin qoxuları seçmək lazım deyil. Romantik gecə üçün yetkin qadınlara ağac və anbar incəlikləri olan hissiyyatlı qoxu, qızlara isə incə meyvə-giləmeyvə ətirləri seçmək yaxşı olar.
Ətirlər haqqında məlumat(1)
Ətriyyatçılar təsdiq edirlər ki, qadının ən azı üç ətri olmalıdır. Biri — işdə, ikincisi — kampaniyada, gecədə və üçüncüsü — ikilikdə romantik axşamda. Bundan başqa, həyatda baş vermiş hər hansı xoş hadisəni xatırladan ruh üçün ətirlər də məsləhət görülür.
İnsanın həyat tərzi də ətir seçiminə təsir göstərir: dinamik, fəal insanlar təravətləndirici, sərinləşdirici ətirlərə üstünlük verirlər. Özünə qapanan, sakit insanlar – mürəkkəb, təkrarolunmaz Şərq qoxularından valeh olurlar.
Ətir alarkən, onun özünü tam büruzə verməsi üçün bir sutka gözləyin. Ətirlərin qoxusu, çiçək kimi tədricən açılır. Ona görə də qoxu haqqında ilk təəssüratdan mağazaya qaçıb onu almaqa tələsməyin.
Ətir seçmək üçün sonsuza qədər ümumi meyar sadalamaq olar. İnsanın yaşı, geyim üslubu, saçının, dərisinin, gözlərinin rəngi kimi zahiri görünüşü mühüm rol oynayır. Lakin əsas yadda saxlamaq lazımdır ki, ətir – ikinci dəri və insanın nəfəs aldığı havadır. Siz əhatənizdə olan atmosferlə vəhdətdə olmalısınız. Özünüzü yaxşı hiss etmədiyiniz ətir, sizin ümumi simanıza təsir göstərir. Ona görə yox ki, ondan istifadə etməklə, siz özünüzə inamı itirirsiniz, həm də ona görə ki, bununla fərdi auranız dağılır.
Ardı var...
Səslərin sayı: 0
5
4878
Şərhlər
Offline
Tər Naz Elm Nur
girl_tenher gun istifade etdiyimiz etirler tewekkur edirem
13 may 2017 10:36
Offline
Etis Suleymanli
mende kox sevirem eklat bewli superdi dash
4 yanvar 2017 00:36
Offline
°elif •.°
Pərvanə,
Mence ele gozel etri yoxdu onun

Pərvanə,
Mence ele gozel etri yoxdu onun
22 avqust 2016 13:31
Offline
Pərvanə
LACOSTA vazkeçilməzimdi.Çox sevirəm bu ətri.
20 avqust 2016 19:14
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
°elif •.°
Eklat Tudeyden başqa etr yalandı menim en sevimli duxularım
20 avqust 2016 16:06
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”

    Uşaq pulu bərpa olunsa mənnən xoşbəxti tapilmiyacaq
  • Evdə idman etməyin faydaları

    - Səhər oyananda evin içində ritmli yürüyüşə çıxın. Evinizin və ya mənzilinizin pilləkanlarını qalxıb düşün. Enib-çıxma, ip atlama və ya rəqs kimi fəaliyyətlərdən istifadə edə bilərsiniz. bu bir az qəlizdi
  • Bred Pitt və Ancelina Coli uşaqları ilə bağlı razılığa gəldilər

    Uşaqların psixalogiyasına görə normal məktəb vacibdi
  • Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu

    Bu risk deyil ki?Mən qorxardim
  • Qıvırcıq saçlar üçün 3 tövsiyə

    Təbii buruqlara nə qədər çox toxunsanız, quruluq və qırılma o qədər artacaq. Ən əsası darama prossesini azaldın. Qidalandırıcı saç südlərindən faydalana bilərsiniz.
  • 13:05 - Müəllif: Feride
    Evdə idman etməyin faydaları (2)

    Evdə idman etməyin faydaları

    Evdə tənbəllik basır bizi nə idman yada düşür nə gəzmək
  • 11:11 - Müəllif: LegiondipPA
    Hüquqşunas məsləhəti (546)

    Hüquqşunas məsləhəti

    Долго мечтал свой сайт сделать, да руки не доходят сделать это, да и не умею как. Решил обратиться к тем кто занимается продвижение сайта Астрахань данную услугу предлагают многие , но вот как это многие делают не всем нравиться, судя по отзывам. Будучи в Казани проездом знакомый порекомендовал обратиться к профессионалам веб студия Легион. Они для организации создали, директор доволен. Пробовал найти о них в интернете информацию очень мало. Не рекламируются. Уже это интересно. Приехав домой решил с ними пообщаться на тему заказа сайта. Общение по емайл живое, но тяжёлое. Договориться удалось с помощью директора коллеги казанского. Не жалею что с ними связался. Сайт сделали не очень быстро, недели 3 делали (согласовывали и дизайн, и функционал, и наполнение) Цена даже очень приятная созданного сайта, меньше 30000 . Отсюда и отсутствие рекламы на которую тратят много денег. Клиентов хватает потому что я сказал ему, он ей, она ещё кому-то, сарафанное радио. Продвигают сайт честно , и информацию добавляют, и дизайн корректируют по необходимости. Число посетителей стабильно более 200, это даже больше о чём мечтал, у меня не магазин, лишь мой личный сайт. Поддержка вообще не вызывает желания по улучшению – отлично работают.
  • 03:04 - Müəllif: MichaeltaizeZA
    Hüquqşunas məsləhəti (546)

    Hüquqşunas məsləhəti

    Обнаружил видеопортал где реально увидеть онлайн видео игр. Предлагаю вам посетить рекомендуемый видеосервис.
  • 02:01 - Müəllif: AlonzoAwameEY
    Hüquqşunas məsləhəti (546)

    Hüquqşunas məsləhəti

    For all the students who are interested in learning about programming, R programming language is as good as English. It is a basic language that’s simple, easily accessible and is used in most of the programs. Most of the students do need R Programming online tutoring in the beginning of their course. Our site is the most trusted and reliable solution provider for online R Programming Assignment Help Visit us for queries
  • 01:55 - Müəllif: JosephacuptOW
    Hüquqşunas məsləhəti (546)

    Hüquqşunas məsləhəti

    Most of the student know good about the subjects but when comes to online exam, they don’t feel confidence and need help. In that situation, student can use this online exam help service from best exam and quiz helpers and experts to improve their grades. This will boost their morale and confidence for all future exams and tasks. We have our team of experts who are equipped with modern means to assist students in all their online exam and quiz related queries. Send your queries
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış