Bakıda hava 10°
USD AZN
EUR AZN
14:19Nermin_Guler Necesiz qizlar 09:43Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41226

Arıqla bilməyənlərin əsas səhvi

Arıqlaya, qida asılılığından və sellülitdən qurtula bilmirsinizsə, daimi aclıq hissini boğursunuzsa, ciddi sağlamlıq probleminiz ola bilər.

İnsulin müqaviməti nədir? Və niyə heç bir pəhriz artıq çəkidən, daimi aclıq hissi, depressiya, yorğunluq və apatiyadan xilas olmağa kömək edə bilməz

Bu yazıda oxucuları qidalanma mütəxəssisi və bloger Olqa Burakovanın müsahibəsini təqdim edirik. Ekspert düzgün qidalanma və insulinin vücuda təsirini şərh edib.

Arıqla bilməyənlərin əsas səhvi

İnsulin müqaviməti (IM) nədir?

Bu, hüceyrənin insulinə həssaslığını itirməsidir. Bədənimizdəki hər hüceyrə qidadan aldığı qida maddələrinə ehtiyac duyur. İnslin yemək zamanı mədəaltı vəzi tərəfindən ifraz olunur, bu anda orqan qida maddələrinin olduğu hüceyrələrə siqnal verir. Sağlam insanın bədənində hüceyrələr dərhal siqnala cavab verir və insulin müqavimətindən əziyyət çəkənlərdən fərqli olaraq qandan bütün zəruri maddələri sovurur. Qeyri-sağlam vəziyyətdə hüceyrələr bu siqnalı oxumur, nəticədə daha az qida alır və "ac" qalırlar, dolayısı ilə qanda şəkərin səviyyəsi sürətlə yüksəlir. Odur ki, şəkərli diabet ilə bağlı problemlər: İM 2 tip diabet xəstəliyinin ilk addımdır. Təəssüf ki, bu əlamətlər bu gün uşaqlarda daha çox rast gəlinir.

İM əlamətlərini tanımaq mümkündürmü?

Dəqiq diaqnoz qoymaq üçün yenə də testdən keçmək məsləhət görülür. Ancaq insulin müqaviməti ilə bağlı problemləri göstərən bir neçə açıq əlamət var:

bədəndəki qırmızı xal və nöqtələr

qara akantoz

papillomalar

enerjinin olmaması, yorğunluq hissi

pis əhval-ruhiyyə, apatiya

daimi aclıq

menstruasiya problemləri

PCOS - polikistik yumurtalıq sindromu

yüksək təzyiq

80 sm-dən çox bel ölçüsü

Arıqla bilməyənlərin əsas səhvi

IM həm dolğun, həm də arıq insanlarda ola bilər. Qanda insulinin davamlı olaraq yüksək olması nəticəsində kistlər, miyomalar da daxil olmaqla şiş riskinin artdığını bilmək vacibdir.

IM-in ən çox yayılmış səbəbləri hansılardır?

Başlıca səbəbi tez-tez yeməkdir, xüsusən sadə karbohidratlar və yüksək insulin indeksi olan məhsullar: məsələn, süd məhsulları, şirniyyatlar, meyvələr. Gec-tez qeyri-sağlam qidalanma və həddindən artıq yemək IM-yə səbəb olur. Həm də tez hazır olan fəstfud yeməkləri. Yadda saxlayın ki, insulin səviyyəsi qanda yeməkdən 3 saat sonra aşağı düşür. Əgər davamlı olaraq bir şey yeyirsinizsə və ya qismən yeyirsinizsə, onda insulini gündə 16 saat yüksək səviyyədə saxlayaraq, mədəaltı vəzi yükləyirsiniz.

Bəs idmançılar və fitnes modellərin tez-tez, amma az-az yemək məsləhəti nə dərəcədə faydalıdır?

Fakt budur ki, peşəkar bodibildistlərin və fitnes modellərinin əsas vəzifəsi ən qısa müddətdə əzələ kütləsini yaratmaq və yarışlara çıxmaqdır. Təəssüf ki, bədənin sağlamlığı ilə əlaqəli digər məsələlər də çox vaxt onlar üçün arxa plana keçir. Yüksək proteinli pəhrizlə istənilən bədən quruluşunu əldə edir, sonra qürurla və qismən məsuliyyətsiz şəkildə arıqlamaq təcrübəsini başqaları ilə bölüşürlər. Onların bir çoxu köklükdən əziyyət çəkən insanların əksəriyyətində insulin müqavimətinin problemləri və digər xəstəliklər barədə düşünmürlər.

Sağlam qidalanmaya hər kəs üçün universal standart sxemlərdən daha çox fərdi yanaşma zamanı gəldi

Belə qidalanma əzələlərin böyüməsi üçün idealdır, lakin belə bir rasion artıq çəki və hormonal pozğunluğu olan insanlar üçün uyğun deyil. Sərt desək, belə pəhriz uzun müddət ərzində heç kimə uyğun gəlmir. Hər 3 saatdan bir şey çeynəmək sadəcə fizioloji proses deyil: daim qanda insulin səviyyəsini yüksəldir, mədəaltı vəzi yükləyir. Əksər qızlar üçün bu gün cazibədar bədən quruluşuna malik sağlamlıq vəziyyətindən daha vacibdir.

Bəzi qidaların uğursuz birləşməsi, məsələn karbohidratlar və proteinlər, İM problemini daha da artıra bilər?

İnsulin müqavimətində məhsulların uyğunluğu o qədər də vacib deyil. Ən vacibi odur ki, yemək yeyərkən mədəaltı vəzi yükləməmək üçün eyni zamanda bir çox fərqli qidanı qarışdırmamağa çalışın. Əks təqdirdə, hər hansı bir qida pis həzm edilərək bədən tərəfindən udulduğu zaman ferment çatışmazlığı probleminə səbəb olacaq.

Bu problem sizi ahıl yaşdan əvvəl narahat etməməlidir. Təəssüf ki, qeyri-sağlam qidalanma nəticəsində 30 yaşlı gənclərdə ferment çatışmazlığı artır.

Sürətlə həzm olunan karbohidratlar, meyvə və xəmir xörəkləri, qlisemiya və insulin göstəriciləri də daxil olmaqla yüksək şəkər tərkibli qidalar insulin müqaviməti problemini kəskinləşdirir.

Arıqla bilməyənlərin əsas səhvi

- Yağların karbohidratlardan daha vacib olduğunu demək olar?

- Yağlı qidalar qəbul edildikdən sonra qandakı insulinin səviyyəsi yüksək karbohidratlı yeməklərdə olduğu kimi çox yüksəlmir. Ancaq bədənin bütün qidalara ehtiyacının olduğu unudulmamalıdır, bir məhsulun artıqlığı və ya olmaması bizim üçün zərərlidir. Yağlı məhsullarla qidalanmaq keto pəhrizinə yaxındır. Şəxsən mən arıqlamaq üçün bu funksional pəhrizə qarşıyam.

Genetik olaraq, hamımız fərqliyik: kimdəsə yağların maddələr mübadiləsi pozulur, kimdəsə karbohidratların. Odur ki, düzgün rasionun hazırlanmasında bədənin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Hər kəs üçün universal ideal pəhrizin olmadığına inanıram. Ancaq bəzi qidalanma tövsiyələri var:

Gününüzü kompleks çox az karbohidrat, protein-yağlı səhər yeməyi ilə başlayın. Məsələn: avokado və yumurtanı qarabaşaq yarmasından bişirilən çörəklə yeyə bilərsiniz. Belə səhər yeməyi şirniyyat və tortlara olan istəyi tədricən azaldır. Günə süd, meyvə və südlü müsli yeyərək başlasanız, qandakı insulinin səviyyəsini çox artıracaq, bu məhsullar aclıq hissini artırır, şirniyyatlara can atırsınız.

Süd və qlüten tərkibli məhsulları aradan qaldırın və ya ciddi şəkildə məhdudlaşdırın. Əgər heç bir halda çörəkdən imtina etmək istəmirsinizsə, onda qlüten, laktoza, kazein dözümsüzlüyünü yoxlamaq üçün müayinədən keçin. Həm də genetik testdən keçməyi məsləhət görürəm.

Şəkər, şərbət və digər qatqı maddələrinin istifadə olunduğu bütün məhsullardan uzaq durun. Gündə 2-3 ədəd meyvə ilə kifayətlənin. Bu, sağlamlığınızı artırmaqla yanaşı, dərinizin cavanlığını da artıracaq: kollagen, elastin şəkərə çox həssasdır.

Gündə 3 dəfə yemək yeyin!

Hər yeməyə göyərti və yaşıl tərəvəz salatı əlavə etmək məsləhət görülür, gündə 2 porsiya salat yeyin.

Aktivliyin səviyyəsindən asılı olaraq yeyilən karbohidratların miqdarını normallaşdırın: məsələn, oturaq iş rejimində çalışırsınızsa, yalnız səhər yeməyində bir neçə mürəkkəb karbohidrat yemək kifayətdir, nahar və şamda qarnir olaraq sadəcə meyvə və tərəvəz seçin. Aktiv həyat tərziniz varsa, o zaman karbohidratlara daha çox icazə verilir.

İdman İM probleminin öhdəsindən gələ bilərmi?

Bəli! Birmənalı olaraq. İdman hüceyrələrin insulinə həssaslığını artırır. Ancaq ən başlıcası, nizamlı güc məşqləri ilə bədən keyfiyyəti, əzələ və yağ kütlələrinin nisbəti daha yaxşı hala gəlir.

publika.az

Səslərin sayı: 0
2
764
loading...
Şərhlər
Offline
Iceberg
Arıqlaya, qida asılılığından və sellülitdən qurtula bilmirsinizsə, daimi aclıq hissini boğursunuzsa, ciddi sağlamlıq probleminiz ola bilər.
9 noyabr 2019 12:14
imza: shafaabdulla.blogspot.com
Offline
aysel hesenli
enerjinin olmaması, yorğunluq hissi


Məni deyir

enerjinin olmaması, yorğunluq hissi


Məni deyir
8 noyabr 2019 20:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Добрый день Советую не реклама До скорого!
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем здравствуйте. Боялась заказывать за за % оплату. Но все прекрасно. До Твери шла ровно 3 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна труба была без дырок для монтажа к стене, пришлось сверлить самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
  • 88 yaşlı modelin cavanlıq şəkilləri

    Qız balerina karyerası qurmaq xəyalları ilə yaşayırdı, amma revmatizm bu xəyallara son qoymuşdu.
  • Evdə uşaqlarla oynaya biləcəyiniz 2 oyun

    Heykəllərin ən sevimlisi, ən sevinclisi, ən qorxulusu hazırlamaq istədiyini bildirər.
  • Fahriye və Burak cütlüyün oğlu Karan-FOTO

    Ay Allah maşallah atasına oxşuyur
  • Məşhurlar makiyajsız necə görünür?

    Məşhurların makiyajsız necə göründüyünə şəkillərdə şahid ola bilərsiniz. Ən çox kimə təəccübləndiniz?
  • 2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO

    Universitetdə işləyən qadın ölümündən 8 il sonra dəfn edilib.
  • İkibaşlı pişik doğuldu - FOTO

    Mutasiya səbəbindən körpə pişik nəfəs almaqda çətinlik çəkir. Lakin sahibi onu sağlam həyata qaytarmaq üçün əlindən gələn hər şeyi edəcəyini bildirib
  • 23:39 - Müəllif: JoejekRU
    Hüquqşunas məsləhəti (373)

    Hüquqşunas məsləhəti

    I am the lead web developer for the E-mail Extractor and Internet Search Engine Harvester by Creative Bear Tech. Essentially, this online search engine scraper can scrape many of the search engines, including Google, Bing, AOL, Yandex along with social media channels like Facebook, Instagram, Twitter, LinkedIn, Yellow Pages, Google Maps and a whole lot more. I feel it will be a lot easier if you browse through the full manual at https://blockchainlifemag.com/2019/05/21/guide-email-extractor-and-search-engine-scraper-by-creative-bear-tech. The computer software is not official yet, but as soon as it is, it will be accessible on https://creativebeartech.com We are presently beta testing the application and seeking beta tester and software reviewers. You will get the complete licence key for the software and can even scrape B2B contact details for your own niche. If interested, please give me a shout on Facebook https://www.facebook.com/Creative-Bear-Tech-2284249764963533/or just respond to this thread.
  • Yeni il şənliyi üçün don tövsiyələri

    Yeni il gecəsinin bəzəyi qırmızı rəngidir. Seçiminizə görə qırmızı donla göz oxşaya bilərsiniz.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!