Blake Lively, 25 Avqust 1987 tarixində ABŞ-ın Kaliforniya ştatında dünyaya gəlmişdir. Valideynləri Ernie və Elanie Lively cütlüyü akyor olduğundan,ailədəki 5 uşağın sonuncusu olan Lively , ailəsinin digər bütün üzvləri kimi aktyorluq peşəsini seçməyi qərara aldı.
Hələ çox kiçik olduğu dövrlərindən ana-atasının uşaqlarını baxıcıya etibar etməmələri səbəbiylə, onlarla birlikdə aktyorluq kurslarına gedən Lively , bu sayədə kiçik yaşlardan etibarən aktyorluğun bütün xırdalıqlarını öyrənməyə başladı.
Burbank Liseyindən məzun olan Lively, Standford Universitetinə girmək istəyirdi. Lakin son anda bu qərarından imtina edərək aktirisa olmağa qərar verdi. Hələ də universitet oxumaq həsrətini qəlbində saxlayan gənc aktirisa, Gossip Girl serialının çəkilişlərindən sonra yenidən bu barədə düşünmək fikrindədir.
Aktyorluğa ilk olaraq 1998-ci ildə "Sandmande" filmində kiçik roluyla başladı; atasının filmin rejissoru olması, ona bu rolu almaqda çətinlik yaratmadı. Onun ardından yeddi il boyunca heç bir filmdə rol almayan Lively, 2005-ci ildə Ann Brasharesin eyni adı daşıyan məşhur romanından uyğunlaşdırılan filmi The Sisterhood of the Traveling Pantsda America Ferrera və Amber Tamblyn ilə birlikdə rol aldı.
2006-cı ildə komediya filmi Acceptedda Justin Long ilə birlikdə baş rolları paylaşan Living , eyni il qorxu filmi Simon Saysedə kiçik bir rolla pərəstişkarlarının qarşısına çıxdı.
2007-ci ildə Elvis and Anabelle , gənc aktrisanın ilk baş rol təcrübəsi oldu. Filmə adını verən iki xarakterdən blumia xəstəsi Anabeli canlandıran Lively, rolu üçün arıqlamaq məcburiyyətində qaldı.
CW kanalında , 2007 sentyabrında göstərilməyə başlanan gənclər üçün serial Gossip Girl, Blake Livelynin beynəlxalq şöhrəti gətirdi. Ölkəmizdə də göstərilən Gossip Girl, gənc aktrisanı Holywoodun ən çox pul qazananlarından birinə çevirdi.
Gossip Girl serialıyla birlikdə öz şəxsi həyatı da maqazin jurnalistləri tərəfindən serialdakı xarakterlərə bənzər bir şəkildə araşdırılan , gözəl aktirisa, 2007-ci ildən bu yana serialda birlikdə oynadığı gənc aktyor Penn Badgley ilə birlikdə sevgili oldular.
2009-ci ildə , Maxim jurnalı tərəfindən edilən sorğu nəticəsində Hot 100 siyahısında 33-cü sırada göstərilən Lively, Gossip Girl serialının nəşrə girdiyi 2007-ci ildən bu yana Cosmo Girl, Teen Vogue , Vanity Fair və Rolling Stone kimi bir çox jurnalların üz qabığını bəzədi.
Blake Lively, digər adı Serena Van Der Woodsen . Heyranlıqla izlədiyimiz Gossip Girl serialının ərköyün , şıltaq amma bir o qədər də , yaxşı insan olmaq istəyən və yaxşı işlərə səy göstərən bir modabazıdır.Blake Livelyni biz Van Der Woodsen kimi tanıdıq,yalnız serialdakı qəşəngliyi ilə deyil Blake Lively olaraq gündəlik həyatındakı və qırmızı xalçadakı gözəlliyi, qəşəngliyi və gözəl gülüşü ilə də moda dünyasının moda ikonu oldu.
Christian Louboutin onun adına "The Blake" adlı ayaqqabını hazırladı. Blake Lively dəvətlərdə Karl Lager ilə tez-tez görünürdü . Marchesanın ən gözəl paltarlarını o qırmızı xalçada geyinib göstərirdi.
Blake Lively stili
Blake Lively uzun qıçları, gözəl gülüşü və tam özünə inamı ilə moda ikonu olmağı son dərəcə layiqdir.Aksessuarlarını və makiyajını qətiliklə çox şişirtməyən , paltarı uyğunlaşdıra bilən və özünə çox yaraşdıran Blake Livelye hərdən kiçik səhvlər etsə də
qətiliklə günümüzün yaşayan ən əhəmiyyətli moda ikonlarından biridir.
Blake Lively yalnız qırmızı xalçada deyil, eyni zamanda gündəlik geyim stili ilə də çoxuna nümunə olan bir ikondur.
Blake Livelyinin saç stili
Moda ikonu Blake Lively uzun sarı saçlarına qulluq etməyi çox sevir.Hər zaman yüngül dağınıq,ilk baxışdan baxımsız görünən saçlarını ən sadə paltarlarında ən vurğulayıcı aksessuar olaraq istifadə etmənin sirrini çox yaxşı bilir bu modanın gözəl sarışını .Heç vaxt möcüzəvi təbəssümünü üzündən əskik etmir .
Blake Livelynin saç stili qətiliklə ən çox axtarılan saç stilləri arasındadır. Çünki həqiqətən çox təəccüblü və gözəl saç stili ilə qarşımıza çıxır Blake Lively .
XƏBƏR LENTİ
Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu
Bəlkə lazımınız olar
Evlilikdə maddiyyat
Putindən İlham Əliyevə təbrik
İngilis dili-Nn
Xəzəri Bakıda böləcəklər
Armudun faydaları
HAVA necə olacaq?
"Taxt oyunları"nın aktrisası hər kəsi QORXUTDU-FOTO
HAVA necə olacaq?- 11 MART
Bir-birini başa düşməyən ailənin yükünü kim çəkir?
Soyuqdəyməyə qarşı nə etməliyik?
Çağırılmamış qonaq futbol oyununa müdaxilə etdi - VİDEO
“Samsung” parçalana bilər
Səyahət - Yunanıstan
Yuxular bizə nə deyir?
Dünyanın ən gözəl polis zabiti
Cem Yılmaz Defne ilə barışdı?-FOTO
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hay-küylü "Lavrov planı"nın nəticəsiz sonu
Yolda qalan birinə yardım etdi, həyatı dəyişdi
Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
“Qalatasaray” klubunun futbolçuları COVID-19-a yoluxub
Qadin.Net-lilər bu il görüşəcəkmi? (görüş keçirildi)
Apple hələ də liderdir
1 həftəyə qarındakı yağları necə əritməli?
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə iştirak etdilər-FOTO
17 illik rəfiqələr bacı olduqlarını öyrəndilər-FOTO
Bəlkə bir şans verək?
Monica Beluccidən gözəllik sirrləri
Bakı metrosunda dəhşətli qəzadan 20 il keçir
FRANCE-24 Ağdam haqqında: “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - VİDEO
Rus Dili dərs-6
Ən effektli və sağlam pəhriz
Meksika mətbuatında işğalçı Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc olunub
Pul elə yerdən çıxdı ki...
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Qadınların dostu naringi
Məşhur ulduz öldü
ÜST ümidini kəsdi: "Həll yolu tapa bilmədik, uzun müddət..."
Nazirlikdən sosial şəbəkələrlə bağlı - AÇIQLAMA
"Hercai"nin məşhur ulduzu erməni imiş-FOTO
Şəhərlər üçün superkompüter
102 yaşında doktor oldu
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Musiqi səhnələri ilə yadda qalan filmlər
FİFA prezidenti koronavirusa yoluxub
Günün qoroskopu: Aldanmayın!
D vitaminli su hazırlanıb
- ŞƏRHLƏR