Qadin.NET / Blake Lively

Blake Lively

Blake Lively, 25 Avqust 1987 tarixində ABŞ-ın Kaliforniya ştatında dünyaya gəlmişdir. Valideynləri Ernie və Elanie Lively cütlüyü akyor olduğundan,ailədəki 5 uşağın sonuncusu olan Lively , ailəsinin digər bütün üzvləri kimi aktyorluq peşəsini seçməyi qərara aldı.
Hələ çox kiçik olduğu dövrlərindən ana-atasının uşaqlarını baxıcıya etibar etməmələri səbəbiylə, onlarla birlikdə aktyorluq kurslarına gedən Lively , bu sayədə kiçik yaşlardan etibarən aktyorluğun bütün  xırdalıqlarını   öyrənməyə başladı.
Burbank Liseyindən məzun olan Lively, Standford Universitetinə  girmək  istəyirdi. Lakin son anda bu qərarından imtina  edərək aktirisa   olmağa qərar  verdi. Hələ də universitet oxumaq həsrətini qəlbində saxlayan gənc aktirisa, Gossip Girl serialının çəkilişlərindən sonra yenidən bu barədə düşünmək fikrindədir.

Aktyorluğa ilk olaraq 1998-ci ildə "Sandmande" filmində kiçik roluyla başladı; atasının filmin rejissoru olması, ona bu rolu almaqda çətinlik yaratmadı. Onun ardından yeddi il boyunca heç bir filmdə rol almayan Lively, 2005-ci ildə Ann Brasharesin eyni adı daşıyan məşhur romanından uyğunlaşdırılan filmi The Sisterhood of the Traveling Pantsda America Ferrera və Amber Tamblyn ilə birlikdə rol aldı.

Blake Lively

2006-cı ildə komediya filmi Acceptedda Justin Long ilə birlikdə baş rolları paylaşan Living , eyni il qorxu filmi Simon Saysedə kiçik bir rolla pərəstişkarlarının qarşısına çıxdı.
2007-ci ildə Elvis and Anabelle , gənc aktrisanın ilk baş rol təcrübəsi oldu. Filmə adını verən iki xarakterdən blumia xəstəsi Anabeli canlandıran Lively, rolu üçün arıqlamaq məcburiyyətində qaldı.
CW kanalında , 2007 sentyabrında göstərilməyə başlanan gənclər üçün serial Gossip Girl, Blake Livelynin beynəlxalq şöhrəti gətirdi. Ölkəmizdə də göstərilən Gossip Girl, gənc aktrisanı Holywoodun ən çox pul qazananlarından birinə çevirdi.

Blake Lively

Gossip Girl serialıyla birlikdə öz şəxsi həyatı da maqazin jurnalistləri tərəfindən serialdakı xarakterlərə bənzər bir şəkildə araşdırılan , gözəl aktirisa, 2007-ci ildən bu yana serialda birlikdə oynadığı gənc aktyor Penn Badgley ilə birlikdə sevgili oldular.
2009-ci ildə , Maxim jurnalı tərəfindən edilən sorğu nəticəsində Hot 100 siyahısında 33-cü sırada göstərilən Lively, Gossip Girl serialının nəşrə girdiyi 2007-ci ildən bu yana Cosmo Girl, Teen Vogue , Vanity Fair və Rolling Stone kimi bir çox jurnalların üz qabığını bəzədi.

Blake Lively

Blake Lively, digər  adı  Serena Van Der Woodsen . Heyranlıqla izlədiyimiz Gossip Girl serialının ərköyün , şıltaq amma bir o qədər də , yaxşı insan olmaq istəyən  və yaxşı işlərə  səy  göstərən  bir  modabazıdır.Blake Livelyni biz Van Der Woodsen kimi tanıdıq,yalnız serialdakı qəşəngliyi ilə deyil Blake Lively olaraq gündəlik həyatındakı və qırmızı xalçadakı gözəlliyi, qəşəngliyi və gözəl gülüşü ilə də moda dünyasının moda  ikonu  oldu.
Christian Louboutin onun adına "The Blake" adlı ayaqqabını hazırladı. Blake Lively dəvətlərdə Karl Lager ilə  tez-tez  görünürdü . Marchesanın ən gözəl paltarlarını o qırmızı xalçada geyinib göstərirdi.

Blake Lively
Blake Lively

Blake Lively stili

Blake Lively uzun qıçları, gözəl gülüşü və tam özünə inamı ilə moda ikonu olmağı son dərəcə layiqdir.Aksessuarlarını  və makiyajını qətiliklə çox şişirtməyən , paltarı uyğunlaşdıra bilən və özünə çox yaraşdıran Blake Livelye hərdən kiçik səhvlər etsə də

qətiliklə günümüzün yaşayan ən əhəmiyyətli moda ikonlarından biridir.

Blake Lively
Blake Lively
Blake Lively
Blake Lively

Blake Lively yalnız qırmızı xalçada deyil, eyni zamanda gündəlik geyim stili ilə də çoxuna nümunə olan bir ikondur.

Blake Livelyinin saç stili

Moda ikonu Blake Lively uzun sarı saçlarına qulluq etməyi çox sevir.Hər zaman yüngül dağınıq,ilk baxışdan baxımsız görünən saçlarını ən sadə paltarlarında ən vurğulayıcı aksessuar olaraq istifadə etmənin sirrini çox yaxşı bilir bu modanın gözəl sarışını .Heç  vaxt möcüzəvi  təbəssümünü üzündən əskik etmir .
Blake Livelynin saç stili qətiliklə  ən çox axtarılan saç stilləri arasındadır. Çünki həqiqətən çox təəccüblü və gözəl saç stili ilə qarşımıza çıxır Blake Lively .

Blake Lively
Blake Lively
Blake Lively
28 mart 2016
GO BACK