İş həyatında inqilab etmək doğrudan da yaşa, cinsə, maddi və sosial vəziyyətdə baxmır. Yetər ki, istedad, vəziyyəti düzgün qiymətləndirmək bacarığı olsun. Və əlbəttə ki, gözqamaşdırıcı şöhrətə, zənginliyə mənəvi cəhətdən hazır olmaq da lazımdır. Bu baxımdan dünyanın ən məşhur alt paltarı markası hesab olunan “Victoriyanın sirri”nin yaradıcısı Roy Raymondun həyatı riskli, eyni zamanda sirli dünyadan xəbər verir.
Hər şey həyat yoldaşına sürpriz olsun deyə ona alt paltarı hədiyyə almaq üçün getdiyi bir maqazindən başladı. O zamanlar hələ kiçik iş adamı olan Raymond o qədər qadın arasında tək kişi olaraq dolanıb alt paltarı almaqdan utanırdı. Hətta satıcılardan da nəsə soruşmağa çəkinir və hamının ona baxdığını zənn edirdi. Özü ilə eyni vəziyyətdə olan, yəni xanımına alt paltarı alarkən utana biləcək başqa kişilərin də olduğunu fikirləşdiyi an... Elə həmin vaxt ağlına parlaq bir ideya gəldi; Şəxsi alt paltar markasını yaratmaq! Amma özündən əvvəl formalaşmış “Alt paltarı sadə olmalıdır” fikrinin ziddinə gedərək, Raymond düşünürdü ki, alt paltarları bəzəkli, seksual və gözqamaşdırıcı olmalıdır. Eynilə İngiltərə kralıçası Victoriyanın vaxtında olan alt paltarları kimi.
Elə markanın adı da Victoriyanın şərəfinə-“ Victoria's Secret” yəni “Victoriyanın sirri” olacaqdı.
Bu fikrini dəqiqləşdirən Raymond 1977-ci ildə Stanford biznes mərkəzində birinci mağazasını açır. İlkin sərmayə 80 min dollar təşkil edirdi ki, bunun 40 minini bankdan, qalan 40 mini isə qohumlarından borc almışdı. Əvvəllər o qədər də iddialı olmayan Raymond sonralar qüsursuz manikenləri öz markasına sima seçirdi. Şirkət fəaliyyətə başladığı ilk il nə az, nə çox düz 500 min dollar gəlir əldə etdi... Bundan cəsarətlənən biznesmen daha 3 mağaza açdı və kataloqlardan sifarişlər almağa başladı. 1982-ci ildə isə artıq “Victoriyanın sirri” 6 maqazində rəqib tanımırdı... Şirkət ildə 6 milyon dollar qazanırdı.
Elə bu vaxtlar hər şey birdən-birə dəyişdi, çünki Başgicəlləndirən uğur və zənginlik Raymondu düzgün qərarlar vermək yolundan yayındırırdı. O,”Victoriyanın sirri”ni 4 milyon qarşılığında başqa iş adamına (“The Limited”in sahibi Leslie Vexnerə) satıb özünə uşaq paltarları mağazasını açdı. Amma bu dəfə “Victoriyanın sirri”nin uğuru təkrarlanmadı, şirkət 2 il sonra tamamilə iflas etdi... Raymondun sürətli başlayan uğuru sirli şəkildə sona çatdı. Və keçmiş biznesmen 1993-cü ildə özünü 67 metr hündürlükdəki Golden Cate körpüsündən atdı... Bu vaxt onun 47 yaşı var idi... Müasir dövrün ən cəlbedici alt paltar markasının sahibinin meyidi 1 həftə sonra tapıldı. Raymondun ölümü haqqında müxtəlif şayələr dolansa da əsl səbəb hələ də sirr olaraq qalır. Amma şirkət yeni sahibinə uğurlu gəldi; Onsuz da varlı olan Leslie Vexner dəfələrlə dünyanın ən zəngin iş adamı seçildi, məhz “Victoriyanın sirri”nin hesabına...
“Victoriyanın sirri” ən məşhur manikenlər üçün çox vacib mərhələ hesab olunur. Bir dəfə belə olsun bu markanın sərgisində yer almaq, yaxud kataloquna çıxmaq digər güclü firmaların diqqətini çəkməyə və ildə milyonlarla dollar qazanmağa yol açır. Amma markanın üzü olmaq heç də asan məsələ deyil. Bunun üçün sadəcə gözəl olmaq kifayət etmir. Boyu ən azından 1.76 sm, 18 yaşında kiçik, 30 yaşından böyük olmamaq şərtilə, ABŞ vətəndaşı olmaq, İngiliscə səlis danışmaq, səhhətində heç bir problem olmamalı, ”Victoriyanın sirri” şirkətində işləyənlərlə heç bir yaxınlığı olmamalı, həbsxanaya düşməməli və s. və i.
Adrian Lima, Gisele Bundchen, Heidi Klum, Marisa Miller, Noemi Lenoir, Izabel Goulart, Miranda Kerr, Selita Ebanks, Angela Lindvall, Alessandra Ambrosio və b.bu baxımdan şanslı manikenlərdir.
XƏBƏR LENTİ
Bitkilərə həşərat geni köçürüləcək - TƏHLÜKƏLİ kəşf
Selin Dion geyimi ilə HEYRƏTLƏNDİRDİ-FOTO
Xəstələri özəl klinikalara çağıran həkimlər...
MN: "Tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun"
Kondisioner işlədən HƏR KƏS BİLMƏLİDİR - Sətəlcəm olmaq istəmirsinizsə...
"Heydər Əliyev onun barəsində deyirdi ki..."
Göz ətrafını canlandırmağın yolları
İt dişləməsində ilkin yardım
Zəlimxan Yaqubun səhhəti pisləşdi
Bakının mərkəzində "yenilik": axı belə istəmirdik
Uşaqlarda hisslərə nəzarət
Təbii doğuşun faydası
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Azərbaycanda bölgələrin əfsanələri üzrə turizm marşrutları yaradılır
Yemək dəstləri
Ərəb rəqsinin texnikası
Ata sevgisi
Alyaskada sunami təhlükəsi elan edilib, əhali təxliyə edilir
Sən kimsən? (Test)
Hava haqqında - 16.02.2014
Uşaqlarımıza ən faydalı oyuncaqlar
91 yaşında İnstaqram fenomenidir - FOTO
Bürcünüzə görə necə bir həyata ehtiyacınız var?
Vineqret (foto resept)
Hazal Kayanın HAMİLƏLİK xəbərləri yayıldı
Rubl və neft yenidən düşür
Sarkisyan köməkçisini tutdurur
Gəlin ki, olmuşam...
Cennifer Lopezin yeni obrazı - FOTO
Badımcandan bol-bol istifadə edin
Ozan Güvəndən ilk açıqlama-FOTO
Məsum və məhkum
Koronavirusa qalib gələn ilk ölkə məlum oldu
Sağlamlığa faydalı çaylar
Azərbaycan yol polisi sürücülərə xəbərdarlıq etdi
HAVA necə olacaq?
Disney qəhrəmanları 2017-ci ildə yaşasaydı...
Qapanma ilə bağlı əldə edilən nəticələr nə zaman bəlli olacaq?
Wi-Fi şüalarının insan orqanizminə hansı təsirləri var?
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
95 milyon "özbaşına" maşın
Ermənilər yaşayış evlərini atəşə tutdular
Corc Floydun ailəsinə yardım fonduna 13 milyon pul köçürüldü
Uşağa şəxsiyyət vəsiqəsi verilmir – SƏBƏB
İstismar müddətini başa vuran avtobuslar yığışdırılır
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)
İranda şok cəza
Burak Fahriyəyə 1 milyonluq hədiyyə bağışladı-FOTO
Psixiatr gərginliyi azaltmaq yolunu açıqladı: “Bunu etsəniz...”
- ŞƏRHLƏR