İndi onsuz mümkün deyil. Qısa, qara don! Hər bir zövqlü xanımın qarderobunda mütləq qısa qara donu var. Necə oldu ki, bu geyim moda dünyasına daxil oldu? Necə oldu ki, qısa, qara don qarderobumuzda birinci oldu?
Qara donun yaranma tarixinə nəzər salaq.
Hər kəsə məlum olsun ki, populyar, qısa, qara donun yaranma tarixi moda dünyasinda 1 oktyabr 1926-cı il hesab olunur. Bu tarixdə ilk dəfə olaraq "Vogue" jurnalında Coco Chanel hazırladığı qara ipək paltarı təqdim etmişdir.
Coco Chanel və onun qısa, qara donu - 1926-cı il
Qeyd etmək lazımdır ki, bu ilə kimi də qara don uzun tarixi inkişaf yolu keçmişdir.
E.Ə. 3060-3000 il
Misirdə qara rəng ölüm və axirət Allahı Anubisin rəsmi rəngi hesab olunurdu. Bunu misirlilər başı qara canavar olan adam kimi təsvir edirdilər. Məhz Misirdə dəfn mərasimlərinə qara paltar geyinmək ənənəsi meydana gəlib. Bununla da onlar düşünürdülər ki, Anubisin şərəfinə geyilən qara libas ölən kəsin axirət dünyasında rahatlığına səbəb olacaq. Bu ənənə qədim yunan və romalılırda da mövcud idi. Dəfn mərasimi hora nigra və ya qara saat adlandırılırdı.
Misir ölüm Allahı Anubis
Bizim eranın 400-700-cü illəri
Eramızın ortalarında çox insanlar qara libas geyinməyə çəkinirdilər. Qara rəngin iblisə məxsus olduğunu düşünür və onun bədbəxtçilik gətirdiyinin zənn edirdilər. Qara geyimi cəmiyyətdən qovulmuş və cinayət işləmiş insanlar geyinirdi. Digərlərində bu rəng qorxu yaradırdı. Belə ki, məhz bu dövrlərdə insanlar qara pişik və qara qarğanı qorxu və uğursuzluq simvolları hesab edirdilər.
XI-XVI əsrlər
Birinci minilliyin əvvəlləri Romada qara paltarların "reablitasiyası", yəni "bərpa" dövrü başladı. Getdikcə insanlarda qara paltar qorxusu aradan qarlxdı. İlk vaxtlar qara paltarları monarxlar, rahiblər və din xadimləri, cəngavərlər geyinməyə başladılar. XIV əsrdə qara libas yüksək təbəqə nümayəndələrinin qarderobuna daxil olmağa başladı. Artıq qara libasları siyasətçilər, varlı tacirlər və bankirlər geyinirdi.
Qara rəng eyni zamanda tarixi faciə və dram təcəssüm etdirən rəsm əsərlərinin əsas rənginə çevrildi. Bu zamanlar Çində qara rəng varlıların simvolu hesab olunurdu.
XVII-XVIII əsrlər
17-ci əsrin sonlarında qara libas magiya rəngi hesab olunmağa başladı. Hətta qara rəngli heyvanlar belə cadugərlərin pis əməllərinin məhsulu kimi qiymətləndirilirdi. Qara libaslar yenidən yas mərasimi paltarlarına çevrildi. Əri ölmüş dul qadın bir il ərzində heç bir bəzək əşyası olmadan qara libas geyinməli idi. 1 ildən sonra ona güpürü olan qara libaslar geyinməyə icazə verilirdi. Katolik kilsələrində qara rəngin əhəmiyyəti böyük idi. Lakin qara paltarı ağ kantlar tamamlamalı idi.
Fransa kralı IV Henri 1610
Salisbur qrafinyası Marqaret Paul XV əsr
Orta əsr paltar modeli
Qara Çin kimanosu
XVIII-XIX əsr
XVIII ərsdə poeziya hesabına qara rəng sirrlər rəngi hesab olunmağa başladı. Texnologiyanın inkişafı və rənglərin əlavə olunması ilə qara libaslar istisnasız hər bir kəsin geyə biləcəyi geyimlərə çevrildi.
XX əsr
Beləliklə qara paltarlarda inqilab 1926-cı ildə Coco Chanellə başladı. Poul Poire (Fransanın yüksək səviyyəli moda yaradıcısı) Coconun geyimini cənazə geyimi adlandırdı. Qeyri-peşəkar jurnalist isə geyimi Ford markası maşınları ilə müqayisə etdi. Artıq 30-cu illərdə kiçik qara paltar Elsa Schiaparellinin simasında moda dünyasında öz sözünü demiş oldu. 40-50-ci illərdə bütün xanımlar böyük həvəslə qara libaslar geyinməyə başladılar. Kiçik qara donu Merlin Monro, Odri Hepberin, Tviqqi, Cin Şriptoun, Ceyn Birkin, Madonna qara, qısa don geyən məşhurlar idi.
Odri Hepberin
XIX əsr - bizim era
İldə 2 dəfə olmaqla rənglərin harmoniyası dəyişir. Bu zaman pastel rənglər daş-qaşla zəngin olan al-əlvan ənglərlə bir-birini əvəz edir. Dizaynerlər üçün qara rəng heykəltəraşın gili kimidir. O, bundan həm klassik, həm də avanqard, idman və ziyafət, rok və romantik kimi üslublarda modellər hazırlaya bilər. İndi bütün moda ustaları öz kolleksiyalarında qısa, qara donlardan istifadə edirlər.Onların bəzilərinə nəzər salaq.
Aleksandra Üvanq yaz-yay kolleksiyasi 2013
Ralf Lauren yaz-yay kolleksiyasi 2013
Valentino yaz-yay kolleksiyasi 2013
Bəs siz qara, qısa donu necə qiymətləndirirsiz?
XƏBƏR LENTİ
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Fərqli kitab rəfləri
Həftənin ilk iş gününün HAVASI
2019 Bahar Trendləri
Xankəndinin işğalından 25 il ötür
Kriştiano Ronaldonu koronavirusa görə karatinə aldılar - Şok
2017-ci ildə övlad sevinci yaşayan məşhurlar
Dünyada yeni böhran başlandı
"Brexit" Azərbaycana təsir edəcəkmi?
Yuxularımız bizə nə deyir?
Obyektivlik hissindən məhrum olan müxalifətin acı taleyi
Məktub 107 il sonra çatdı
Yasin Quliyev ödənişsiz təhsil alacaq
Günün qoroskopu: qətiyyətli və inadkar olsanız...
Şəkər tozu ilə pilinq
Düşmən hərbi kolonu darmadağın edildi - VİDEO
Təyyarədə utandı, 96 kq arıqladı - FOTO
Jurnalist olmaq istəyənlərin diqqətinə!
Kişilər və pişiklər
Rekordlar kitabına düşmək 3 ilini aldı - FOTO
Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib
İspan dili 17-ci dərs
Telefonla çəkdiyi şəkil övladını ölümdən xilas etdi - FOTO
Salma Hayek niyə üzünü yumur?-SƏBƏB
Ünsiyyət üçün sözlərə ehtiyac olmadığını göstərən illustrasiyalar
Sinəsini böyütmək istədi beyni iflic oldu-FOTO/VİDEO
"Samsung" bazara "iWatch"a rəqib məhsul buraxacaq
Baş ağrısı və Miqren
Çayın zərəri də var
Məşhur müğənninin səsi batdı
Cinsi MIF-lər nədir?
Aşağı maaş Azərbaycanın imicinə mənfi təsir edir
Acundan AÇIQLAMA-FOTO
2012-nin ən dəbli gəlinlik kolleksiyası
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
Sabahın HAVAsı
Trilioner oldu, sevinci çox çəkmədi
Şüşədə buzlu naxışlar
Azərbaycanlı zəvvarların ilk qrupu qayıtdı
Şirniyyat gəlincikləri
İsveçdən Ermənistana xəbərdarlıq
"ABŞ-dan dəstək gözləmirəm"
Britaniyalılar "Qızıl Top"un qalibini müəyyənləşdirdilər
Sabah 26920 nəfər biliyini sınayacaq
28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO
Bekhem Ailəsi qınandı-SƏBƏB
9 illik gəlinə kişi olduğunu dedilər
Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR
Sağlam dərinin sirri
Qarabağın yalnız bir həlli yolu var
- ŞƏRHLƏR