Qadin.NET / Qara donun tarixi haqqında

Qara donun tarixi haqqında

İndi onsuz mümkün deyil. Qısa, qara don! Hər bir zövqlü xanımın qarderobunda mütləq qısa qara donu var. Necə oldu ki, bu geyim moda dünyasına daxil oldu? Necə oldu ki, qısa, qara don qarderobumuzda birinci oldu?

Qara donun yaranma tarixinə nəzər salaq.

Hər kəsə məlum olsun ki, populyar, qısa, qara donun yaranma tarixi moda dünyasinda 1 oktyabr 1926-cı il hesab olunur. Bu tarixdə ilk dəfə olaraq "Vogue" jurnalında Coco Chanel hazırladığı qara ipək paltarı təqdim etmişdir.

Qara donun tarixi haqqında

Coco Chanel və onun qısa, qara donu - 1926-cı il

Qeyd etmək lazımdır ki, bu ilə kimi də qara don uzun tarixi inkişaf yolu keçmişdir. 

E.Ə. 3060-3000 il

Misirdə qara rəng ölüm və axirət  Allahı Anubisin rəsmi rəngi hesab olunurdu. Bunu misirlilər başı qara canavar olan adam kimi təsvir edirdilər. Məhz Misirdə dəfn mərasimlərinə qara paltar geyinmək ənənəsi meydana gəlib. Bununla da onlar düşünürdülər ki, Anubisin şərəfinə geyilən qara libas  ölən kəsin axirət dünyasında rahatlığına səbəb olacaq. Bu ənənə qədim yunan və romalılırda da mövcud idi. Dəfn mərasimi hora nigra və ya qara saat adlandırılırdı.

Qara donun tarixi haqqında

Misir ölüm Allahı Anubis

Bizim eranın 400-700-cü illəri

Eramızın ortalarında çox insanlar qara libas geyinməyə çəkinirdilər. Qara rəngin iblisə məxsus olduğunu düşünür və onun bədbəxtçilik gətirdiyinin zənn edirdilər. Qara geyimi cəmiyyətdən qovulmuş və cinayət işləmiş insanlar geyinirdi. Digərlərində bu rəng qorxu yaradırdı. Belə ki, məhz bu dövrlərdə insanlar qara pişik və qara qarğanı qorxu və uğursuzluq simvolları hesab edirdilər.

XI-XVI əsrlər

Birinci minilliyin əvvəlləri Romada qara paltarların "reablitasiyası", yəni "bərpa" dövrü başladı. Getdikcə insanlarda qara paltar qorxusu aradan qarlxdı. İlk vaxtlar qara paltarları monarxlar, rahiblər və din xadimləri, cəngavərlər geyinməyə başladılar. XIV əsrdə qara libas yüksək təbəqə nümayəndələrinin qarderobuna daxil olmağa başladı. Artıq qara libasları siyasətçilər, varlı tacirlər və bankirlər geyinirdi.

Qara rəng eyni zamanda tarixi faciə və dram təcəssüm etdirən rəsm əsərlərinin əsas rənginə çevrildi. Bu zamanlar Çində qara rəng varlıların simvolu hesab olunurdu.

XVII-XVIII əsrlər

17-ci əsrin sonlarında qara libas magiya rəngi hesab olunmağa başladı. Hətta qara rəngli heyvanlar belə cadugərlərin pis əməllərinin məhsulu kimi qiymətləndirilirdi. Qara libaslar yenidən yas mərasimi paltarlarına çevrildi. Əri ölmüş dul qadın bir il ərzində heç bir bəzək əşyası olmadan qara libas geyinməli idi. 1 ildən sonra ona güpürü olan qara libaslar geyinməyə icazə verilirdi. Katolik kilsələrində qara rəngin əhəmiyyəti böyük idi. Lakin qara paltarı ağ kantlar tamamlamalı idi.

Qara donun tarixi haqqında

Fransa kralı IV Henri 1610

Salisbur qrafinyası Marqaret Paul XV əsr

Qara donun tarixi haqqında

Orta əsr paltar modeli

Qara donun tarixi haqqında

Qara Çin kimanosu

XVIII-XIX əsr

XVIII ərsdə poeziya hesabına qara rəng sirrlər rəngi hesab olunmağa başladı. Texnologiyanın inkişafı və rənglərin əlavə olunması ilə qara libaslar istisnasız hər bir kəsin geyə biləcəyi geyimlərə çevrildi.

XX əsr

Beləliklə qara paltarlarda inqilab 1926-cı ildə Coco Chanellə başladı. Poul Poire (Fransanın yüksək səviyyəli moda yaradıcısı) Coconun geyimini cənazə geyimi adlandırdı. Qeyri-peşəkar jurnalist isə geyimi Ford markası maşınları ilə müqayisə etdi. Artıq 30-cu illərdə kiçik qara paltar Elsa Schiaparellinin simasında moda dünyasında öz sözünü demiş oldu. 40-50-ci illərdə bütün xanımlar böyük həvəslə qara libaslar geyinməyə başladılar. Kiçik qara donu Merlin Monro, Odri Hepberin, Tviqqi, Cin Şriptoun, Ceyn Birkin, Madonna qara, qısa don geyən məşhurlar idi.

Qara donun tarixi haqqında

Odri Hepberin

XIX əsr - bizim era

İldə 2 dəfə olmaqla rənglərin harmoniyası dəyişir. Bu zaman pastel rənglər daş-qaşla zəngin olan al-əlvan  ənglərlə bir-birini əvəz edir. Dizaynerlər üçün qara rəng heykəltəraşın gili kimidir. O, bundan həm klassik, həm də avanqard, idman və ziyafət, rok və romantik kimi üslublarda modellər hazırlaya bilər. İndi bütün moda ustaları öz kolleksiyalarında qısa, qara donlardan istifadə edirlər.Onların bəzilərinə nəzər salaq.

Qara donun tarixi haqqında
Qara donun tarixi haqqında
Qara donun tarixi haqqında

Aleksandra Üvanq yaz-yay kolleksiyasi 2013

Qara donun tarixi haqqında
Qara donun tarixi haqqında
Qara donun tarixi haqqında
Qara donun tarixi haqqında

Ralf Lauren yaz-yay kolleksiyasi 2013

Qara donun tarixi haqqında
Qara donun tarixi haqqında
Qara donun tarixi haqqında

Valentino yaz-yay kolleksiyasi 2013

Bəs siz qara, qısa donu necə qiymətləndirirsiz?

3 mart 2016
GO BACK