Robin Rihanna Frenty 1988-ci il fevralın 20-də ABŞ-da yerləşən kiçik bir ada ölkəsi olan Barbadosun Saint Michael bölgəsində anadan olmuşdur. Rihannanın ailəsi 5 nəfərdən ibarətdir - anası Monica Frenty, atası Ronald Frenty və özündən kiçik qardaşları olan Rorrey və Rajad. Rihanna Charles F.Broome Memorial məktəbini bitirib. Daha sonra ölkənin məşhur məktəblərindən birinə - Combermere məktəbinə daxil olur. Sonralar iki sinif yoldaşı ilə orada ilk musiqi qrupunu yaradır.
2004-cü ildə "Miss Combermere" gözəllik yarışmasında birinci olur və "Combermere məktəbinin rəngləri" festivalında səhnəyə çıxaraq Mariah Careynin "Hero" mahnısını ifa edir. Rihanna ilk böyük addımını hələ 15 yaşındaykən bir dostunun vasitəsi ilə musiqi prodüseri Evan Rogers ilə tanış olmaqla atır. Rogers həmin anda həyat yodaşı ilə istirahət edirmiş. Bacarıqlı produser və onun iş ortağı olan Carl Sturken Rihannanın ilk səs yazılarına kömək etməyə qərar verir.
Rihannanın bu səs yazıları Amerikanın bir çox şirkətinə göndərilmişdi. Bu yazılardan biri də Jay-Z-yə çatmışdı. Jay-z Rihannanı müqaviləyə imza atması üçün "Def Jam Records"la bir araya gətirir.
Rihannanın ilk albomu 30 avqust 2005-ci ildə çıxır. "Music of the Sun" adlı əsər bütün dünyada bəyənilir. Oktyabrın 11-də çıxan "Pon De Replay" mahnısı ona uğur gətirir. Musiqisini Rihanna ilə birlikdə prodüser Carl Sturken və Evan Rogersin bəstələdiyi mahnı uğurlu olsa da, albom məşhur musiqi jurnalı "Rolling Stone"dan ancaq 2.5 xal ala bilmişdi.
Sonralar Rihanna mahnı və klipləri ilə daim gündəmdə qaldı və hələ də qalmaqda davam edir. O, geyimi, cazibədarlığı ilə həmışə diqqət mərkəzində olub. Həmişə rahat geyimlər tərəfdarı olan Rihannanın özünün geyim kolleksiyası var. Hamı tərəfindən çox bəyənilən geyimlərin çoxu idman dəstlərini xatırladır. Rihanna ən çox saç kəsimləri və saç rəngi ilə diqqət mərkəzində olur.
XƏBƏR LENTİ
Səudiyyə Ərəbistanında sel oldu
Mətbəx mebelləri
"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
“Hercai”nin ulduzları səfir seçildilər
Yayda xəstələnməyəsən, o ki xəstələndin...
Sadə makiyaj üçün tövsiyələr
Azərbaycanda yaşayan əcnəbilər koronavirusa yoluxdu - RƏSMİ
Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirildi - FOTO
Disney şəhzadələrin gəlinlik modelləri
Ziyafət geyimləri
Keks peçenyelər (foto resept)
Kitabseverlər üçün kitab rəfləri
"Mən 10 kvadratmetrlik yerdə 1092 gün yaşadım"
Hansı qan növü "xərçəng"ə qarşı davamiyyətlidir - Açıqlama
Ən çox bu avtomobillər oğurlanır
Neil Patrick Harrisin bayram geyimləri
“Euronews” Ağdamı “Qafqazın Xirosiması” adlandırdı – VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Bu ölkədə nəhəng siçan heykəli ucaldıldı - FOTO
Uzun və gur kirpiklərə sahib olun
Magistr olmaq istəyənlərə xəbər var
Qeyri-adi aksesuarlar
Koronavirusun asimptomatik gedişinin səbəbi bəlli oldu
Bir birindən gözəl jiletlər
Sevən şəxsin 8 davranışı
Halvalı keks (foto resept)
Günün ulduz falı
Hava dəyişiklikləri hansı xəstəliklərə yol açır?
Sumqayıta iki mərtəbəli qatarlar
Sabahın HAVASI
Şəffaf eynək dəbi
Çox mənalı video çarx
Mehriban Əliyeva açılışda
HAVA necə olacaq? 13-yanvar
Rəngarəng çanta modelləri
Ucuz ağrıkəsicilər, antibiotiklər apteklərdən niyə və necə “yoxa çıxıb”…
Ramzan Kadırov Zabit Səmədovu Kikboksinq Klubuna rəhbər təyin edib
Azərbaycanda yeni tarixi abidələr aşkarlandı
Cey Lo gözəllik sirrini açdı
Gülməli heyvanlar
DİQQƏT: Azərbaycanda bu cərimələr artırılır
Məşhur alimdən XƏBƏRDARLIQ: 8 ballıq zəlzələ yaxınlaşır
"Madmuazel" salatı (foto resept)
Hazırcavab Molla
Rus dili - Р–Р¶
Yataq paltarları
Sağlamlığınızı onların güdazına verməyin
Ramazanın dördüncü gününün duası
Dadlı tost (foto-resept)
- ŞƏRHLƏR