İlk öncə "nəzakətli kişi" şəxsiyyətinə diqqət edin. Necə olduğu sizi maraqlandırırsa, buyurun:
- həm evdə, həm çöldə xanımının paltosunu tutar, geyinməyinə kömək edər;
- birlikdə yemək yeyərkən heç vaxt qəzet oxumaz (telefon və internetdə fikri qalmaz);
- toyda-nişanda rəqs edərkən, ilk əvvəl ömür-gün yoldaşını rəqsə dəvət edər;
- xanımın geyimi ilə maraqlanıb, çox yaraşdığını tez-tez qeyd edər;
- hər yerdə xanımına yol verər ki, qabağa düşsün;
- qadınına yalnız bayramlarda deyil, heç deyilsə həftədə bir dəfə gül bağışlayar;
- xanımının yanında başqa qadınlara gözucu ilə də olsa baxmaz;
- evdə alt paltarı ilə gəzməz;
- bayıra çıxanda qısaca da olsa, getdiyi yer haqda məlumat verər;
- yeməkdən sonra həyat yoldaşına "sağ ol" deyər;
- ömür-gün yoldaşına həm işindən, həm müxtəlif söhbətlər etməkdən çəkinməz.
İndi isə növbə çatdı biz xanımların nə dərəcədə ''nəzakətli'' olmaqlarına. Baxaq görək - Nəzakət yalnız xanım adıdır, yoxsa həqiqətən ''nəzakətli xanımlar'' var:
- yoldaşının zövqunu geyimində nəzərə alar;
- yoldaşının əşyalarına əl vurub, "lazımsız" bildiyini atmaz;
- ərinin nə danışacağını əzbər bilsə də, başqalarının yanında onun sözünü kəsməz. Yoldaşı lətifə söyləyəndə ''bunu hamı bilir'' deyib onun sözünü kəsməz. Müəyyən bir məsələdə fikir deyəndə, onun bu sahədə biliyini şübhə altına salmaz;
- adamlar içində həyat yoldaşını əzizləmə mənasında, qısa adlarla çağırmaz;
- uşaqlarının yanında ərini tənqid etməz, ümumiyyətlə, onu tənqid etməkdən çəkinər;
- yoldaşının ciblərini və telefonunu yoxlamaz;
- onu tərifləməkdən zövq alar;
- yoldaşının xoşlamadığı insanları evinə dəvət etməz;
- əgər ikinci ailəsidirsə, onda birincisini heç vaxt tərifləməz;
- onun valideynlərinə, bacı və qardaşına hörmət edər, onun yanında qohumlarını pisləməkdən çəkinər.
Bax bu qədər sevimli xanımlar, indi tanıdığınız və ətrafınızdakı insanlara nəzər edin, doğrumu tanımışdınız?
XƏBƏR LENTİ
Saçların qabarmasının qarşısını necə almalı?
Azərbaycanın analıq indeksi açıqlandı
Uşaq otağı üçün xalçalar
Dövlət Komitəsi məcburi köçkünlərin qaz borclarını ödəyib? - AÇIQLAMA
Şəkil çəkməyi uşağa necə öyrədək?
Həyat yoldaşınız sizə nə qədər qiymətlidir?
Xizək üzərində hotel yaradıldı - FOTO
Günün ulduz falı - 28.02.2014
Qışın sərtliyi
Yığmamız beynəlxalq turnirdə birinci oldu
Çimərlikdə dəb yarışı
Həyatı məhv edən qaydalar
Evdə qaş baxımı
Kreativ mebellər
Bakıda tramvay xətləri bərpa olunacaq?
“Yeganə böyük risk Olimpiya stadionudur...”
Pisliklər Allah tərəfindəndirmi?
Belimiz niyə ağrıyır?
Həftənin ilk iş gününə olan hava proqnozu
Şuşanı işğaldan azad edən zabitlərdən biri: “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEO
ÜST: “Koronavirus adi fövqəladə vəziyyət olmaqdan çıxıb”
Azərbaycanda Afrika istiləri gözlənilir
Qara nöqtələrlə mübarizə aparan 4 pilinq (video)
Xöşbəxt olmağı bacarmaq lazımdır
Başqa ölkələrdə uşaq tərbiyəsi
Natalie Sideserfin qeyri-adi keksləri
Günün ulduz falı - 09.08.2013
Sabiq prezident həyəcan təbili çaldı
Evdəki vasitələrin möcüzəvi təsiri
Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
Bankomat 10 dollar əvəzinə 100 dollarlar verdi-FOTO
İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir
Sumqayıta gedənlərə şad xəbər
Yumurta ucuzlaşıb
Ronaldinyo məsələsinə son qoyuldu
Günün qoroskopu: bəzi məsələlərin çözümünü ertələmək olar
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
Aynaları parıldatmağın incə məqamları
Hindistanda güclü zəlzələ
Xamalı keks(foto resept)
Hollivud ulduzları illər əvvəl və indi
Diş məcunu ilə hamiləliyi müəyyənləşdir - TEST
Uşaqlarda parazitlik edən qıl qurd
Burakla Dilanın yeni serialının yayım tarixi bəlli oldu
WhatsApp-da daha bir YENİLİK!
"Göydələn"lərdə mənzillərin qiyməti ucuzlaşıb
Haxıştalar
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Sürücüsüz avtobuslar sınaqdan keçirildi
- ŞƏRHLƏR