İlk öncə "nəzakətli kişi" şəxsiyyətinə diqqət edin. Necə olduğu sizi maraqlandırırsa, buyurun:
- həm evdə, həm çöldə xanımının paltosunu tutar, geyinməyinə kömək edər;
- birlikdə yemək yeyərkən heç vaxt qəzet oxumaz (telefon və internetdə fikri qalmaz);
- toyda-nişanda rəqs edərkən, ilk əvvəl ömür-gün yoldaşını rəqsə dəvət edər;
- xanımın geyimi ilə maraqlanıb, çox yaraşdığını tez-tez qeyd edər;
- hər yerdə xanımına yol verər ki, qabağa düşsün;
- qadınına yalnız bayramlarda deyil, heç deyilsə həftədə bir dəfə gül bağışlayar;
- xanımının yanında başqa qadınlara gözucu ilə də olsa baxmaz;
- evdə alt paltarı ilə gəzməz;
- bayıra çıxanda qısaca da olsa, getdiyi yer haqda məlumat verər;
- yeməkdən sonra həyat yoldaşına "sağ ol" deyər;
- ömür-gün yoldaşına həm işindən, həm müxtəlif söhbətlər etməkdən çəkinməz.
İndi isə növbə çatdı biz xanımların nə dərəcədə ''nəzakətli'' olmaqlarına. Baxaq görək - Nəzakət yalnız xanım adıdır, yoxsa həqiqətən ''nəzakətli xanımlar'' var:
- yoldaşının zövqunu geyimində nəzərə alar;
- yoldaşının əşyalarına əl vurub, "lazımsız" bildiyini atmaz;
- ərinin nə danışacağını əzbər bilsə də, başqalarının yanında onun sözünü kəsməz. Yoldaşı lətifə söyləyəndə ''bunu hamı bilir'' deyib onun sözünü kəsməz. Müəyyən bir məsələdə fikir deyəndə, onun bu sahədə biliyini şübhə altına salmaz;
- adamlar içində həyat yoldaşını əzizləmə mənasında, qısa adlarla çağırmaz;
- uşaqlarının yanında ərini tənqid etməz, ümumiyyətlə, onu tənqid etməkdən çəkinər;
- yoldaşının ciblərini və telefonunu yoxlamaz;
- onu tərifləməkdən zövq alar;
- yoldaşının xoşlamadığı insanları evinə dəvət etməz;
- əgər ikinci ailəsidirsə, onda birincisini heç vaxt tərifləməz;
- onun valideynlərinə, bacı və qardaşına hörmət edər, onun yanında qohumlarını pisləməkdən çəkinər.
Bax bu qədər sevimli xanımlar, indi tanıdığınız və ətrafınızdakı insanlara nəzər edin, doğrumu tanımışdınız?