Eleanor Ormerod iqtisadi entomologiya sahəsində fəxri doktorluq dərəcəsi almışdır. 1828-ci ildə İngiltərədə Qərbi Qlosterşirdə (İngiltərə) üst sinif bir ailənin 10 övladından biri olaraq dünyaya gəldi. Eleanor da bir çox digər qız uşaqları kimi ilk təhsilini evdə aldı və uşaqların təhsilinə böyük diqqət yetirən ağıllı, sənətçi qadın olan anası Sara tərəfindən yetişdirildi.
Eleanor bacı və qardaşlarının da təhsil almasına kömək etdi. Bu təcrübəsi ona mikroskopdan istifadəni, anatomiyanın əsaslarını və canlıların təsnifatı üsullarını öyrətdi.
Eleanor həm ailə kitabxanasını, həm də 800 hektarlıq malikanələrini kəşf edə bilmək üçün çox zaman xərclədi. O. çiçəkləri müşahidə etməyi, böcəkləri incələməyi və onlar haqqında yazmağı çox xoşlayırdı. Bununla birlikdə atası qızının məşğuliyyətlərini uyğun hesab etmirdi və bunların onun üçün sadcə bir hobbi olaraq qalması mövzusunda qərarlı davranırdı. Ailəsi onun ömür boyu davam edəcək araşdırma həvəsini anlaya bilməmişdi.
Eleanor entomologiya (həşərat öyrənən elm) ilə ciddi olaraq 1852-ci ildə maraqlanmağa başladı. 16 il boyunca nümunələr topladı və öz xüsusi incələmələrini davam etdirdi. Kral Bağçılıq Mədəniyyəti Dərnəyi (RHS) 1868-ci ildə xalqı həşərat kolleksiyaları toplanmasına köməyə dəvət etdiyində Eleanor bu dəvətə həmən cavab verdi.
Dərnəyə təqdim etdiyi kolleksiya ailəsinin malikanəsində, orda işləyən işçilərin və uşaqların köməyi ilə topladığı nümunələrdən ibarət idi. Onun bu layihədə iştirakı çox böyük səviyyəyə gəldiyi üçün 1872-ci ildə Dərnək onu Flora Medalı ilə təltif etdi.
Eleanor RHS üçün nümunə topladığı zaman ailə mülklərinin idarəsi məsuliyyəti də ona verilmişdi. Bu dövr onun təhsilinin əhəmiyyətli bir hissəsini təşkil etmişdi. Çünki, bu ona sadəcə həşəratlar və əkinçilik haqqında deyil, eyni zamanda kəndlilərin ehtiyacları haqqında da bilik və təcrübə öyrədirdi.
Eleanorun atası 1873-cü ildə malikanəni oğullarından birinə vəsiyyət edərək öldü. Ailə üzvləri ayrıldılar və Eleanor da bacısı Corciana ilə birlikdə St Albansa (Şərqi Hertforşir) yerləşdi.
Eleanor bura köçdükdən sonra karyerasını açıq şəkildə davam etdirməyə başladı və həmin il ilk məqaləsini yayımladı. O, həm də artıq maraqlandığı sahə üzrə populyar bir mütəxəssis olmuşdu. Rəsmi əkinçilik təhsilinin böyük bir dəstəkçisi idi. Axşamlar elm adamlarını entomologiya müzakirəsi üçün evinə dəvət edirdi. 1882-ci ildə Kral Əkinçilik Dərnəyindəki (RAS) bir yığıncaqdan evinə qayıdan zaman qəzaya uğradı və bu qəza Eleanorada zədələr buraxdı.
Eleanor 1885-ci ildə The Times qəzetinə yazdığı bir yazıda toxum və həşərat yeyən quşların, sərçələrin yox edilməsi müraciətini etdi. Əkinçilər tərəfindən Eleanorun bu müraciəti bəyənilsə də, sərçə sevən şəhərlilər arasında pis şöhrətə səbəb oldu.
Eleanor 4 il sonra bacısı Corcianın ölməsi ilə böyük bir sarsıntı keçirdi. Lakin çalışmalarına davam etdi və 1900-cü ildə Edinburq Universiteti tərəfindən fəxri doktor adı ilə mükafatlandırıldı. 1901-ci ildə RHS -dən Viktoriya Fəxri Medalını aldı. Eleanor eyni ildə vəfat etdi.
Eleanor Ormerodun 1877-ci ildə yayımladığı "Zərərli həşəratlar üzərində müşahidə notları" kitabı böyük sayda bir kütlə tərəfindən oxunmuşdu. Bu kitabına oxucuların cavab verməsi ilə Eleanor əkinçilərə illik hesabatlar hazırlamaq imkanı əldə etmişdi. Sığırların dərilərində gizlənən bir növ milçək haqqında hazırladığı bir hesabat İngiltərədə çox sayda inəyin qorunması ilə bağlı məsləhətlərə malik idi. 1881-ci ildə İngiltərə əkinçilərinə çox baha başa gələn bir həşəratın yaratdığı fəlakət qarşısında Eleanor problemi həll etmək üçün lazım ola bilən vasitələr haqqında bir hesabat dərc etdi. Həmin dövrdə Sirençesterdəki Kral Əkinçilik Kollecinə iqtisadi entomolgiya üçün mütəxəssis repetitor kimi dəvət edildi. Sonrakı ildə RAS-ın entomologiya məsləhətçisi oldu və 1892-ci ilə qədər həmin vəzifəni daşıdı. Həmin vəzifəsini könüllü olaraq məvacibsiz yerinə yetirirdi. 1885-ci ildən 1890-cı ilə qədər Əkinçilik Heyəti məsləhətçisi olaraq çalışdı və illərcə ABŞ-dakı entomoloqlara və əkinçilərə mütəxəssis tövsiyələri verdi.
Eleanor 1896-1898-ci illərdə Edinburq Universitetində entomologiya sahəsində bir tədqiqatçı kimi çalışdı. O, bu universitetdən fəxri doktor adı almış ilk qadındır.
Kareyerası boyunca Eleanor çox sayda ölkələr arası elmi təşkilatın üzvü oldu və iqtisadi entomologiyaya əhəmiyyətli töhfələrindən dolayı medallar aldı. Ümumən xərclərini özü qarşılayaraq çox sayda nəşrlər etdi və ondan məsləhət istəyən minlərcə insana təmənnasız cavab verdi.
Eleanorun ən çox "Zərərli həşəratlar üzərində müşahidə notları" kitabı tanınsa da, onun digər əl kitabları, bələdçi , broşür və dərs kitabı da nəşr edilmişdi. Zərərli həşəratlara nəzarət edilməsi ilə bağlı tövsiyyələrə ehtiyac yarandığı bir zamanda təmənnasız kömək etmişdi. Açıq bir ifadə tərzinə sahib olması xalqın onun verdiyi biliklərə çatması asan idi. O, dövrünün populyar bir təlimçisi idi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Payızda ikinci dalğa gələcək, amma..-Açıqlama
Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?
Bakıda bankomatlarda problem yaranıb?
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
26 ölkədə küçə sənəti
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
Ingilis Dili-XVIII Dərs
Tornado Amerikanı qəfil yaxaladı
Məşhur müğənni ərə gedir
Ana südü haqqında bilinməyənlər
"Mehriban Əliyeva dünyanın ən gözəl xanımıdır"
Bu geyim sonsuzluq yaradır
Ömrü uzadan səbəblər
Ulduz falı saxtakarlığı haqqında
Sevgi dolu anlar-3
Sənədsiz ev probleminə son
Çilli insanların bilməli olduqları
Aforizmlər
Qızıl dəqiqədə arzu tut
Dünya çempionatında Qurani-Kərim paylanılır
Just for girls (2-ci hissə)
Yeriyən zülallar
Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək çətinləşib
Meyvələrin faydaları
Bakının bu hissəsində su olmayacaq
Dünyada internet nə vəziyyətdədir?
İran zibildən "qazanacaq"
Pulu qənaətlə necə xərcləməli?
Ata Demirer 150 minə tablo aldı-FOTO
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
HAVA xəbərdarlığı
Burcu Esmersoyun bahalı saatı diqqət çəkdi
Dondurmanın 14 faydası
Hava haqqında - 03.10.2013
Azərbaycanda 5 gün iş olmayacaq
Leyla Əliyeva internat məktəbində
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Castin Biber İzləyicilərinə Görə Bunu Da Etdi-FOTO
Nəqliyyat Nazirliyinin uğursuz layihəsi
Komitə sədri boşanmaların səbəblərini açıqlayıb
Pulla izləyici sayı artıran məşhurlar
Dünyanın ən gözəl qadını Cennifer olsu-FOTO
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
Yayda sağlam arıqlamağın yolları
Flavia Desgranges van der Linden
Meksikada təhlükəli bakteriyalar tapılıb
Qar dənəcikləri düzəldək
- ŞƏRHLƏR