Nyutonun "Principia"sını ("Natural fəlsəfənin riyazi başlanğıcı") 1749-cu ildə fransız dilinə tərcümə edən Emili bununla fizika elminə xidmət etməsi ilə tanınmışdır.
Şatle Markizi Qabrielle Emili 1706-cı ildə Fransada anadan olub. Kral XIV Lüdovikin birinci katibəsi Louis Nikolas le Tonnelier de Breteuilin qızı idi. Atasının mövqeyı həm ailəsinə hörmət qazandırmış, həm də Emilinin həyatı boyunca fransız kübar cəmiyyəti, intellektual şəxslərlə əlaqə qura bilməsinə şərait yaratmışdı.
Emilinin daha kiçik yaşlarından parlaqlığını fərq edən atası qızına təhsillə yanaşı, həmin dövrdə geniş yayılmış atçılıq və qılınc oynatma kimi fiziki fəaliyyətlərlə məşğul olmasına imkan yaratmışdı.
Emili bir az daha böyüdükdən sonra ədəbiyyat və riyaziyyat təhsili alması üçün xüsusi müəllimlər tutulur.
12 yaşına qədər yunan, latın, italyan, alman dillərini mükəmməl öyrənir. Emili sadəcə elm və ədəbiyyat oxumaqla kifayətlənmir, eyni zamanda rəqslə məşğul olur, opera musiqiləri oxuyur və piano çalırdı.
Emili 1725-ci ildə Şatle Markizi Florent-Klaude ilə ailə qurur. Ailənin iki oğlu və bir qızı dünyaya gəlir. Lakin Emili həyat yoldaşı ilə həmin dövrün fransız kübarlığı arasında yayılmış olan davranış dəbinə görə ailə əlaqələrinə son verir və ayrı yaşamaq qərarına gəlir.
Emili 1730-cu ildə 25 yaşındaykən Rikeleu Dükü ilə dostluq etməyə başlayır. Dük Emilinin ədəbiyyata və fəlsəfəyə olan böyük həvəsindən təsirlənir. 1733-cü ildə isə Emili məşhur maarifçi yazar Volter ilə dostlaşır. Volter Emilinin sevgilisi olur. Fransa həyat tərzinə görə evli bir xanımın başqa bir kişini sevməsinə Volter də əhəmiyyət vermirdi. Hətta Volterin siyasi görüşləri səbəbindən Emilinin yoldaşına məxsus evdə qalmasına Emili şərait yaratmışdı. Beləliklə, onlar 15 il müddətində sevgili olurlar. Deyilənə görə, böyük bir sevgi yaşadılar və bu sevgidə fiziki yaxınlıqdan çox bir-birilərinin zəkalarından təsirlənmə var imiş.
Birlikdə olduqları müddətdə fizika və riyaziyyat kitabları yayımlayırlar, bundan əlavə, 21.000 kitablıq bir kolleksiya toplayırlar. Həmin dövr üçün bu kolleksiya bir çox Avropa universitetlərinin kitabxanalarından daha böyük idi. Volter Emiliyə sonsuz bir heyranlıqla aşiq olmuşdu. Amma buna baxmayaraq, Volter bir məktubunda Emilinin "qadın olmaqdan başqa bir qüsüru olmayan böyük insan olduğunu" söyləmişdir (Yəqin burda da qadınlar üzərində kişi hegemonluğu fikri Volterin ülvi hisslərini müəyyən zamanlarda boğmağa məcbur edib)
Emili son aşiqindən hamilə qalır. Doğuşdan sonra yüksək hərarət səbəbindən körpəsi ilə birlikdə 43 yaşında dünyasını dəyişir.
O zamankı fransız cəmiyyətinin qadınlar üzərindəki təzyiqi səbəbindən bir çox qadınlar təhsilsiz qalsalar da, Emili atasının dəstəyi ilə bu təzyiqlərin öhdəsindən gələrək təhsil əksikliklərini tamamlaya bilmişdi.
Emilinin üç uşağı olduqda belə onların məsuliyyətini unutmayaraq sonradan yenə də bilik və xəyallarının ardınca getməkdə davam etməyə qərar vermişdi. 1737-ci ildə işığın təbiəti ilə əlaqəli infraqırmızı şüa dediyimiz faktla bağlı məqalə yayımlayır. 1738-ci ildə Volter və Emili birgə çalışmalarının nəticəsini - "Nyuton fəlsəfəsinin elementləri" adlı əsəri nəşr etdirirlər. Bu ortaq çalışmadan sonra Volter xüsusilə fizika sahəsində Emilinin yüksək intellektual qabiliyyəti ilə tanış olur. Kitabın nəşrindən 10 il sonra Volter bunları söyləyirdi: "Mən səndən öyrənməyə vərdiş etmişdim, ancaq sən təqib edə bilməyəcəyim bir yerə çatdın".
İki il sonra - 1740-cı ildə Emili "Fizika dərsləri" adlı əsərini yayımladı. Bu kitabında zamanının böyük düşüncə sahibləri Leybniz, hollandiyalı Qravesande və ingilis Nyuton kimi filosof və riyaziyyatçıların qarışıq düşüncələrini əlaqələndirməyə çalışıb. O, hərəkət edən bir cismin enerjisinin daha əvvəl fərz edildiyi kimi cismin sürəti ilə deyil, sürətinin kvadratı ilə mütənasib olduğunu göstərmişdi.
Həyatının son ilində əsas kitabı kimi görülən Nyutonun "Natural fəlsəfənin riyazi başlanğıcı" adlı əsərinin fransız dilinə tərcüməsi və əsər üzərindəki şərhləri yayımlandı.
Şatle Emili həm də maarifçiliyin təməl simalarından biri kimi görülməkdədir. Əsərləri yeni fizikanın, riyaziyyatın və zamanının ümumi fəlsəfəsinin yayılmasına kömək etmişdir. O əlavə olaraq, enerjinin qorunması və infraqırmızı şüa kimi bir çox əhəmiyyətli anlayışın kəşf və inkişaf etdirilməsinə qatılmışdı.
Dövrünün ən böyük intellektuallarından hörmət görsə də, yenə də cinsiyyəti üzündən bəzi kişi alimlərin lağedici sözləri ilə qarşılaşmışdı. Alman filosofu İmmanuel Kant Emilinin bilikli olmasına heyran idi, amma "Şatle Markizi kimi mexanika üzrə bu qədər məlumatlı bir qadının saqqalı da ola bilər" demişdi. Emili isə hər kəsə özünü cinsiyyətinə görə deyil, üstünlüklərinə, qabiliyyətinə görə dəyərləndirməsini tövsiyyə edirdi.
XƏBƏR LENTİ
Rusiya matəmə qərq oldu
Neftin və dolların bu günə qiyməti
Körpələrdə tərləmə
Havadan dəyişən əhval
"Mimoza" salatı
Bu gecədən ekspres avtobusların fəaliyyəti dayandırılacaq
Ermənistanı qorxudacaq hərbi xərclərimiz
Müvəqqəti atəşkəs hansı müddəti əhatə edəcək? - XİN rəhbərindən AÇIQLAMA
Azərbaycanda bu kitabxanalar ləğv edildi - FƏRMAN
Serdar Ortaç qumarda bütün sərvətini uduzdu
Azərbaycanda bəzi əcnəbilərə qadağa
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
Bu gün Ümümdünya Kosmonavtika günüdür
Dünyanın ən ucuz şəhərləri
MN: “Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib”
Göbələkli, toyuqlu zapekanka (foto resept)
Azərbaycanı böyük təhlükə gözləyir
Valideynlərin nəzərinə!
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
Operatordan qəribə addım - VİDEO
Azərbaycanda daha 40 nəfər koronavirusdan öldü: 1850 yeni yoluxma
Bu gün Məhərrəm ayı başlayır
Demi Mur gözəlliyinin sirrini AÇIQLADI
Dahi rəssamın əsərini təkrarladı - FOTO
Almaz daşı haqqında
“Oskar” mükafatını qazanmaq üçün yeni kriteriyalar açıqlandı
Toyuq ciyərindən olladilər (foto resept)
UNESCO-nun Azərbaycana qarşı təxribatı
Keçmişi əks etdirən şəkillər
Günün ulduz falı
Elnur Hüseynov: "Eurovision"da Türkiyə üçün də yarışacam"
Keyfiyyətli pendiri necə ayırd etmək olar?
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
İnsanda göz yaşına qarşı allergiya
Mürəbbəli peçenye (foto resept)
Kartof suyunun faydaları
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Conni Depp keçmiş arvadından 50 milyon istəyir
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Azərbaycanın 5 rayonu atəşə tutuldu
Krım səmasında naməlum kosmik obyekt partladı
Günün ulduz falı - 26.12.2013
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Ulduz futbolçu: "Azərbaycan dilini..."
HAVA necə olacaq?
Balıq və zeytun yağı mədəaltı vəzinin iltihabına qarşı gizli silahdır
Nobel mükafatçısı xərçəngin ən böyük sirrini açıqladı
- ŞƏRHLƏR