Keçmişdə çoxlu mübarizələr sayəsində bu gün Azərbaycan Respuklikasında qadınların hüquqları bərqərar olub! Amma nədənsə hələ də geriyə addım atanlar, qızların (qadınların) təhsilinə, işləməsinə qarşı çıxanlar var. Müəyyən nüanslarda, qızların aldığı iş təklifi ailəni narahat edə bilər. Amma orta məktəb və ali məktəbdə təhsilə mane olmaq üçün elə bir əsaslı səbəb yoxdur.
Ölkəmizdə istər İslami dəyərlər, istər də müasir zamanın tələbləri qadının təhsilinə heç bir qadağa qoymayıb. Qızlarımız həqiqətən təhsil, elm sahəsində inkişaf etmək istəyirlərsə, Allah da təhsil şərtlərindən onlara uyğun yol açar inşaAllah. Məhz İslamda alimin qələminin mürəkkəbi şəhid qanından üstün tutulur!
Ümumiyyətlə təhsil və ya sənət sahəsində bizim ölkədə yaşayan qadınlar kişilərdən daha tez uğur qazanırlar. Belə ki, bu gün on iş yerindən doqquzunda qadın tələb olunur. Eyni işdə (məsələn yanacaq doldurma məntəqəsi, ofisiant və s.) çalışan qadınlara kişidən çox məvacib verilməsi bu gün qadınların bir qisminin təhsilə marağını azaldıb.
Elmli, təhsilli qadın - həm zəngin söz ehtiyatına, dünya görünüşünə yiyələnir, həyatda daha inamlı addımlar atmağa qadir olur. Ailə həyatını ağlı kəsmədən qurmaq, sevmədən evlənmək faktları – təhsil almış qadınlar üçün çox nadir haldır. Bu isə həyatlarını ağılla, öz istək və sevgisi ilə quran qadınlar üçün səadətə atılan inamlı addım, xöşbəxt həyatın möhkəm özülü olur!
İndi elektronika zamamında kitab oxuyanların sayı lap azalıb. Amma vurğulamaq lazımdır ki, heç də hər bir mənalı, gərəkli informasiya hələ ki, elektron dərslik və ya internet səhifəsində tapılmır. Təhsil bu sahədə də qadınların, həmçinin də kişilərin mütailə xəzinəsini zənginləşdirir!
Elmin nuru bizim hər birimizə, ələxsus qadınlara rifah işığıdır! Boşanmaların çoxaldığı ağır bir zamanda, sənəti, təhsili, işi olan qadın - heç vaxt naçar qalmaz! Cəhalət və savadsızlıqdan qurtulmaq, elmi və dini savadlarımızı artırmaq üçün, peyğəmbərimizin buyurduğu ən ğözəl yol - öyrənmək, öyrənmək, qəbr evinə qədər öyrənmək lazımdır!
Bu gedişlə qısa müddətdən sonra kişilər evdar, qadınlar isə işgüzar olaraq, yeni bir quruluş yaranacaq. Odur ki, oxuyun, təhsil alın - qadınlar!
Allahın verdiyi kitab - özü ən güclü bir elmdir! Bu gün elm bizə bu kitabın dərinliklərini bir dahah açıqlayır.
Lə iləhə illəllah - İslamın bünövrəsi deyilmi? Bunu anlamadan taxılan hicab sayılmaz, bunu dil deyib, ürək qəbul etmirsə, sadəcə ya "maska"lanmaqdır, ya da bir geyim... Yalnız qəlb, niyyət və əməlin - şüurun ibadət və itaəti birgə olan insan - mömin sayılar. Hicablı, dildə deyən ki, namaz qıl, oruc tut, sonra gizlində lap "siğə"adı ilə biri ilə təmasda olan, savadsız və elmsiz, cahildir.
Elm, fizika, nyuton qanunu - Allahın kəlamını isbat edən, mövhumat yox, dinin elmi əsasını bizə çatdıran elmdir. Kimya - əvvəllər bilmirsizsə, deyim, xristian və islam "din xadimləri" insanların biliksiz, cahıl olmasından yararlanıb, bu elm də Allah möcüzələrini, yaratdıqlarını bizə anladır, cəhalət və mövhumatı aradan qaldırır.
Texnologiya - əvvələr fotoaoparatı kilsədə insanları qorxuzmaq, ehsan, nəzir verməyə məcbur etmək, istismar üçün istifadə olub. Bu (və s. kimi başqa elmi kəşflər) cəhalətə də mövhumata da qalxan oldu.
İslam - elmdir, elm, əsl elm, İslamın mənası, şərhi, açıqlaması, sübutu və s.-dir.
Elə bir elmi kəşf ola bilməz, olmayacaq ki, Qurani kərimdə vurğulanmasın, bu kitabda "səhv tutsun"... Qətiyyən və əsl mümükünsüzdür.
Elm Allahın verdiyi dünyanı dərk edəcək, Allahdan üstün yoxdur! Allahın bilmədiyi yoxdur!
Bəlkə də qadın olmadığım üçün və dini savadımın azlığından sırf hicabın necə olmalı olduğunu səhv anlamış ola bilərəm, amma niyyət və elm bir-birini tamamlamalıdır, yəni hicabı geyinməklə yetməz, əməlləri də imanla etməlisən!
XƏBƏR LENTİ
Dünyanın ən böyük vulkanı tapıldı
Seda ana oldu-FOTO
Yaponlar Lexus-u dəyişdilər
Tony Bowls 2010 - kokteyl kolleksiyası(Ihissə)
Azərbaycanda “ Dərslik portalı” yaradıldı
Yay üçün hündürdaban ayaqqabılar
Bakıda 8 mart izdihamı
Komendant saatı nə vaxt ləğv olunacaq?
"Baku World Challenge" avtorallisinin qalibi bəllidir - YENİLƏNİB
Həkimlər xəbərdarlıq edir
Zövqlü xanımlar üçün
Tramp II Dünya müharibəsindən sonra ölkədə ən böyük səfərbərlik elan edib
Ezgi Mola ərə gedir?
Azərbaycanda Qurban bayramı qeyd olunur
Azərbaycanda dəmiryolu xəttinin keçdiyi körpü yenilənir
Bir klassik: İnci
Təəccübləndirən şəkillər
Fəxriyyə Xələfovaya “Azərbaycanın qüruru” ordeni verildi - FOTO
Prezidentin köməkçisi: “Düşmən Ermənistan ərazisindən Gədəbəy, Tovuz və Daşkəsəni atəşə tutub”
"Keçəl olmağımdan utanmıram" - Model problemindən çəkinmir - FOTO
"Qarabağ" azarkeşlərinə şad xəbər!
Xanımlar üçün güşə
Esra Erol əməliyyat olundu
Günün ulduz falı
Neymar imicini dəyişdi - FOTO
Suriyaya qarşı sanksiyaların müddəti uzandı
Prezident sərəncam verdi
İrəvanda böyük Qarabağ qorxusu
"Rüstəm İbrahimbəyovu ermənilər maliyyələşdirir"
Pendirli şam ağacları (foto resept)
Bakıda pulsuz avtobuslar
Hər kəs bu insanın bəxtəvərliyindən danışır-SƏBƏB/FOTO
Bacısı olanlar daha xoşbəxtdir
Novruz Bayramına aid
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
Bakıya girişi bağlayırlar
Məşhur yazıçı vəfat etdi
Məktəblər açılmadan bunları edin
Sellulitə əlvida deyin
Nurgül Yeşilçay ilə Oktay Kaynarca eyni layihədə
Messinin 30 yaşı oldu!
Arılar özlərində qırışlara qarşı universal vasitəni gizlədirlər
Günün ulduz falı
Linza taxıb kompüterdə işləmək korluğa gətirib çıxarır
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Corc Floydun qızı “Disney”in səhmdarı oldu - FOTO
Parıltılı makiyaj üçün tövsiyələr
Reza Deqati Xocalıdan danışdı: “Qulaqlarımda hələ də bədbəxt ananın dözülməz fəryadı eşidilir”
Dünyanın ən gözəl 30 qadın siyasətçisi
2020-ci ildə bu bürclərin bütün sahələrdə bəxti gətirəcək
- ŞƏRHLƏR